Cümə günü, 06 noyabr 2026
     

Qərbdən və İrəvandan Lavrovun sözlərinə heç bir cavab verilmədi…

Image


Abutalıb Səmədov: "Lavrovun söylədiyi tərzdə, təbii ki, Ermənistanda heç kim ona birbaşa cavab verə bilməz"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində Ermənistanın NATO ilə dialoqu gücləndirmək kursunun nəticələri barədə xəbərdarlıq edib. 

Müxbirin "sizcə, son bir neçə ayda dialoqda yaranmış çətinlikləri nəzərə alaraq, Moskva ilə İrəvan arasında münasibətlər gələcəkdə necə inkişaf edə bilər? Rusiya hərbi bazalarının Ermənistanda davamlı olmasının mümkünlüyünü və respublika ilə NATO arasında əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz" sualına S.Lavrov "Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış ittifaqı, hətta Qərbin konkret köməyi ilə deyil, yalnız qeyri-müəyyən vədlərlə dəyişir. Strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik, indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur. Ermənistan Cənubi Qafqazda bizim üçün strateji tərəfdaş olub və belə də qalır. Əminik ki, bütün çətinliklər müvəqqətidir və siyasi iradə olarsa, aradan qaldırılacaqdır. Məhz Rusiya-Ermənistan əlaqələrinin davamlı və sistemli inkişafı iki dövlətimizin ortaq dəyərləri və vahid mədəni kodu olan xalqların fundamental maraqlarına cavab verir. Moskva ilə İrəvan arasında ticarət-iqtisadi əlaqələr və sənaye dialoqu təsirli templə inkişaf edir. Bu, iki ölkə arasında münasibətlərin bünövrəsidir, həm də Ermənistan iqtisadiyyatının davamlılığı və Ermənistan əhalisinin rifahı üçün ən mühüm yardımdır. Son illər respublikanın ÜDM-nin sürətli artımı daha çox Rusiya ilə əməkdaşlıq və İrəvanın Avrasiya İqtisadi İttifaqına üzv olması ilə bağlıdır. Dekabrın 14-15-də İrəvanda baş nazir müavinlərinin həmsədrliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib. Gələn il Ermənistan Aİİ-yə sədrlik edəcək. Həmkarlarımıza uğurlar arzulayırıq. Ermənistan hazırda bir sıra problemlərlə üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamam başqadır - Moskvanı və digər regional gücləri sıxışdırıb sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq. Çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirmək. Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yaradılmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyi möhkəmləndirmək məqsədinə əsaslanaraq bağlanıb. Bu gün bizim ordumuz bu regionda sülhün təmin edilməsində əsas elementdir. Son vaxtlar İrəvan NATO və onun ayrı-ayrı üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Bu il Ermənistan alyansla bir neçə onlarla tədbirdə iştirak edib. O, silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir, hərbi respublikalar Şimali Atlantika blokunun bir sıra dövlətlərində təlim keçir. Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini gücləndirmək və "parçala, hökm sür" sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır. Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğunu bilir"-deyə cavab verib. 

Lavrovun açıqlamasına hələ nə Qərbdən, nə də Ermənistandan cavab var. Niyə reaksiya verilmir?

"Yəqin ki, Qərbin cavabını yaxın vaxtlarda eşidərik" 

Müstəqil ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiyanın xarici işlər naziri Segey Lavrov digər rəsmilərdən fərqli olaraq həqiqəti söyləyir. "Ermənistan xarici siyasət kursunu dəyişdirir. Rusiya ilə mövcud yaxınlıqdan imtina edir və üzünü Qərbə tutur. Lavrov da deyir ki, Qərb   dumanlı vədlərdən başqa ortaya hələ konkret bir şey qoymayıb. Əslinə qalsa, bunu qoymaq imkanı da yoxdur. Yaxşı xatırlayırıq ki, ABŞ-ın konqresində dinləmələr zamanı dövlət katibinin köməkçisi bəyanat vermişdi ki, Azərbaycan hakimiyyətinin Qarabağ xalqına qarşı güc işlətməsinə imkan verməyəcəklər. Söhbət antiterror tədbirlərinin qarşısını almaqdan gedirdi. Azərbaycan bu tədbirləri həyata keçirmək məcburiyyətində idi. Çünki 10 mindən artıq Ermənistan silahlısı özünü "Qarabağ ordusu" adlandıran cinayətkar dəstələr tərki silah olunmalı idilər. ABŞ deportamentinin rəsmisi o cür bəyanat verdi, ancaq Azərbaycan buna baxmayaraq antiterror tədbirlərini həyata keçirdi və məlum oldu ki, ABŞ-ın əlindən gələn elə bu cür bəyanatlar verməkdir. Real addımlar ata bilmir, çünki haqsız mövqedədir, haqq - ədaləti müdafiə etmir. Separatizmə dəstək verir, Ermənistanın ədalətsiz tələblərini dəstəkləyir. Ancaq burada başqa bir məsələ də var ki, Rusiyanın ABŞ-dan elə də bir fərqi yoxdur. Rusiyanın da öz maraqları var və öz maraqları naminə bu xalqları uzun illərdir üz-üzə qoyub və bundan sonra da əlinə imkan düşsə, şübhəsiz, eyni siyasət davam etdiriləcək. Çətinlik bundadır ki, bu vəziyyətdə ABŞ ilə Rusiyanın bölgəni münaqişə, qarşıdurma zonasına çevirdikləri bir məqmada yanlış addımlar atılmasın və ən düzgün xarici siyasət xətti götürülsün. Hələlik Azərbaycan hakimiyyəti bunu bacarır. Şübhə yoxdur ki, bundan sonra da bacaracaq. Ancaq Ermənistanın gah bir, gah da başqa tərəfə meyl etməsi son nəticədə onun üçün uğurlu sayıla bilməyəcək nəticələrə gətirib çıxardı. Biz yaxşı xatırlayırıq, ötən ilin oktyabrda Ermənistan Vaşinqton platformasından imtina etməyə hazır olduğunu bəyan etdi, Rusiya prezidentindən xahiş etdi ki, Azərbaycan Ermənistan arasında sülh sazişi layihəsinin arxasında axıra qədər dursun. Görünür, ehtiyat edirdilər ki, Rusiya axıra qədər dayana bilməz və dayana da bilmədi. Keçən ilin oktyabrında Soçidə keçirilən sammitdə Azərbaycan Prezidenti kəskin mövqe ortaya qoydu və Rusiyanı məcbur etdi ki, hazırladığı layihədən imtina etsin. Yalnız bundan sonra Ermənistan Qərbə doğru kəskin dönüş etdi, bud a ona başqa problemlər yaratdı. İndi Avrasiya İqtisadi Birliyinin tədbirinə qatılıb. Bu da onunla əlaqədardır, görünür, Paşinyanı başa salıblar ki, bu cür addımların atılması Ermənistanı ağır iqtisadi duruma sala bilər. Ermənistanın xarici ticarət dövriyyəsinin az qala 40 faizə yaxını Rusiyanın payına düşür. Üstəlik, Rusyada işləyən ermənilər hər il 4 milyad dollara yaxın vəsait göndərirlər, bud a Ermənistan əhalisinin  dolanışığının təmin edilməsində həlledici rol oynayır "-deyə A.Səmədov qeyd etdi.

A.Səmədovun sözlərinə görə, burada Rusiya qazı məsələsi də var. Onun dediyinə görə, bu yaxınlarda İran da etiraf edib ki, Rusiya -"Qazprom" imkan vermir ki, İran da Ermənistana qaz satsın. O qeyd etdi ki, yəni İran da Rusiya ilə bu məsələdə hesablaşır və yeri gəlmişkən, Rusiya Ermənistana ən ucuz qiymətə qaz verir. "Digər məsələlər də var. Ən əsası, Yuxarı Lars keçid məntəqəsinin bağlanması, Ermənistan nəqliyyatının Rusiya əraziisnə buraxılmaması bu ölkə üçün həddən artıq ciddi problemlər yaradıb. Bu səbəbdən də, Lavrovun müsahibəsinə də hələ ki, cavab vermirlər, cavab versələr də adətən bu cavabları tapmaca şəkilində verirlər. Lavrovun söylədiyi tərzdə təbii ki, Ermənistanda heç kim ona birbaşa cavab verə bilməz. Yəqin ki, Qərbin cavabını yaxın vaxtlarda eşidərik. Qərbin cavabı da yəqin ki,  yaxın vaxtlarda olacaq. Çünki mübarizə bitməyib. Həqiqətən də Qərb Rusiyanı bölgədən vurub çıxarmaq istəyir. Bu məsələdə Ermənistan onun ən yaxın köməkçisidir. Buna nə qədər nail ola biləcək, üstəlik, Ukrayna müharibəsində 2024-cü ildə real dönüş ola biləcəkmi, Ukrayna bəlkə də sonuncu əks – hücum şansından istifadə edib heç olmasa torpaqlarının yarısını geri qaytara biləcəkmi? Bu da çox ciddi sualdır. Hələlik, Qərbin yardımı dayanıb, Ukrayna kifayət qədər ağır durumdadır, növbəti ildə artıq büdcə təşkilatında işləyənlərə və təqüdçülərə vəsait ödəmək müşkülə çevrilib. Belə bir durumda ABŞ-da seçkiqabağı kampaniyanın sürət götürdüyünü də nəzərə alsaq, Ukraynda vəziyyətin ağırlaşa biləcəyini söyləyə bilərik. Bölgə uğrunda ciddi, ağır mübarizə gedir və bu mübarizənin necə nəticələnməsi, çox güman ki, hələ bir qədər zaman tələb edəcək. Yaxın 2024-cü ildə ABŞ-ın və Qərbin Rusiyanı vurub bölgədən çıxarması və Ukraynada ciddi uğurlara nail olması mümkün görünmür. Bölgə uğrunda mübarizə davam edir, bu şəraitdə təbiidir ki, Azərbaycan yeganə düzgün siyasət yeridir və Azərbaycan Prezidenti dövləti mümkün sarsıntılardan qorumaq üçün əlindən gələni edir"-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ