Cümə günü, 06 noyabr 2026
     

Katolikosla Paşinyan bir-birinə qarşı oynayır, arada revanşistlər qazanır...

Image


Tural İrfan: "Birmənalı şəkildə düşünmürəm ki, indiki iqtidar tamamilə erməni kilsəsinin ideologiyasına  qarşı çıxır"

Bütün ermənilərin katolikosu II Qareginin Yeni il bayramı münasibəti ilə Ermənistan xalqına müraciəti ölkədə siyasi qalmaqala səbəb olub. 

Belə ki, katolikosun Ermənistanın İctimai Televiziyası ilə ənənəvi vaxtında çıxışına icazə verilməyib. Adətən II Qareginin çıxışı gecə yarısına bir neçə dəqiqə qalmış və dövlət başçısının çıxışından əvvəl İctimai Televiziyada yayımlanırdı.

Lakin bu dəfə ənənə pozulub. İctimai Televiziya son anda heç bir izahat vermədən Patriarxın Yeni il müraciətinin gecə yarısından əvvəl yayımlanmayacağını bildirib. Bunun əvəzində "Xəbərlər"in axşam buraxılışında bütün ermənilərin katolikosunun müraciətinin səsləndirilməsi təklif olunub. Lakin Eçmiədzin bunu məqsədəuyğun saymayıb və təklifdən imtina edib.

Bütün ermənilərin katolikosunun çıxışı gecə yarısına yarım saat qalmış Ermənistan telekanalında və sosial şəbəkələrdə yayımlanıb. Bu sifarişin hökumətdən gəldiyi bildirilir. Ona görə də katolikosun çıxışına qoyulan qadağa Baş nazir Nikol Paşinyanla II Qaregin arasında onsuz da gərgin olan münasibəti daha da dərinləşdirib.

Ermənistanda baş verənlər Paşinyan hakimiyyəti ilə katolikos   II Qareginin arasında  həqiqi  gərginlikdir, yoxsa görüntü xarakteri daşıyır? Deyirlər ki, Qareginin Yeni il müraciətinin İctimai TV-də yayımlanmasına icazə verilməməsi də təkcə kilsə-hakimiyyət qarşıdurmasından yox, həm də katolikosun qondarma "artsax"dan bəhs etməsindən qaynaqlanır. Belə nəticəyə gəlmək olarmı ki, baş verənlər Ermənistanda kilsə-iqtidar davası kimi görünsə də, əslində ermənilərin Qarabağ iddiasından asanlıqla əl çəkməyəcəyini sübut edir? Çünki erməni terroru və separatizminin mənbəyi həmişə kilsə olub.

İlhahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, əvvəldən erməni kilsəsi Qarabağ iddiasından əl çəkməyib: "Erməni kilsəsinin tək Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da torpaq iddiaları olub hər zaman. Bu ideologiya ilə də erməni dövləti formalaşıb. Ona görə də, birbaşa kilsəni bu fikirdən uzaqlaşdırmaq o qədər də asan olmayacaq. Paşinyan hakimiyyətinə qədər olan hakimiyyətlərin dövründə də kilsə-iqtidar birliyi hər zaman olub. Əvvəlki rəhbərlərin hakimiyyətə gəlməsində də kilsənin həlledici rolu olub. Rusiya yönümlü əvvəlki hakimiyyət dönəmində Qarabağın işğal məsələsi reallaşmışdı. Şübhəsiz ki, Paşinyanın apardığı siyasət kilsə ilə iqtidar arasında baş verən münaqişələri müəyyən qədər kökləyir, narazılıq yaradır. Ancaq məsələ ondan ibarətdir ki, Paşinyan hakimiyyətini də tam kilsə iddialarının əksinə hesab etmək olmaz. İndiki dövrdə Azərbaycanla, Türkiyə ilə olan  münasibətlərin normallaşması, sülhün bərqərar olması, Avropa ilə əlaqələrin sıx olması kilsənin belə revanşist iddialarının reallaşmasına zəmin yaratmır. Eyni zamanda kilsənin bu fikirləri Paşinyanın apardığı siyasətə maneçilik törədir. Paşinyanın indiki dövrdə umduğu məsələlərin reallaşmasına kimi kilsənin bu fikirlərdən əl çəkməsi vacibdir. Ona görə də, hazırda gərginlik var. Ermənistan iqtidarı ilə kilsə arasında münaqişə davam edir. Bunu Paşinyan hakimiyyəti açıq bəyan etməsə də, hər bir halda erməni xisləti revanşizmə hazırdı, qəlblərinin dərinliklərində onu qoruyub saxlayıblar. İndiki reallıq revanşist fikirlərin gündəmə gəlməsinə zəmin yaratmır, hazırki erməni hakimiyyətinə sərf etmir. Ola bilər ki, bir müddət keçdikdən sonra Ermənistan iqtidarı kilsədən daha radikal şəkildə iddialar irəli sürsün. Amma qeyd etdiyim kimi, hazırki dövrdə kilsənin qondarma arsax iddialarından əl çəkməməsi Ermənistan hakimiyyətinə sərf etmir. Birmənalı şəkildə düşünmürəm ki, indiki iqtidar tamamilə erməni kilsəsinin ideologiyasına  qarşı çıxır. Sadəcə, səthi olaraq zahirdə belə görüntü yaradırlar. Bu iddiaları arxivə atmağa çalışırlar. Lazım gəldikdə bu iddiaları önə çəkib, lazım gələndə də ortadan qaldırsınlar. Məsələ ondan ibarətdir ki, ermənilər fürsət gözləyir. Amma bu məsələlərin çox gərginləşəcəyini düşünmürəm. Ermənistan hakimiyyəti həm görüntü olsun deyə, həm də öz nüfuzunu qaldırmaq üçün müxalifətin və kilsənin ona təzyiq göstərdiyini göstərməyə çalışır".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ