Cümə günü, 06 noyabr 2026
     

Böyük güclərin "Mərkəzi Asiya mübarizəsi" kəskinləşir - hamı Azərbaycana minnətçi düşəcək...

Image


2024-cü ildə dünyada yeni qaynar nöqtələr yarana bilər. Bunu Rusiya Hərbi Elmlər Akademiyasının böyük elmi işçisi Vladimir Proxvat deyib.

Ekspertin fikrincə, Yaxın Şərq və Mərkəzi Asiyada yeni münaqişələr yarana bilər. O əlavə edib ki, Qərb ölkələri Qazaxıstanda dövlət çevrilişi planlaşdırır: "Mən Mərkəzi Asiyada ABŞ və Böyük Britaniyanın bütün istiqamətlərdə fəallaşmasından və Qazaxıstanı Rusiyadan qoparmağa çalışmasından narahatam. Qərbin 2022-ci ilin yanvar çevrilişini təkrarlamağa çalışacağını istisna etmirəm". Hadisələrin inkişaf axarı cari ildə Qərb-Rusiya-Çin üçbucağında Mərkəzi Asiya uğrunda rəqabətin daha kəskin xarakter alacağını göstərir. Xüsusən də Qərbin Mərkəzi Asiyada getdikcə daha çox fəallaşması Rusiya və Çində ciddi narahatlıqla qarşılanır. Belə bir vaxtda Qazaxıstanın peyk və internet operatoru olan TVCOM bildirir ki, yanvarın əvvəlindən Rusiyanın Birinci kanalı (ORT) da daxil bir neçə Rusiya telekanalını özünün yayım cədvəlindən çıxarıb. Operatorun məlumatına görə, informasiya gündəlikli kanalların azaldılması çərçivəsində "PKVS Qazaxıstan" telekanallar qrupunun peyk və internet yayımları cədvəlindən çıxarılmasına dair qərar qəbul edilib. Beləliklə də Rusiyanın "Birinci kanal SNG", "Poyexali", "Vremya: dalyokoye və blizkoye", "Dom kino", "Telekafe", "Dom kino – Premium", "Muzıka pervoqo", "Pobeda", "Karusel", "Bobyor" və "O!" telekanallarının Qazaxıstan boyunca yayımı dayandırılmış olub. Məlumatda bu da qeyd olunur ki, rəhbərliyin qərarı ilə Qazaxıstan efirində informasiya yüklü xarici kanalların payı azaldılacaq. TVCOM izah edir ki, onun abunəçiləri mediasavadlılığın yüksək həddinə çatıblar və xəbər informasiyalarını əsas etibarilə sosial şəbəkələrdən alırlar. Qeyd edək ki, TVCOM Qazaxıstanın milli teleradio yayımları operatoru "Kazteleradio" şirkətinin partnyorudur. Ötən ilin  noyabr ayında Qazaxıstanda Rusiya telekanallarına baxmaq imkanı verən Sputnik24 portalı bloklanıb. Bu bloklamanın rəsmi səbəbi olaraq Qazaxıstan ərazisində milli lisenziyası olmayan kanalların yayımlanması göstərilmişdi. Ötən ilin avqustunda Qazaxıstanda İnformasiya və İctimai İnkişaf Nazirliyinin qərarı ilə Rusiyanın "Tsarqrad" telekanalı bloklanıb. Nazirlik bildirirdi ki, bu kanalın materiallarında ekstremizmin təbliğatı aparılır. 2022-ci ilin sonlarında Demoscope ictimai rəyi öyrənmə bürosu tərəfindən aparılmış sorğu qazaxıstanlıların təxminən beşdə birinin Rusiya telekanallarına baxdığını göstərmişdi. İndi Rusiyada belə hesab edirlər ki, Qazaxıstanda qəbul edilən qərarlar daha çox Qərbin təsirindən qaynaqlanır. Bu səbəbdən Kreml regionda mövqelərini əldən verməmək üçün hərəkətə keçməyə hazırlaşır.

Görünən budur ki, Qərb və Çin də sakit dayanmayacaq. Burada isə müəyyən məqamlara diqqət yetrimək lazım gəlir. Faktdır ki, Azərbaycan Qərblə Mərkəzi Asiya ölkələri arasında mühüm əlaqə vasitəsinə çevrilib. O da bəllidir ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə tarixi, dini, etnik və mədəni əlaqələr birləşdirir. Son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında fəal qarşılıqlı əlaqə son dərəcə yüksəkdir. Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Mərkəzi Asiya ölkələrinə Avropa bazarına çıxış üçün lazım olan mühüm, həm də müasir nəqliyyat əlaqələri birbaşa həm Qərb, həm də Mərkəzi Asiya ölkələri ilə normal münasibətlər saxlayan Azərbaycan ərazisindən keçir. Orta Dəhliz bunun ən yaxşı nümunəsidir. Beləliklə, Mərkəzi Asiyada kimin öz maraqlarını daha yaxşı təmin edə bilməsi həm də xeyli dərəcədə Azərbaycan faktorundan asılıdır. Çünki Mərkəzi Asiyada möhkəmənmək, onun ərazisindən dünya bazarlarına çıxış Azərbaycan sayəsində mümkündür. Hələlik isə bir vaxt mütləq dominant mövqeyi olan Moskva indi özünü Çin, Amerika Birləşmiş Ştatları və Avropa kimi böyük oyunçularla Mərkəzi Asiyada qızğın rəqabətdə görməkdədir. Rəsmi Pekin, başqa böyük dövlətlərdən fərqli olaraq, Mərkəzi Asiya ölkələrinə enerji, iqtisadiyyat, maliyyə və mədəniyyət vasitəsilə nüfuz etməyə üstünlük verir. Qısa müddət ərzində Çin həmin bölgəyə milyardlarla ABŞ dolları həcmində sərmayə yatırıb. Pekin üçün enerji nəqli məsələsi prinsipial əhəmiyyət daşıyır. Hazırda Mərkəzi Asiyadan bu ölkəyə qaz boru xətləri işləyir. Yeni enerji nəqli marşrutlarının çəkilməsi istiqamətində addımlar atılır. Moskva Pekinlə hər nə qədər yaxın münasibət qursa da, bəzi geosiyasi məqamlar onlar arasında fikir ayrılığına səbəb olur. Məsələn, regionun təhlükəsizliyinin təminində əsas rol oynamaq və enerji sahəsində əməkdaşlıqda aparıcı olmaq aspektlərində Rusiya ilə Çinin mövqeləri fərqlidir. ABŞ-la Avropanın həmin regionda geosiyasi maraqlarının olduğu məlumdur. Burada təhlükəsizlik və iqtisadi sahədə liderlik faktorları ön sıraya çıxarılıb. Beləliklə, Mərkəzi Asiya hazırda böyük geosiyasi güclərin kəskin mübarizə məkanına çevrilib. Tədricən onun şiddətlənməsi mümkündür.  Amma hər halda, hadisələrin inkişaf axarı rəqabət aparan güclərin Azərbaycan üzərindən Mərkəzi Asiyaya necə çıxış əldə edəcəyindən də çox asılıdır. Digər tərəfdən, yaranmaqda olan türk birliyi faktoru da proseslərə öz təsirini göstərəcək.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ