çərşənbə axşamı günü, 01 sentyabr 2026
     

Qafqazda ikinci müharibə cəbhəsi açılır - alət dövlət də bəllidir...

Image


ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq imkanını nəzərdən keçirir. Bunu Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Mixail Qaluzin deyib: "Vaşinqton çoxdan gizlətmir ki, onlar Cənubi Qafqaza Rusiyaya qarşı ikinci cəbhənin açılması üçün tramplin kimi baxırlar".

Qaluzin vurğulayıb ki, bu cür hərəkətlər region xalqlarının mənafelərinə ziddir. Onun fikrincə, tarixi, indiki faktlar onu göstərir ki, regional problemləri region ölkələrindən daha yaxşı heç kim həll edə bilməz: "Regional problemlərin həllinə qeyri-regional oyunçuları cəlb etmək cəhdləri ən yaxşı halda heç nə ilə bitər. Ən pis halda isə qlobal miqyasda ciddi fəlakətlə nəticələnər". Daha əvvəl isə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də bildirib ki, ABŞ və əlaltıları postsovet məkanında Dnestryanı və digər münaqişələri qızışdırmağa, Abxaziya və Cənubi Osetiyada ikinci cəbhə açmağa çalışır: "Postsovet məkanını çalxalamaq üçün ABŞ və əlaltıları Dnestryanını qızışdırmağa, Abxaziya və Cənubi Osetiyada ikinci cəbhə açmağa, Cənubi Qafqazda qeyri-sabitliyi stimullaşdırmağa və Orta Asiyada vəziyyətə təsir etmək üçün Əfqanıstan amilindən alət kimi istifadə etməyə çalışır". Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəllər bəyan etmişdi ki, Ermənistan hakimiyyəti "Qərbin təhriki ilə" öz xarici siyasətini tamamilə dəyişməyə hazırlaşır: "ABŞ və Aİ Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir". Bütün bunlar o deməkdir ki, indi Rusiya Ermənistan və Gürcüstan üzərindən Qafqazda ona qarşı ikinci cəbhənin açıla biləcəyindən ehtiyat edir. Bu vəziyyətdə  rusiyalı siyasi və iqtisadi məsələlər üzrə analitik Konstantin Simonov bildirir ki, indi İrəvan bir neçə istiqamətdə mürəkkəb xarici siyasət oyunu oynamağa çalışır. Onun sözlərinə görə, Ermənistan Rusiyaya böyük ümidlər bəsləmir: "İrəvan Vaşinqton, Brüssel və Tehranla ciddi yaxınlaşma cəhdləri edir. Biz görürük ki, burada artıq bir çox problemlər yaranır. Çünki İrəvanın Tehranla yaxınlaşması Qərb üçün problemdir, İrəvanın Qərblə yaxınlaşması isə Tehran üçün ciddi problemdir və bununla bağlı artıq bəyanatlar verilir. Lakin İrəvan bunu ilk baxışdan problemli olan mümkün yol kimi görür". Simonov bildirib ki, Sankt-Peterburqa səfərə baxmayaraq, Ermənistanın Qərblə bağlı siyasəti davam edir. Bu fonda o qeyd edir ki, Qərb təlimatlarına uyğun olaraq Ermənistan rəhbərliyi rus hərbçilərini ölkədən çıxarmaq istiqamətidə fəaliyyət göstərir. Lakin o qeyd edir ki, bu halda Ermənistan daha ciddi problem yaşayacaq. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov da bu günlərdə xüsusi olaraq diqqətə çatdırıb. Nazir qeyd edib ki, Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazası ilə bağlı son müzakirələri zərərli hesab edirlər: "Onun orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da olub. İlk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ümumi məqsədinə əsaslanaraq bağlanıb. Hazırda ordumuz bu regionda sülhün təmin edilməsində əsas elementdir. Son vaxtlar İrəvan NATO və onun ayrı-ayrı üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Bu il Ermənistan alyansla bir neçə tədbirdə iştirak edib. Silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir. Hərbi respublikalar Şimali Atlantika blokunun bir sıra dövlətlərində təlim keçir. Bu, bizi narahat etməyə bilməz. Dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirməkdir. Bir sözlə, "parçala və hökm sür" sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır. Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğunu bilir".

Amma Qərbdə məsələyə fərqli yanaşılır. Rusiyanın Cənubi Qafqazda zəifləməsi Ermənistandakı mövqelərinin sıradan çıxması ilə mümkün ola bilər. Buna paralel olaraq, Qərbin bölgədə güclənməsi də Ermənistanda möhkəmlənməkdən keçir. Çünki Gürcüstan keçmiş təcrübəsi fonunda daha ehtiyatlı davranış sərgiləyir, Azərbaycan isə müstəqil siyasi xəttindən geri çəkilmir. Bu halda zəif halqa Ermənistandır. Deməli, Qafqazda Rusiyaya qarşı ikinci cəbhə üçün də ideal məkan yenə Ermənistandır. Artıq Ermənistanın Rusiya və Qərbin yeni qarşıdurma platforması olaraq seçildiyi görünür. Qərb Ukraynada olduğu kimi, Moskva ilə birbaşa toqquşmadan qaçır və mübarizəni proksi qüvvələr vasitəsilə aparmaq niyyətindədir; Ermənistan bu oyunda Qərbin proksi qüvvəsi olaraq qəbul edilib. İndi rəsmi İrəvanın böyük dövlətlərin arxasında gizlənib öz siyasətini davam etdirməyə ümidi böyükdür. Qərbin bölgəmizdə Rusiyaya qarşı ikinci cəbhə açma planı da baş verən hadisələrin əsas səbəblərindən biridir. Kreml isə Rusiyanın Cənubi Qafqazdakı mövqelərini belə asanlıqla ABŞ və Qərbə təhvil vermək niyyətində olmadığını qətiyyən gizlətmir. Təbii ki, bundan sonra rəsmi İrəvanın davranışları Rusiyanın atacağı növbəti addımların mahiyyətini müəyyən edəcək. İndilikdə görünən odur ki, Qərb Rusiyanı Ermənistana qarşı aqressiyaya təhrik edir. Bu da ikinci cəbhə üçün lazımdır.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

01.09.2026 / 20:35
Mirzoyan Zaxarova barədə: “Məndən bu qadının sözlərinə şərh verməyi xahiş etməyin"…

01.09.2026 / 20:25
İran ABŞ və İsraillə müharibədə ballistik raketlərdən istifadə edib - USA TODAY

01.09.2026 / 19:33
Zelenski Trampın nümayəndələrilə görüşdən sonra bu mesajı verdi - Sentyabrda çox şey dəyişə bilər…

01.09.2026 / 19:18
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı FOTO

01.09.2026 / 19:10
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının cavabını verdi...

01.09.2026 / 18:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Narendra Modi ilə görüşünə dair paylaşım edilib - FOTO

01.09.2026 / 18:10
Pezeşkian Putinlə görüşdə İran-ABŞ müharibəsi ilə bağlı əmin danışdı - qalib gələcəyik…

01.09.2026 / 17:56
Yasamalda bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlandı - DİN və Baş Prokurorluğa müraciət edildi

01.09.2026 / 17:53
“Mazımqara” postunda bəyan edilməyən 232 min manatlıq mal aşkarlandı

01.09.2026 / 17:47
Putin həbsdəki keçmiş prezidentə məktubla ürək-dirək verdi... “Sınaqlara dözümlü ol”...

01.09.2026 / 17:35
“Sea Breeze”də çimərlik polosu üzrə beynəlxalq turnir keçiriləcək

01.09.2026 / 17:29
Qadın təhlükəsizliyi və rifaha görə gürcülərdən və ermənilərdən geridəyik? - ABŞ Universitetindən şübhəli reytinq...

01.09.2026 / 17:14
Seuta anklavında İspaniyaya qarşı qanunsuz köçkün oyunundan Netanyahunun barmağı çıxdı...

01.09.2026 / 16:40
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

01.09.2026 / 16:23
Tramp G-20 ölkələrini İranın üstünə qaldırmaq istəyir - ya 20-lər bölünəcək, ya da...

01.09.2026 / 16:08
İngilis baş nazirin Kiyevdə çıxışı Moskvanı bərk qıcıqlandırıb...

01.09.2026 / 15:57
ABŞ-da dünyaca məşhur bəzi media nümayəndələrini mətbuat konfransına buraxmadılar...

01.09.2026 / 15:45
Qərb Rusiya ilə mübarizə üçün Ukraynanı əvəz edəcək yeni ölkə axtarır və... Bu hansı ölkədir?

01.09.2026 / 15:32
ABŞ-İran cəbhəsində vəziyyət yenidən nəzarətdən çıxır - Trampın "Hörmüz bizdə" bəyanatı aranı qatdı...

01.09.2026 / 15:14
"Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik" - Paşinyan

01.09.2026 / 15:03
"Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək" - Prezident İlham Əliyev

01.09.2026 / 14:55
Prezident: "BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur"

01.09.2026 / 14:47
"Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq" - Prezident

01.09.2026 / 14:39
Heqsetin Sərəncam kitabından dəhşətli faktlar çıxdı - orduda silah-sursat tükənir, üsyan yetişir...

01.09.2026 / 14:35
Prezident: "Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir"

01.09.2026 / 14:31
"Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı" - Prezident

01.09.2026 / 14:26
Rusiyada DİN miqrantlara qarşı "ən yeni kibertexnologiya" ilə mübarizəyə başladı...

01.09.2026 / 14:21
Prezident: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası müvafiq mexanizmlərin hazırlanmasını tələb edir"

01.09.2026 / 14:15
Türkiyə-İsrail münasibətləri etik və siyasi çərçivələrdən çıxır - dünya seyrçi mövqedə...

01.09.2026 / 14:11
"Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyirik" - Prezident

01.09.2026 / 14:07
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub - FOTO

01.09.2026 / 14:05
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib - FOTO/YENİLƏNDİ

01.09.2026 / 14:00
Sentyabrın 1-dən suvarma suyu pullu oldu - qiymətlərə yeni təzyiq başlaya bilər...

01.09.2026 / 13:48
Amerikalı mütəxəssislər İranda gizli yeraltı uran anbarı aşkarladı…

01.09.2026 / 13:36
Ukrayna Rusiyanın ən böyük Baltik limanını bombaladı - Estoniya NATO qırıcılarını havaya qaldırıb…

01.09.2026 / 13:05
Azərbaycanda balıq ovu mövsümü açıldı

01.09.2026 / 12:37
Mirziyoyev “ŞƏT - 2040” konseptual baxışının hazırlanmasını təklif etdi

01.09.2026 / 12:25
Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs yaxalandı

01.09.2026 / 11:44
Bir gündə 46 cinayətin üstü açıldı

01.09.2026 / 11:26
ABŞ ordusunda ŞOK ayrılıq – nazirlə toqquşan "dron adam" istefa verdi…

01.09.2026 / 11:22
Prezident azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirdi

01.09.2026 / 11:21
Rusiyalı nazirin G7 Sammitində iştirakı qalmaqal yaratdı - Tramp “hamı ilə yola getməyi sevirik” dedi

01.09.2026 / 11:17
Prezident İlham Əliyev Peter Pelleqriniyə məktub ünvanlayıb

01.09.2026 / 11:10
ŞƏT dövlət başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalandı

01.09.2026 / 11:06
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

01.09.2026 / 10:43
Ermənistan TRIPP-in tikintisinin başlayacağı mümkün tarixləri açıqladı...

01.09.2026 / 10:36
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edildi

01.09.2026 / 10:34
ABŞ İrana nüvə bombası atacaq? - Tramp qəti danışdı…

01.09.2026 / 10:10
Hikmət Hacıyev Bişkekdə Alen Simonyanla görüşdü

01.09.2026 / 09:40
Prezident İlham Əliyevin Bişkekdə Ərdoğanla görüşü olub - FOTO/YENİLƏNDİ

01.09.2026 / 09:25
Ararat Mirzoyan: “Ermənistan yaxın günlərdə Azərbaycana mal satacaq”

01.09.2026 / 08:47
İspaniyada istidən ölüm halları rekord həddə - 5200-ün üstü…

01.09.2026 / 08:21
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

01.09.2026 / 08:02
Eks-məmurlar Netanyahuya məktub yazdı - “…dayandırın!”

01.09.2026 / 07:26
Britaniya gəmisi Hörmüzdə hücuma məruz qaldı

31.08.2026 / 22:41
Avropada Ukraynaya silah tədarük edən daha bir zavod yandırıldı – bir ayda beşinci fakt…

31.08.2026 / 22:18
Belçika dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ideyasını rədd etdi…

31.08.2026 / 22:00
Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır

31.08.2026 / 21:38
Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...

31.08.2026 / 21:11
Baş nazir Babiş Bakıdan yenicə qayıdıb, Çexiyada anti-Azərbaycan erməni aksiyaları başlayır...

31.08.2026 / 20:48
Ünvanlı yardımın məbləği də, yardım alanların sayı da ilbəil azalır... Bu nəyi göstərir?

31.08.2026 / 20:11
“The Independent”, “The Guardian” və “BBC” Azərbaycanla bağlı yalan məlumat yaydı - MEDİA-dan sərt bəyanat...

31.08.2026 / 19:50
Tramp İrana yeni hücum əmri verdi… İordaniyanın qisası - “Bu gecə onları sərt vuracağıq”…

31.08.2026 / 19:27
Ağrı dağda Nuhun gəmisi tapıldı -Türkiyə mediası da ermənilərə qoşulub “Ararat” yazır...

31.08.2026 / 19:11
Putinlə Paşinyan hələ heç vaxt belə gərgin danışıq ərəfəsində olmayıblar - Bişkekdə hərarət qalxacaq...

31.08.2026 / 19:08
Trampın yeni tarifləri “Toyota” və “Honda”nı vura bilər – şirkətlər Kanadada istehsalı azaldır…

31.08.2026 / 18:53
Kinematoqrafçılar İttifaqında nə korrupsiya? - Deyilənə görə, köhnə rəhbərlikdən qisas almaq oyunu gedir...

31.08.2026 / 18:37
Tramp Moskvada Putinlə görüşdüyü deyilən MKİ şefi barədə ən populyar variantı inkar etdi...

31.08.2026 / 18:31
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - FOTO/YENİLƏNDİ

31.08.2026 / 18:25
İran ABŞ-ın Hörmüzdə qabaqlayıcı zərbə iddialarını rədd etdi – minalanma ilə əlaqəsi yoxdur…

31.08.2026 / 18:17
Azərbaycan orta gücə çevrildi - Əliyevlə bağlı 3 faktorun həlledici təsiri...

31.08.2026 / 18:01
Putinlə Paşinyanın Bişkek görüşü çox gərgin keçəcək - ortada elə ciddi problem var ki...

31.08.2026 / 17:41
İran hakimiyyəti üçün daxili təhlükə artır

31.08.2026 / 17:37
Rusiya Ermənistandan olan minlərlə əmək miqrantını qovur...

31.08.2026 / 17:24
Ermənistanın diplomat korpusu hələ açılmamış “Marqara” sərhəd məntıqəsinə gəzintiyə çıxarıldı...

31.08.2026 / 17:09
İranla müharibədə ABŞ-ın pulu tükəndi...

31.08.2026 / 17:03
Bişkekdə Prezident İlham Əliyevin Pezeşkianla görüşü olub - FOTO/YENİLƏNDİ

31.08.2026 / 16:59
Türkiyə MİT-dən qorxunc hesabat - PKK-nın bütün hərbi arsenalı yerindədir, yeni tunellər qazılır...

31.08.2026 / 16:55
Rusiyada yersiz əminlik var - TRIPP-də ABŞ, Azərbaycan, Türkiyə və İran toqquşacaq"...

31.08.2026 / 16:40
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin yeni perspektivləri açılır...

31.08.2026 / 16:36
ŞƏT-in strateji tərəfdaşı -Yeni dünya düzəninə doğru prosesdə Azərbaycanın "orta güc" rolu artır... Aydın QULİYEV yazır...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ