Cümə günü, 06 noyabr 2026
     

İrəvan Kiyev kimi müqavimət göstərə bilməyəcək...

Image


Rusiya səfiri Sergey Kopırkin Ermənistanın İctimai Televiziyasına müsahibəsi zamanı səsləndirdiyi fikirlər, gözlənildiyi kimi, İrəvanda ciddi ajiotaj yaradıb. Kopırkin qeyd edib ki, Nikol Paşinyanın İrəvanın xarici siyasət vektorunu dəyişmədiyinə dair vədlərinə baxmayaraq, Rusiya bu sahənin ciddi şəkildə korrektə olunduğunu və hətta yenidən formalaşdırıldığını görür: 

"Qərbin məqsədi, istər Cənubi Qafqaz, istərsə də digər regionlar olsun, bütün cəbhələrdə Rusiya ilə mübarizə aparmaqdır. Biz Ermənistanın müstəqil dövlət olduğunu bilirik və öz siyasətini müəyyən etmək hüququna malik olduğunu anlayarıq. Buna görə Ermənistanı hansısa xarici siyasət vektorunu dəyişməkdə suçlamırıq. Lakin Qərbin Rusiya ilə qarşıdurmasını nəzərə alsaq, onun narahatlığı normaldır. Amma Moskva Ermənistana strateji tərəfdaş və müttəfiq kimi baxmaqda davam edir"

Rusiya səfirinin bu açıqlamaları fonunda Ermənistanın "armenianreport" portalı yazır ki, əslində, Kremldən İrəvana növbətə xəbərdarlıq gəlir: "Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin müsahibəsində səsləndirdiklərini diqqətlə dəyərləndirməliyik. Çünki onun dediklərinin hamısı Kremlin ölkəmizlə bağlı siyasətinin bariz əksidir. Kreml isə ölkəmizin rəhbərliyinin siyasətindən narazılığını gizlətmir. Onlar hesab edirlər ki, Ermənistan "Qərblə flört edir". "Rusiya Qərblə münasibətlərdəki tendensiyaları ikiqat ehtiyatla izləyir. Təbii ki, biz buna heç bir şəkildə qarşı çıxa bilmərik, biz qarşıdurma yaratmırıq və siyasəti nə bizimlə, nə də bizə qarşı hesab edirik", - Kopırkin bildirib. Və bu, tamamilə aşkar, zəif gizli bir təhlükə idi. Bunun yalnız bir təsdiqini verəcəyik. "Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış ittifaqı, hətta Qərbdən konkret yardım üçün deyil, yalnız qeyri-müəyyən vədlər üçün dəyişir", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunları üzrə TASS-a eksklüziv müsahibəsində bildirib. Tamamilə aydındır ki, səfir Kopırkin Rusiya XİN rəhbərinin fikrini, sadəcə olaraq, davam etdirib. O, praktiki olaraq açıq şəkildə ölkəmizin rəhbərliyini müstəqil xarici siyasət yürütməkdən əl çəkməyə və demokratik Qərblə yaxınlaşmamağa çağırır. Rusiya bizim milli maraqlarımıza əhəmiyyət vermir. Orada başqa ölçüdə yaşayırlar. Səfir Kopırkinin danışdığı da bunu göstərir. Bəli, Kreml hesab edir ki, Qərb Rusiyaya müharibə elan edib. Aydındır ki, reallıqda hər şey tamam fərqlidir. Əslində, rus xalqının yad torpaqlardakı müharibələrə, başqa ölkələrin sakinlərinin qanına və göz yaşlarına olan əbədi ehtiyacını ödəyən məhz Rusiya prezidenti Vladimir Putindir. O, yenidən SSRİ-ni yaratmağı arzulayır və əslində bunu gizlətmir. İstifadəsinə hazır olduğu üsulları da gizlətmir. Və bütün dünya yenidən Rusiyanın öz planlarını həyata keçirmək üçün nə etməyə hazır olduğunun yeni sübutunu gördü. O, Ukraynaya misli görünməmiş bir qəddarlıq və güc hücumu etdi. "Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və digər şəhərlərdə doğum evi, təhsil müəssisələri, ticarət mərkəzi, çoxmərtəbəli binalar və fərdi yaşayış evləri, ticarət anbarı, avtodayanacaqlar raketlərlə vuruldu", - deyə Ukrayna prezidenti Vladimir Zelenski kütləvi hava hücumundan zərər çəkmiş şəhər və obyektləri sadalayıb. O bildirib ki, Rusiya arsenalında olan, demək olar ki, hər şeylə Ukraynanı vurub: "Kinjal"lar, S-300-lər, qanadlı raketlər, PUA-lar. "Strateji bombardmançı təyyarələr X-101/X-505-i buraxdılar. Təxminən 110 raket atılıb, onların əksəriyyəti vurulub", - deyə Zelenski bildirib. Aydındır ki, Rusiya bundan sonra da eyni şəkildə hərəkət edəcək. Şübhəsi olanlar üçün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin dediklərini xatırlamağı təklif edirik. O iddia edir ki, Odessa, Dnepropetrovsk, Xarkov, Nikolaev, Kiyev bir çox başqa müvəqqəti işğal olunmuş şəhərlər kimi Rusiyanın şəhərləridir. Bunu son günlərdə zərbələrin endirildiyi yerlərlə müqayisə edin və hər şey sizə aydın olacaq. Görəcəksiniz ki, Rusiyanın Ukrayna ilə bağlı planları nə qədər aydındır. "Onların hamısı hələ də kağız xəritələrdə və elektron planşetlərdə sarı və mavi rənglərlə qeyd olunub. Xüsusi əməliyyat davam edəcək, onun məqsədi Ukrayna qoşunlarının tərksilahı və hazırkı Ukrayna dövlətinin neonasizm ideologiyasından imtinası olaraq qalacaq", - D.Medvedyev əlavə edib. Aydındır ki, o, Vladimir Putinin ağzı ilə danışır. Amma S.Lavrov və S.Kopırkinin bəyanatları haqqında da eyni şeyi demək olar. Bəli, hamı bizdən təvazökarlıq və təslim olmağı tələb edir. Əks halda, təbliğatçıların ağzından Ermənistanın Ukraynanın taleyi ilə üzləşəcəyini deyirlər. Bunu istəmirsən? Onda sivilizasiyaya, demokratiyaya doğru addımlar atmaqdan vaz keçin. Rus dünyasını izləyin - zorakılıq, gerilik, hamı ilə düşmənçilik dünyasını. Axı Kremldə, artıq səfir Korkinin dediyi kimi, Rusiyanın yanında olmayan hər kəsin ona qarşı olduğuna inanırlar. Və bu təhlükələri qiymətləndirməmək olmaz". 

Beləliklə, indi Ermənistanda etiraf edilir ki, Rusiya Ukrayna ssenarisini tezliklə burada da tətbiq edə bilər. Amma Ukraynadan fərqli olaraq, Ermənistan Rusiyaya müqavimət göstərə bilməyəcək.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ