Cümə günü, 06 noyabr 2026
     

Qarabağ separatçıları hamılıqla Fransaya köçür...

Image


Məlum olduğu kimi, Azərbaycan ərazisində özünü müstəqil elan edib 30 il davam etmiş "Dağlıq Qarabağ Respublikası" cari ilin yanvarın 1-də ləğv olunmalı idi. 

Bu barədə "fərmanı DQR-in son prezidenti" Samvel Şahramanyan Azərbaycanın bir günlük antiterror əməliyyatlarından sonra vermişdi və sənəd 2024-cü il yanvarın 1-dən qüvvəyə minməli idi. Amma ötən ilin sonuna az qalmış, yəni dekabrın 22-də o, sözünü geri götürdü və separatçı "respublikanın qanunvericiliyində dövlət institutlarının" ləğvini dəstəkləyən heç bir sənədin olmadığını bəyan etdi.

Burada qeyd edək ki, Ermənistanda da separatçı hökumətin de-fakto fəaliyyəti yaxşı qarşılanmır. Şahramanyana gəlincə, o da ermənilə birlikdə könüllü şəkildə Qarabağı tərk edib. Oktyabrın 19-da Şahramanyan İrəvanda başqa bir "fərman" imzalayıb və "fərmana" görə, "prezident, dövlət naziri və digər rəsmilər" maaş almadan fəaliyyətlərini Ermənistanda davam etdirəcəklər. Şahramanyanın köməkçisi Vladimir Qriqoryan deyib ki, Şahramanyan oktyabrın 19-da imzaladığı fərmanla sentyabrın 28-də "DQR"-in buraxılması barədə imzaladığı fərmanı ləğv edib. Finlandiyanın STT xəbərlər agentliyinin müxbiri Suomen Tietotoimisto yazır ki, Şahramanyan sentyabr ayında, Azərbaycanın hərbi əməliyyatlarından sonra "DQR"in buraxılması barədə fərman imzalasa da, separatçı lider belə görünür ki, öz sözlərini "yeyib": "Dekabrın 22-də Şahramanyan elan edib ki, bundan əvvəl özünün imzaladığı fərman etibarlı deyil". "Deutsche Welle" telekanalının şərhçisi Yuri Reçeto hesab edir ki, Şahramanyanın öz "fərmanını" ləğv etməsinin heç bir nəticəsi olmayacaq. O, Şahramanyanın "fərmanı" ləğv etmək qərarına Qarabağ qaçqınlarından olan təzyiqləri səbəb kimi göstərir: "Ona olan təzyiqlər çoxdur və Qarabağı Azərbaycana verməsi barədə ittiham onun üçün ağırdır. Çox güman ki, bu şərhinin səbəbi budur. Amma bu, Dağlıq Qarabağın fiziki olaraq artıq mövcud olmadığı faktını dəyişmir". Bunlar fonunda BBC xatırladır ki, Azərbaycanla sülh barədə danışıqlar aparmaqda olan Ermənistan öz ərazisində "sürgündə hökumətin" fəaliyyətinə icazə verməyəcəyini bildirib. Baş nazirin sözçüsü Taron Çaxokyan deyib: "Ermənistan hökuməti Qarabağ dövlət institutlarının ölkədə mövcudluğunu mümkün hesab etmir. Bu, Ermənistanın təhlükəsizliyinə təhdid yaradır". Çaxokyan qeyd edib ki, Ermənistanda ikinci hökumət və ya ikinci dövlət ola bilməz,  Qarabağ qurumları qaçqınların problemini həll etməyə qadir deyil. Millət vəkili Lili Minasyan separatçıları provokasiyada ittiham edib və deyib ki, hüquq-mühafizə orqanları onlara qarşı sərt qanuni tədbirlər görməlidir. Hakim "Vətəndaş Müqaviləsi" partiyasının katibi Artur Hovhanisyan isə bəyan edib ki, Ermənistanda yalnız bir qanuni seçilmiş hazırkı hökumət mövcuddur: "Ermənistanı Azərbaycanla yeni hərbi provokasiyaya çəkmək planları məhv ediləcək və onun müəllifləri ağır cəzalandırılacaq".

Bu arada, separatçı hökumətin Fransada yerləşməsinə dair təkliflər var. Belə ki, BBC-nin məlumatına əsasən, siyasi təhlilçi Hmayak Hovhannisyan deyib ki, "Qarabağ hökuməti Ermənistanı, erməni xalqını və Dağlıq Qarabağdan olan qaçqınları dəstəkləməyə qətiyyətlə sadiq olan" Fransaya köçməlidir. Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmə haqları üçün mübarizə aparmaqdansa, öz ölkəsinin gələcəyinə üstünlük verəcək. "Dağlıq Qarabağ Respublikası" dünyada heç zaman tanınmayıb, hətta Ermənistanın özü belə, verdiyi hərbi və maliyyə dəstəklərinə baxmayaraq, qurumu tanımayıb. Ermənistan 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə keçən il Azərbaycanın ərazi bütövlüyünü tanıdığını da bəyan edib. Azərbaycan deyir ki, Qarabağı tərk etmiş ermənilər ölkə vətəndaşlığını qəbul etmək şərti ilə geri qayıda bilərlər. Bununla yanaşı, Azərbaycan həmçinin bildirir ki, Ermənistan da öz növbəsində, 1980-ci illərin sonundan Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz evlərinə qayıdışını təmin etməlidir. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamasının şərtlərini açıqlayıb. Keçən ay çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, keçmiş "Dağlıq Qarabağ respublikasını" unutmalı və sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdır. O, həmçinin, sülh müqaviləsində Azərbaycanda etnik ermənilərin haqları məsələsinə toxunulmayacağını da şərt kimi qoyub və deyib ki, əks halda sənəddə Ermənistandan qaçqın düşən azərbaycanlıların haqları barədə də maddə olmalıdır: "Əgər onlar saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır". Ermənistanın buna münasibəti hələ ki, məlum deyil. Amma jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin rəhbəri Alen Simonyan bildirmişdi ki, nə vaxtsa Ermənistana azərbaycanlılar, Azərbaycana isə ermənilər köçüb yaşaya bilərlər. Hələlik isə separatçı hakimiyyətin Ermənistanda fəaliyyətini davam etdirib-etdirməyəcəyi məlum deyil, amma onun "DQR"i yenidən diriltmə cəhdlərində israrı hələ ki, davam edir. İndi İrəvan özü bunun qarşısını almalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxın olduqları barədə müsbət bəyanatlar verməkdədirlər. Bu il belə bir müqavilənin imzalanması imkanları hər zamankından daha yaxın ola bilər. Elə o səbəbdən buna qarşı istənilən cəhd məhv edilməlidir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ