Cümə günü, 06 noyabr 2026
     

Yaxın Şərq müharibəsi Livana və İrana yaxınlaşır...

Image


"Qəzza zolağında döyüşlər 2024-cü ildə də davam edəcək". Bunu İsrailin Baş Qərargah rəisi Herzi Halevi hərbçilərlə görüşündə deyib. Halevi qeyd edib ki, İsrail ordusu İordan çayının qərb sahilində sayıqlığını davam etdirəcək, həmçinin şimalda "Hizbullah" partiyasının silahlı birləşmələri ilə mübarizə aparacaq: "Biz bütün il Qəzzada mütləq döyüşəcəyik".

Bu arada İsrail ordusu "Hizbullah" silahlı qruplaşmasının İsrailin şimalında hava nəqliyyatına nəzarət bazasını vurduğunu bildirib. Eyni zamanda İsrail İranın dəstəklədiyi bu qruplaşma ilə daha bir müharibə xəbərdarlığı edib. Livanla sərhəddə döyüşlərin qızışması İsrailin Qəzzada HƏMAS radikal qruplaşması ilə müharibəsi fonunda baş verir. ABŞ və Avropa HƏMAS-ı terrorçu sayır. ABŞ dövlət katibi Entoni Blinken də məsələ ilə bağlı bədbin fikirlər səsləndirir: "Bu münaqişə asanlıqla metastaz verə, təhlükəsizliyi daha da zəiflədə, daha çox əziyyətə səbəb ola bilər". Hazırda görünən budur ki, artıq "Hizbullah" da müharibəyə daxil olmağa hazırlaşır. Bu da öz növbəsində İsrailin Livan ərazisində "Hizbullah" mövqelərini vurması demək olacaq. Belə olan halda İranın da savaşda daha  yaxından iştirakı qaçılmaz sayılır. Çünki "Hizbullah"ın əsas təminatçısı məhz İrandır. Bütün bunlar da ABŞ-ı narahat edən əsas məqamlardır. Hələlik "Hizbullah" tədricən aktiv döyüşlərə daxil olur. İsrail ordusu Meron dağındakı bazaya "Hizbullah"ın zərbəsini bunun göstəricisi hesab edir. İndilikdə İsrail bu zərbənin havadan müdafiəyə təsir göstərmədiyini, hərbçilər arasında itki olmadığını, dəyən ziyanın tam aradan qaldırılacağını bildirib. Ancaq buna baxmayaraq, bu, "Hizbullah"ın İsrailin Qəzza müharibəsi ilə paralel apardığı döyüşlərdə ən ciddi hücumlardan sayılır. Toqquşmalar nəticəsində on minlərlə israilli Livanla sərhəd yaxınlığındakı icmaları tərk edib. "Hizbullah" raket hücumunu ötən həftə Beyrutda HƏMAS-ın aparıcı liderlərindən birinin qətlinə ilkin reaksiya adlandırıb. Qətlin arxasında İsrailin durduğu güman edilir. İsrail ordusunun baş qərargah rəisi, polkovnik-leytenant Herzi Halevi deyib ki, "Hizbullah"a hərbi təzyiq artır: "Bu səmərəli olmasa, biz daha bir müharibəyə girəcəyik". İsrail şimalda döyüşləri, əsasən məhdudlaşdırmağa çalışır. "Hizbullah"ın hərbi gücü HƏMAS-dan artıqdır. Ancaq İsrail liderləri səbrlərinin tükəndiyini, gərginlik diplomatik yolla həllini tapmasa, gücdən istifadəyə hazır olduqlarını deyirlər. Bu xüsusda baş nazir Binyamin Netanyahu qeyd edib: "Təklif edirəm, "Hizbullah" HƏMAS-ın son aylar öyrəndiklərindən dərs çıxarsın. Heç bir terrorçu toxunulmaz deyil. Biz vətəndaşlarımızı müdafiə edəcək, şimalda yaşayanları təhlükəsiz şəkildə evlərinə qaytaracağıq".

Xatırladaq ki, HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək 1.200 nəfəri qətlə yetirib, 240 nəfəri girov götürüb. Bundan sonra İsrail Qəzzanı bombalamağa başlayıb. Müharibə başlayandan Qəzzada 23 minə yaxın şəxsin öldürüldüyü, azı 58 min nəfərin yaralandığı bildirilir. İsrail mülki itkilərə görə HƏMAS-ı günahlandırır, onun sıx məskunlaşmış ərazilərdə fəaliyyət göstərdiyini bildirir. Ötən il oktyabrın 7-dən bəri "Hizbullah" da İsrailin şimal sərhədi boyunca döyüşlərə başlayıb. Silahlı qruplaşma məqsədinin Qəzzaya təzyiqi azaltmaq olduğunu deyir. Hərəkatın baş katibi Həsən Nəsrullah qeyd edir ki, "Hizbullah" üç ay ərzində İsrailə qarşı 670-dən çox əməliyyat həyata keçirib. Nəsrullahın sözlərinə görə, bu müddət ərzində "Hizbullah" döyüşçüləri İsrailin 48 sərhəd mövqeyinə zərbə endirib. İsrail rəsmiləri bildirir ki, artıq diqqəti Qəzzadan Livana keçirməyin vaxtıdır. Rəsmilərin sözlərinə görə, İsrail ordusu müdafiədən hücuma keçməlidir. Onların fikrincə, diplomatiya işə yaramır, "Hizbullah" qruplaşması təzyiqi hiss etməlidir: "İsrail öz qüvvələrini Livan cəbhəsində fəaliyyətə hazırlamalı və "Hizbullah"a qarşı müharibə üçün əməliyyat planlarını irəli sürməlidir". ABŞ Dövlət Departamentində hərbi və mülki məsələlər üzrə müşavir kimi çalışmış Riç Ouzten baş verənlərlə bağlı bildirir: "İran faktiki olaraq, artıq bir müddətdir proksi qüvvələr vasitəsilə İsrailə qarşı və açığını desək, ABŞ-a qarşı Qırmızı dənizdə, İraqda və Suriyada kiçik miqyasda müharibə aparır. Düşünürəm ki, bu, İranın "böyük şeytan" və "kiçik şeytan" (ABŞ və İsrail) adlandırdıqlarına qarşı birbaşa hücum etmək deyil, öz ərazisi və öz rəsmiləri üçün risqi minimuma endirmək üçün dəstəklədiyi qüvvələr vasitəsilə hücum etmək kimi böyük strategiyasının bir hissəsidir. Beləliklə, hesab edirəm ki, oktyabrın 7-də baş verənlər və Qırmızı dənizdə gəmilərə hücumların artmasından sonra ABŞ və İsrail belə bir nəticəyə gəldilər ki, təmkin göstərilməsi, İran və onun dəstəklədiyi "Hizbullah", HƏMAS və Husilərin heç bir ciddi cavab təhlükəsi olmadan istədikləri zaman və seçdikləri yerdə hücum etmələrinə bir növ imkan verilməsi uğursuz strategiyadır. Buna görə də indi strategiya bu insanların yaşadığı yerlərdə onlara bədəl ödətməkdir. Bu, İrana zərbə endirilməsi deməkdir. Düşünürəm ki, biz tezliklə Qırmızı dəniz sahillərində nüvə hədəflərinə hücumların şahidi ola bilərik. Beləliklə də, mənim fikrimcə, baş verənlər Qərbin, İsrailin və xüsusilə ABŞ-ın bir əlinin arxada bağlandığını göstərir. Hesab edirəm ki, onlar artıq əlləri arxada bağlı qalmayacaq dərəcədə bu vəziyyətdən kifayət qədər beziblər". Münaqişənin müddəti, intensivliyi və yayılması ilə bağlı hansı ssenarilərə gəlincə, ekspert bildirir: "Birincisi, Qəzza zolağının özündə hərbi əməliyyatlar gedir. Düşünürəm ki, bu, bir neçə ay və ya bəlkə də həftələr ərzində davam edəcək, çünki HƏMAS-ın hərbi, döyüş və ya terror infrastrukturunun çoxu artıq məhv edilib. Fikrimcə, bir-iki aydan sonra sabitliyə və humanitar əməliyyatlara doğru keçidin şahidi olacağıq. Əgər Livanda "Hizbullah" tərəfindən gərginlik olarsa və ya İran körfəzi və Qırmızı dənizdə müharibə olarsa, bu, müəyyən nöqtəyə qədər eskalasiyaya və aylarla davam edən döyüşlərə səbəb ola bilər. Əgər 1980-ci illərdə İraq və İran arasında baş vermiş müharibənin tarixinə nəzər salsanız, o zaman tanker müharibəsi adlanan müharibə baş vermişdi və orada İranın İnqilab Keşikçiləri Korpusu və onunla əlaqəli kiçik qayıqlar və dəniz qüvvələri beynəlxalq gəmiçiliyə indi olduğu kimi hücum edirdi. Bu, aylarla davam etmişdi, lakin kifayət qədər aşağı intensivliklə. Ona görə də düşünürəm ki, yalnız dar çərçivədə Qəzzaya baxsaq, bir neçə aydan, bəlkə də iki ay, ya da bir ay yarımdan söhbət gedir. Livanda və ya Qırmızı dənizdə daha geniş mənada hərbi əməliyyatların mümkünlüyünə baxsaq, bu, bir neçə ay uzana bilər. Bu, İranın getməyə hazır olduğu risqdir".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ