şənbə günü, 07 noyabr 2026
     

Sülhməramlıların qalması 2025-dək nəzərdə tutulub, bu sənəd əsasdır - Ceyhun Bayramovdan hökm kimi sözlər...

Image


Xarici İşlər Nazirliyində 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək deyib ki, itkin düşmüş şəxslərin məsələsini beynəlxalq səviyyədə gündəmdə saxlamaq üçün genişmiqyaslı iş davam etdirilir.

"Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral, 6 iyul və 17 noyabr tarixli qərarları Ermənistanın iddialarının rədd edilməsi baxımından əhəmiyyətli oldu" – deyən nazir 

bildirib ki, Ermənistanın davamlı şəkildə öz öhdəliklərinə əməl etməməsi, danışıqları imitasiya edərək Azərbaycanın suveren ərazilərində qanunsuz hərbi mövcudluğunu davam etdirməsi cəhdləri danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunmasına imkan verməyib.

Ceyhun Bayramov qeyd edib ki, sülh prosesi barədə danışarkən mühit çox önəmlidir. Ona görə də hər hansı müsbət irəliləyiş ümumi prosesə yaxşı mənada təsir edə bilər.

Nazir bildirib ki, bu mənada, dekabr ayında baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri kimi hesab edilə bilər. Bunun önəmi ondan ibarətdir ki, proses iki ölkə arasında vasitəçi olmadan baş verdi. Noyabrda delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi də müsbət inkişaf kimi qiymətləndirilməlidir.

"2023-cü ilin sonunda müəyyən müsbət nəticələr qazanılıb. Bizi məmnun edən məqam ondan ibarətdir ki, bütün bunlar birbaşa təmas nəticəsində əldə edilib. Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. Öz tərəfimizdən təbii ki, legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüquq əsas götürərək üzərimizə düşən müsbət münasibəti göstərməyə davam edəcəyik", - deyə C.Bayramov əlavə edib.

Delimitasiya komissiyasının iclası barədə danışan nazir bildirib ki, iclasda 8 kəndin məsələsinə baxılacaq.

"Ermənistanla bütün görüşlər zamanı işğal altındakı kəndlər məsələsi müzakirə olunur. Ciddi ərazi münaqişəsi olmayan dövlətlər arasında belə delimitasiya məsələsi uzun illər çəkə bilər. Biz sülh müqaviləsinin daha tez zamanda başa çatmasında maraqlıyıqsa, iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz"- o deyib.

Nazir onu da deyib ki, o kəndlərin də spesifikaları var: "Onlardan 4-ü anklav kəndlərdir, 4-ü isə bizim digər kəndlərə bitişikdir. Bununla belə, Ermənistanın da öz iddiaları və sərhədlərlə bağlı baxışları var. Biz isə konkret olaraq yaşayış məskənlərindən danışırıq. Onların kimə məxsusluğu heç zaman mübahisə mövzusu olmayıb, orada minlərlə insan yaşayıb. Hamı bilir ki, sovet Azərbaycanında bu kəndlər kimə aid olub. Ona görə də bizim tələbimiz ədalətlidir".

Ermənistanla sülh müqaviləsi ilə bağlı ilk layihənin Azərbaycan tərəfindən irəli sürüldüyünü xatırladan Ceyhun Bayramov "Biz hər detalı razılaşdırmağa çalışsaq, bu çox uzun proses olar. İstəyirik ki, bunun əvəzinə, ciddi fikir ayrılığı yaratmayan, hər iki tərəfin beynəlxalq universal və qarşılıqlılıq prinsipləri əsasında münasibətlərin bazasını formalaşdıran sənəd ortaya qoyulsun, imzalansın", - deyib və əlavə edib ki, sülh müqaviləsinə gedən yol açıqdır, bunu əldə etmək çox real görünür.

Nazir bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasibətləri tənzimləyən çoxsaylı sənədlər var. Onlardan 4-ü dövlətlərarası münasibətləri formalaşdırır.

"2022-ci ildə, həmçinin 44 günlük Vətən müharibəsindən sonra imzalanan məlum bəyanatlarda da göstərilir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıyır. Bu yanaşma bütün təmaslar zamanı Rusiyadan olan həmkarlar tərəfindən təsdiqlənib", - deyə nazir bildirib.

C. Bayramov sülh prosesini və müqaviləsini Azərbaycanla Ermənistan arasında olan ikitərəfli proses adlandıraraq deyib: "Burada hansısa dövlət müsbət töhfəsini vermək istəyirsə, - əgər o neytraldırsa, -gündəliyi pozitivdirsə, - biz onu qəbul etmişik. Son illərdə belə təşəbbüslər Rusiya, Avropa İttifaqı və ABŞ tərəfindən də olub".

Nazir Bayramov Azərbaycan-Ermənistan XİN başçılarının dövlət sərhədində görüşə biləcəyini də deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi üçüncü ölkələrin girovuna çevrilməməlidir. 

"İki ölkə XİN başçıları arasında dövlət sərhədində görüşə bilər. Belə bir təklif tərəfimizdən səsləndirilib. Azərbaycan və ya Ermənistanda keçirilməsinə gəlincə isə, potensial olaraq niyə də yox? Gec-tez biz bunu da görəcəyik.

Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında 2023-cü ildə ikisi Vaşinqton, ikisi isə Moskvada olmaqla ümumilikdə 4 görüş keçirilib. Azərbaycanın təşəbbüsü ilə 23 oktyabr tarixində xarici işlər nazirlərinin Tehranda qeyri-rəsmi görüşü baş tutub",- deyə nazir əlavə edib.

Ermənistan baş naziri tərəfindən Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasını Ermənistanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirdiyini bildirən Nazirin sözlərinə görə, azərbaycanlılar dədə-baba torpaqlarına qayıdacaqlarına ümidlidirlər: "Amma Ermənistanın mövqeyi təəssüf və təəccüb doğurur. Ermənistan baş naziri Nikol Paşinyan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını Ermənistanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Bu yanaşma sülh müqaviləsi sahəsində Ermənistanın mövqeyi ilə uyğunsuzluq təşkil edir".

XİN rəhbəri qeyd edib ki, özünü qondarma qurumun rəhbəri elan edən şəxs və ətrafında olan bir ovuc eyni qəbildən olan insanların Azərbaycan ərazisindən Ermənistana köç edəndən sonra yaddaqalan yeganə addımı Ermənistan hakimiyyətindən ilin sonuna qədər öz maaşlarını tələb etməsi idi.

Ermənistan və Hindistan arasında silah alış-verişinin Azərbaycan tərəfindən diqqətlə izləndiyini qeyd edən Ceyhun Bayramov "Hindistanın rəsmi mövqeyi ondan ibarət olub ki, heç zaman Ermənistana silah satışını Azərbaycanı Türkiyə Pakistanla olan dostluq münasibətlərilə uzlaşdırmayıb. Rəsmi mövqe budur. Bizim çatdırdığımız mesajlar sadə və məntiqlidir. Bu ondan ibarətdir ki, siz buna kommersiya layihəsi olaraq baxmamalısınız. Burada uzun müddət işğal faktoru olub. Müharibə başa çatıb və bölgədə sülh üçün tarixi şans yaranlb. Belə məqamda bu addımların atılması və Ermənistanda olan revanşist qüvvələrin olması onları daha da ruhlandırır.

Regionda öz mövcudluğunu genişləndirmək istəyənlər bu reallıqları nəzərə almalı və müsbət gündəliklərlə gəlməlidir" ,- deyə bildirib.

Ceyhun Bayramov Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyindən də danışıb. O deyib ki, sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub. 

"Fakt ondan ibarətdir ki, üçtərəfli bəyanat var və bu sənəd liderlər səviyyəsində imzalanıb. Həmin sənəddə Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub. Bu sənəd əsas götürülməlidir", - o qeyd edib.

Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşının arzuolunmaz şəxs elan edilməsindən danışamn nazir Fransa səfirliyinə nota göndərildiyini, lakin qarşı tərəfin araşdırmadan imtina etdiyini bildirib.

"Fransa dövləti öz əməkdaşlarının günahsızlığından əmin idisə, buna gedə bilərdi. Onlardan heç bir cavab daxil olmadı. Dünən Fransa bizim səfirliyin iki əməkdaşını arzuolunmaz şəxs elan etdi. Bizim və Fransanın atdığı addımlar arasında fərq var. Biz sübut və faktlarla danışırıq. Fransa tərəfinin heç bir əsası olmayan bu addımı həmin ölkənin atdığı növbəti səhv addım idi", - deyə nazir vurğulayıb.

Ceyhun Bayramov Fransanın "Total" şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunaraq deyib ki, biz məsələləri bir-birinə qarışdırılmağın tərəfdarı deyilik. Fransanın "Total" şirkəti Abşeron yatağına illər əvvəl maraq göstərib və tenderi qazanıb.

"Kontrakt saziş var. Tərəflərin öhdəlikləri bu müqavilədə nəzərdə tutulub. Azərbaycana yüzlərlə şirkət investisiya qoyur, gəlir götürür və faydalanırlar. Ancaq onların hüquqları ilə yanaşı öhdəlikləri də var. Hesab edirəm ki, bu da həmin müqavilədə nəzərdə tutulan hüquqa əsasən tənzimlənəcək. Mən burada ciddi risklər görmürəm. İnanıram ki, həmin sazişlərdə bütün öhdəliklər və hüquqlar əks olunub", - deyə nazir əlavə edib.

"Qonşu dövlətlərlə münasibətlər xarici siyasətdə prioritet yer tutur"- deyən nazir bildirib ki, İranla gərginliyi yumşaltmaq mümkün olub: "İki ölkə arasında sözügedən mövzuda yüksək səviyyəli təmaslar baş verib. Təmaslar nəticəsində gərginliyi yumşaltmaq mümkün olub".

Nazirin sözlərinə görə, terror hadisəsindən sonra Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması məsələsinin İran tərəfi ilə müzakirə mövzusu olduğu sirr deyil.

"Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, məlum cinayəti törətmiş şəxs ən sərt formada cəzalandırılmalıdır. Eyni zamanda, Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizliyinə tam zəmanət verilməlidir. İranın hüquq-mühafizə orqanları müəyyən işləri yekunlaşdırıb. İran tərəfindən bizə məhkəmə prosesinin başlanması ilə bağlı tarixlər də verilib. Gözləntilərimiz həmin məhkəmə prosesinin keçirilməsi və onun nəticələri ilə bağlı olacaq. Məhkəmə prosesi və onun nəticələrindən asılı olaraq, növbəti qərar qəbul ediləcək. Qeyd etdiyim məsələlər müsbət həllini taparsa, səfirliyimizin İranda fəaliyyətinin bərpa edilməsi mümkün olacaq", - deyə nazir qeyd edib.

Nazir Azərbaycanın ABŞ-la da münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu diqqətə çatdırıb. ABŞ Dövlət katibinin köməkçisinin Konqresdə çıxışında Azərbaycana qarşı qərəzli ifadələr işlətməsinə Azərbaycan tərəfinin adekvat cavab verdiyini qeyd edən nazir deyib ki, bundan sonra bir sıra müsbət inkişafın şahidi olduq. "Bu müsbət inkişaf Dövlət katibinin təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə telefon danışığı, Dövlət katibinin köməkçisinin Azərbaycana səfəri, səfər kontekstində Azərbaycan-Amerika münasibətləri barədə bir sıra müsbət mesajların verilməsi olub", - deyə nazir qeyd edib.

Azərbaycanın ABŞ-la münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu söyləyən Ceyhun Bayramov bildirib: "Biz hesab edirik ki, ABŞ və Azərbaycan bir-biri üçün hər zaman yaxşı tərəfdaş olub. İstər enerji təhlükəsizliyi, nəqliyyat məsələləri ilə bağlı, istərsə də qlobal cinayətkarlığa, terrorizmə qarşı mübarizədə və digər istiqamətlərdə çoxsaylı layihələr həyata keçirmişik. Münasibətlərin inkişafında maraqlıyıq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ