çərşənbə axşamı günü, 01 sentyabr 2026
     

ŞOK - Rusiyanın Ukraynanı məhv etməsinə şərait yaradırlar...

Image


Rusiya və Ukrayna arasında gedən savaşın hansı istiqamətdə cərəyan edəcəyi yenə qlobal miqyasda əsas müzakirə predmeti olaraq qalır. Hazırda görünən odur ki, Qərb cari ildə Ukraynaya yardımları kəskin şəkildə azaldır. 

Məsələn, "The New York Times" yazır ki, ABŞ Ukraynanı "Patriot" raketlərinin mərmiləri ilə uzun müddət təmin edə bilməyəcək. Qeyd olunur ki, buna səbəb maliyyədir. Ukrayna Silahlı Qüvvələrinin adı açıqlanmayan zabiti məsələyə münasibət bildirərkən deyib ki, bu, Kiyevə baha başa gələ bilər: "Xarici tərəfdaşlarımız bizdən üz döndərsələr, müharibənin başlanğıcına qayıdacağıq. İnsanlarımız sığınacaqlardan çıxa bilməyəcək, qarşı tərəf şəhərlərimizi xarabalığa çevirməyə davam edəcək".

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. Prezident əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib. Bu arada Danimarka ilk altı ədəd "F-16" qırıcısının Ukraynaya verilməsini bu ilin ikinci rübünə təxirə salıb. Xatırladaq ki, Danimarkanın baş naziri Mette Frederiksen ilk "F-16"ların yeni il ərəfəsində Ukraynaya göndəriləcəyini bildirmişdi. Danimarka 2023-cü ilin avqustunda Ukraynaya 19 ədəd "F-16" qırıcısı göndərəcəyini vəd edib. ABŞ təyyarələrinin Kiyevə verilməsi məsələsində Danimarka və Niderlanda "yaşıl işıq" yandırıb. Adıçəkilən ölkələr həm də ukraynalı pilotlar hazırlayır. Onlardan başqa, Norveç də Ukraynaya qırıcılar vermək niyyətindədir. Belçika 2025-ci ilə qədər "F-16"ları Ukraynaya göndərməyi planlaşdırır. Amma bu müddət Ukrayna üçün çox gecdir. Digər Qərb ölkələri də hərbi yardımları azaldır. Böyük Britaniyada yerləşən, müdafiə və güvənlik sahəsində ixtisaslaşan Kral Birləşmiş Xidmətlər İnstitutunun araşdırıcısı professor Piter Roberts bütün bunların Ukrayna üçün müsbət heç nə vəd etmədiyini bildirir. O vurğulayır ki, bu gün Qərb qısa zamanda qələbə qazanmaq üçün kütləvi əzmə üstünlük versə də, bu döyüş üsulu Ukraynada işləmir. Robertsin fikrincə, Rusiya prezidenti Vladimir Putin münaqişəni illərlə sürdürüb Qərbin diqqətini yayındırmağa arxalanır. Onun sözlərinə görə, ukraynalı döyüşçülər daha ustadır və çox şey qərbli tərəfdaşlarının da rolu ilə ölkənin öz hərbi istehsalını gücləndirməsindən asılı olacaq: "Ukrayna müharibəsinin xeyli dərəcədə yenidən geri qaytardığı şey döyüşlərin yüksək keyfiyyətli konvensional silahlarla aparılmasıdır. Bu, bəlli anlamda Koreya və Vyetnam müharibələrindən sonra unudulmuş kimi idi… Bunun tez ola biləcəyi fikri Qərbin çox selektiv yanaşması idi. Qərb dedi ki, baxın, biz müharibələri sürətli, tez və yaxşı nəticələrlə apara bilərik. Bir çox Qərb müttəfiqi və elə Ukraynanın öz ordusu da bu nəticəyə gəldi ki, biz yenidən hazırlığın sənayeləşmiş miqyasına qayıtmalıyıq. Qərbdə bir çoxlarının kiberməkana və bütün o yeni texnologiyaya investisiya edə bilmək üçün qurban verməyə hazır olduğu ənənəvi silahları da unutmayın… Özü də mənə elə gəlir ki, Qərb ordularında real dilemma var, axı onlar qısa, dəqiq, yüksək texnologiyalı savaşlar üçün təlim görüblər. İndi isə düşmənin belə döyüşmədiyi dilemması ilə üzləşirlər. Düşmənin də müharibədə söz sahibi olması faktı Qərb ordularının düşüncəsində, əsasən, unudulub. Qərblilərin 30 il boyunca təsəvvür etdikləri savaş ideyasının ayaqda qalması və hələ də uğur qazanmağa qadir olması fikri çox qüsurlu və problematikdir. Ancaq bunu çox az insan qəbul edir. Çox güclü inkar vardı və hələ də var. Ukraynada savaş başlanandan sonra "Almaniya silahlandıracaq", "Britaniya daha çox pul verəcək" və sair kimi bəyanatlar vardı. Çox az ölkənin bu vədləri yerinə yetirdiyini görürük. Bəlkə, Polşa, İsveç, bir neçə Skandinav dövləti, təbii ki, Baltik ölkələri. Ancaq iri və güclü dövlətlərin çox az bölümü – Britaniya, Fransa və Almaniya savaş başlanandan dərhal sonra eşitdiyimiz ritorikaya uyğun davranır. Mənə elə gəlir ki, əsas problemlərdən biri di bundadır: onlar öz əhalisini, yaxud özlərini inandıra bilmirlər ki, indiki halda pul qoymaq gerçəkdən vacibdir. Mənə elə gəlir ki, müəyyən mənada Hollivud müharibəsi gözləntisi vardı: tez və sürətli. Məsələ ondadır ki, girdiyiniz hər döyüşdə kontekst dəyişir. İki döyüş heç vaxt eyni deyil. Düşmən də uyğunlaşdığından döyüşlərin özü də dinamikdir. Döyüşün beşinci günü birinci gününə bənzəməz. Çox fərqlidir, axı hər iki tərəf maneələrə, çevrəsindəki yerlərə uyğunlaşır və döyüş meydanı dəyişir. Bu üzdən doktrina sizə bu məsələlərin bir çoxunda düşməndən daha ağıllı düşünmək imkanı verən ideyalar toplusudur. Ancaq bəzən durğunluq baş verir. Hər iki tərəf əllərindəki imkanlarla bacardığını etsə də, qısa zamanda heç nə dəyişmir. Uzun sürən döyüşlər və, bəli, dondurulmuş münaqişələr belə yaranır. 2008-ci ildə Gürcüstana baxsanız, bu, əsasən, dondurulmuş münaqişədir. Rusiya müdaxilə etdi, ilhaq etdi, ölkənin suveren ərazisinin bir bölümünü - Güney Osetiya və Abxaziyanı ələ keçirdi və dondurulmuş münaqişə gedişində əlində saxladı. O bu əraziləri geri qaytarmayacaq. Orada hərbi bazalar qurur, oraları möhkəmləndirir və təchiz edir. Belə mövqeyin Ukraynada möhkəmlənməsinə imkan verməmək üçün çox ehtiyatlı olmalıyıq".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

01.09.2026 / 17:29
Qadın təhlükəsizliyi və rifaha görə gürcülərdən və ermənilərdən geridəyik? - ABŞ Universitetindən şübhəli reytinq...

01.09.2026 / 17:14
Seuta anklavında İspaniyaya qarşı qanunsuz köçkün oyunundan Netanyahunun barmağı çıxdı...

01.09.2026 / 16:52
Yasamalda bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlandı - araşdırma başladı...

01.09.2026 / 16:40
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

01.09.2026 / 16:23
Tramp G-20 ölkələrini İranın üstünə qaldırmaq istəyir - ya 20-lər bölünəcək, ya da...

01.09.2026 / 16:08
İngilis baş nazirin Kiyevdə çıxışı Moskvanı bərk qıcıqlandırıb...

01.09.2026 / 15:57
ABŞ-da dünyaca məşhur bəzi media nümayəndələrini mətbuat konfransına buraxmadılar...

01.09.2026 / 15:45
Qərb Rusiya ilə mübarizə üçün Ukraynanı əvəz edəcək yeni ölkə axtarır və... Bu hansı ölkədir?

01.09.2026 / 15:32
ABŞ-İran cəbhəsində vəziyyət yenidən nəzarətdən çıxır - Trampın "Hörmüz bizdə" bəyanatı aranı qatdı...

01.09.2026 / 15:14
"Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik" - Paşinyan

01.09.2026 / 15:03
"Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək" - Prezident İlham Əliyev

01.09.2026 / 14:55
Prezident: "BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur"

01.09.2026 / 14:47
"Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq" - Prezident

01.09.2026 / 14:39
Heqsetin Sərəncam kitabından dəhşətli faktlar çıxdı - orduda silah-sursat tükənir, üsyan yetişir...

01.09.2026 / 14:35
Prezident: "Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir"

01.09.2026 / 14:31
"Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı" - Prezident

01.09.2026 / 14:26
Rusiyada DİN miqrantlara qarşı "ən yeni kibertexnologiya" ilə mübarizəyə başladı...

01.09.2026 / 14:21
Prezident: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası müvafiq mexanizmlərin hazırlanmasını tələb edir"

01.09.2026 / 14:15
Türkiyə-İsrail münasibətləri etik və siyasi çərçivələrdən çıxır - dünya seyrçi mövqedə...

01.09.2026 / 14:11
"Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyirik" - Prezident

01.09.2026 / 14:07
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub - FOTO

01.09.2026 / 14:05
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib - FOTO/YENİLƏNDİ

01.09.2026 / 14:00
Sentyabrın 1-dən suvarma suyu pullu oldu - qiymətlərə yeni təzyiq başlaya bilər...

01.09.2026 / 13:48
Amerikalı mütəxəssislər İranda gizli yeraltı uran anbarı aşkarladı…

01.09.2026 / 13:36
Ukrayna Rusiyanın ən böyük Baltik limanını bombaladı - Estoniya NATO qırıcılarını havaya qaldırıb…

01.09.2026 / 13:05
Azərbaycanda balıq ovu mövsümü açıldı

01.09.2026 / 12:37
Mirziyoyev “ŞƏT - 2040” konseptual baxışının hazırlanmasını təklif etdi

01.09.2026 / 12:25
Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs yaxalandı

01.09.2026 / 11:44
Bir gündə 46 cinayətin üstü açıldı

01.09.2026 / 11:26
ABŞ ordusunda ŞOK ayrılıq – nazirlə toqquşan "dron adam" istefa verdi…

01.09.2026 / 11:22
Prezident azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirdi

01.09.2026 / 11:21
Rusiyalı nazirin G7 Sammitində iştirakı qalmaqal yaratdı - Tramp “hamı ilə yola getməyi sevirik” dedi

01.09.2026 / 11:17
Prezident İlham Əliyev Peter Pelleqriniyə məktub ünvanlayıb

01.09.2026 / 11:10
ŞƏT dövlət başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalandı

01.09.2026 / 11:06
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

01.09.2026 / 10:43
Ermənistan TRIPP-in tikintisinin başlayacağı mümkün tarixləri açıqladı...

01.09.2026 / 10:36
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edildi

01.09.2026 / 10:34
ABŞ İrana nüvə bombası atacaq? - Tramp qəti danışdı…

01.09.2026 / 10:10
Hikmət Hacıyev Bişkekdə Alen Simonyanla görüşdü

01.09.2026 / 09:40
Prezident İlham Əliyevin Bişkekdə Ərdoğanla görüşü olub - FOTO/YENİLƏNDİ

01.09.2026 / 09:25
Ararat Mirzoyan: “Ermənistan yaxın günlərdə Azərbaycana mal satacaq”

01.09.2026 / 08:47
İspaniyada istidən ölüm halları rekord həddə - 5200-ün üstü…

01.09.2026 / 08:21
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

01.09.2026 / 08:02
Eks-məmurlar Netanyahuya məktub yazdı - “…dayandırın!”

01.09.2026 / 07:26
Britaniya gəmisi Hörmüzdə hücuma məruz qaldı

31.08.2026 / 22:41
Avropada Ukraynaya silah tədarük edən daha bir zavod yandırıldı – bir ayda beşinci fakt…

31.08.2026 / 22:18
Belçika dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ideyasını rədd etdi…

31.08.2026 / 22:00
Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır

31.08.2026 / 21:38
Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...

31.08.2026 / 21:11
Baş nazir Babiş Bakıdan yenicə qayıdıb, Çexiyada anti-Azərbaycan erməni aksiyaları başlayır...

31.08.2026 / 20:48
Ünvanlı yardımın məbləği də, yardım alanların sayı da ilbəil azalır... Bu nəyi göstərir?

31.08.2026 / 20:11
“The Independent”, “The Guardian” və “BBC” Azərbaycanla bağlı yalan məlumat yaydı - MEDİA-dan sərt bəyanat...

31.08.2026 / 19:50
Tramp İrana yeni hücum əmri verdi… İordaniyanın qisası - “Bu gecə onları sərt vuracağıq”…

31.08.2026 / 19:27
Ağrı dağda Nuhun gəmisi tapıldı -Türkiyə mediası da ermənilərə qoşulub “Ararat” yazır...

31.08.2026 / 19:11
Putinlə Paşinyan hələ heç vaxt belə gərgin danışıq ərəfəsində olmayıblar - Bişkekdə hərarət qalxacaq...

31.08.2026 / 19:08
Trampın yeni tarifləri “Toyota” və “Honda”nı vura bilər – şirkətlər Kanadada istehsalı azaldır…

31.08.2026 / 18:53
Kinematoqrafçılar İttifaqında nə korrupsiya? - Deyilənə görə, köhnə rəhbərlikdən qisas almaq oyunu gedir...

31.08.2026 / 18:37
Tramp Moskvada Putinlə görüşdüyü deyilən MKİ şefi barədə ən populyar variantı inkar etdi...

31.08.2026 / 18:31
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - FOTO/YENİLƏNDİ

31.08.2026 / 18:25
İran ABŞ-ın Hörmüzdə qabaqlayıcı zərbə iddialarını rədd etdi – minalanma ilə əlaqəsi yoxdur…

31.08.2026 / 18:17
Azərbaycan orta gücə çevrildi - Əliyevlə bağlı 3 faktorun həlledici təsiri...

31.08.2026 / 18:01
Putinlə Paşinyanın Bişkek görüşü çox gərgin keçəcək - ortada elə ciddi problem var ki...

31.08.2026 / 17:41
İran hakimiyyəti üçün daxili təhlükə artır

31.08.2026 / 17:37
Rusiya Ermənistandan olan minlərlə əmək miqrantını qovur...

31.08.2026 / 17:24
Ermənistanın diplomat korpusu hələ açılmamış “Marqara” sərhəd məntıqəsinə gəzintiyə çıxarıldı...

31.08.2026 / 17:09
İranla müharibədə ABŞ-ın pulu tükəndi...

31.08.2026 / 17:03
Bişkekdə Prezident İlham Əliyevin Pezeşkianla görüşü olub - FOTO/YENİLƏNDİ

31.08.2026 / 16:59
Türkiyə MİT-dən qorxunc hesabat - PKK-nın bütün hərbi arsenalı yerindədir, yeni tunellər qazılır...

31.08.2026 / 16:55
Rusiyada yersiz əminlik var - TRIPP-də ABŞ, Azərbaycan, Türkiyə və İran toqquşacaq"...

31.08.2026 / 16:40
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin yeni perspektivləri açılır...

31.08.2026 / 16:36
ŞƏT-in strateji tərəfdaşı -Yeni dünya düzəninə doğru prosesdə Azərbaycanın "orta güc" rolu artır... Aydın QULİYEV yazır...

31.08.2026 / 16:20
Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verdi

31.08.2026 / 15:49
Prezident Əliyev və Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

31.08.2026 / 15:44
Əliyev və Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

31.08.2026 / 15:38
Ermənistan Zəngəzur dəhlizi intriqalarına daha iki türk dövlətini qoşmaq istəyir...

31.08.2026 / 15:16
Tramp “Xark adası yerləyeksan edildi” dedi, İrandan fərqli açıqlama gəldi…

31.08.2026 / 15:08
Prezident İlham Əliyevin Bişkekdə Tokayevlə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

31.08.2026 / 14:48
İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs yaxalandı

31.08.2026 / 14:30
Hindistan Ermənistana 500 km mənzilli "yer-yer" raketləri satır...

31.08.2026 / 14:15
Xəzərdə sərnişin qayığı qayaya çırpıldı - ölənlər var...

31.08.2026 / 14:03
Ukrayna müharibəsindən qaçan ruslara İrəvanda sığınacaq verilməsi Kremli qıcıqlandırdı...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ