Cümə günü, 06 noyabr 2026
     

Mümkün İsrail-Hizbullah müharibəsi ilə bağlı dəhşətli ssenari - ilk gün 6 min raket, hər gün 1500 itki... hazırlıqlar başladı...

Image


İsrail Hizbullahla toqquşmaların davam etdiyi Livan sərhədində müharibə ehtimalına qarşı ordunu tam hazır vəziyyətə gətirib. "Times of Israel" qəzetinin məlumatına görə, Livan sərhədinə səfər edən İsrail Baş Qərargah rəisi Halevi yüksək rütbəli hərbçilərlə bölgədəki vəziyyəti dəyərləndirib. Baş Qərargah rəisi deyib ki, Livan sərhədində müharibə ehtimalına qarşı ordunun hazırlığı yüksək səviyyəyə çatdırılıb.

İsrail qüvvələrinin hər sahədə döyüşə hazır olduğunu bildirən Halevi, yalnız on minlərlə dinc sakinin öldürüldüyü Qəzzada Həmasla mübarizəyə fokuslandıqlarını iddia edib.

Halevi müharibəyə səbəb olan çətin şərtlərə baxmayaraq, bunun, əslində ölkənin şimal və cənubunda vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirəcək bir fürsət olduğunu deyib. İsrailin adi "müdafiə" təcrübələrində dəyişiklik edəcəyini bildirən Halevi yaxın vaxtlarda sərhədə daha çox qüvvə yerləşdirəcəklərini bildirib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasındakı sərhəddə vaxtaşırı toqquşmalar yaşanır. Bu toqquşmalarda 28 livanlı mülki vətəndaş və 129 Hizbullah üzvü, İsrail qüvvələrinin açıqlamasına görə isə 5 mülki israilli və 9 İsrail əsgəri həlak olub.

Yanvarın 2-də isə Təl-Əviv administrasiyasına bağlı qüvvələr Beyrutda "Hizbullahın qalası" kimi tanınan Dahiye bölgəsindəki Həmas ofisini hava hücumu ilə hədəfə alıb və HƏMAS-ın Siyasi Büro rəhbərinin müavini Salih əl-Arurini öldürüb.

İsrail müharibənin ilk günündən 7 oktyabr hücumunu planlaşdıran Həmas və ya Kassam Briqadalarının liderlərini axtarır. Üç ay keçməsinə baxmayaraq, İsrailin axtardığı Yəhya Sinvar, Məhəmməd Deyf və digərlərindən hələ də əsər-əlamət yoxdur. 

Hizbullah və İsrail ordusu 3 aydır Livan sərhədində döyüşür. Münaqişə zonası zaman-zaman sərhəd xəttini keçsə də, indiyədək müəyyən bir çərçivədə davam edib. Lakin İsrail ordusunun hədəfini dəyişərək illərdir Beyrutda yaşayan Salih Arurini vurması tərəflər arasında kiçik qarşıdurmaların irimiqyaslı müharibəyə çevrilə biləcəyinə dair narahatlıqlara səbəb olub.

İndi İsrailin HƏMAS-ın siyasi liderlərindən olan Salih Arurini Beyrutda öldürməsindən sonra Livanın bir nömrəli hərbi gücü olan Hizbullahın atacağı addımlar ətrafında müzakirələr başlayıb. Hizbullah lideri Həsən Nəsrullah hücumun cəzasız qalmayacağını bildirib və qisas alacaqlarına işarə edib. 

Bu arada, Hizbullaha yaxınlığı ilə tanınan "El Meyadin" televiziyası İsraillə mümkün müharibə ilə bağlı ssenari paylaşıb. Televiziyanın məlumatına görə, İsrail təhlükəsizlik və hərbi mənbələri Hizbullahla mümkün müharibədə hər gün minlərlə raketin atılacağını bilirlər. İsrailin təxminlərinə görə, Hizbullah müharibənin ilk günlərində 6 min raket atacaq, daha sonra bu rəqəm gündə 1500-2 minə düşəcək. "El Meyadin"in iddiasına görə, İsrail ssenarisində gündəlik 1500 nəfərin öləcəyi və Dəmir Qübbə hava müdafiə sistemi tərəfindən bəzi raketlərin qarşısı alınsa belə, bu itkilərin yaşanacağı qeyd edilir.

"El Meyadin" vurğulayır ki, israillilərin ssenarisi Hizbullah lideri Həsən Nəsrullahın "qaydasız müharibə" bəyanatı ilə üst-üstə düşür.

O da qeyd edilir ki, İsrail ordusu Arurinin öldürülməsindən sonra şimal sərhədində hazır vəziyyətə gətirilib. Aralıq dənizi sahilində yerləşən Hayfa şəhərinin bələdiyyəsinin sığınacaqları açmağa qərar verdiyi barədə də məlumatlar yayılıb.

Onu da vurğulayaq ki, Livanın ən böyük hərbi gücü olan Hizbullah 18 il əvvəlki müharibədən sonra sürətlə silahlanıb. Son illərdə ilk dəfə tank və zirehli texnikasını təqdim edən Hizbullahın arsenalındakı raketlər də diqqət çəkir. İsrail ordusunun 2022-ci ildə dərc etdiyi hesabata görə, Hizbullahın 100 mindən çox raketi var. Bu rəqəm təşkilatın 2006-cı ildəki raketlərinin sayından 6 dəfə çoxdur. 

Hizbullahın raketlərinin əksəriyyəti 20 kiloqramlıq partlayıcı başlığa malik 40 kilometr mənzilli rus "Katyuşa"sıdır, ancaq arsenallarında başqa raketlər də var. İsraillilərə görə, Hizbullahın əlində olan İran istehsallı 300 kilometrə qədər mənzilli Fetih-110 ballistik raketi 500 kiloqramlıq döyüş başlığı daşıya bilir və İsrailin paytaxtı Təl-Əvivi vura bilər. Hizbullahın əldə etdiyi İran istehsalı "Zilzal-1" və "Zilzal-2" raketlərinin uçuş məsafəsi isə 210 kilometrə qədərdir. Zilzal raketlərinin partlayıcı gücü 600 kiloqramdır. Təşkilatın raket arsenalında Rusiya istehsalı olan Raid-2 və Raid-3, İran istehsalı Fecr-3 və Fecr-5 də var. İsrailin təxminlərinə görə, Hizbullahın əlində C-802 və Yaxont gəmi əleyhinə raketləri də var. 

Hizbullahın gizli hərbi qüvvələrinin həm kəşfiyyat, həm də kamikadze pilotsuz uçan aparatlarına sahib olduğu da məlumdur. 2022-ci ildə İsrailin Aralıq dənizindəki qaz yataqları üzərində uçan Hizbullah pilotsuz təyyarələri böyük səs gətirmişdi. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ