şənbə günü, 07 noyabr 2026
     

“Qarabağ klanı” ilə Paşinyan iqtidarı arasında qarşıdurma kəskinləşdi...

Image


Ermənistanda "Qarabağ klanı" ilə mövcud hakimiyyət arasında münasibətlər getdikcə daha gərgin xarakter almağa başlayır. Buna səbəb "Qarabağ klanı"nın Azərbaycan ərazilərini tərk edən ermənilərdən hakimiyyətə qarşı istifadə etmək cəhdləridir. Elə bu fonda "Artsax" ideyasını Ermənistanda diriltməyə yenidən cəhdlər olunur. Amma bu, Nikol Paşinyan iqtidarı tərəfindən sərt qarşılanır.

Yaranmış vəziyyətdə Ermənistanın "Qraparak" nəşri yazır ki, ölkənin  xüsusi xidmət orqanları qondarma "Artsax" ideyasını dəstəkləyənlərin "ovuna" başlayıb. Bildiriilir ki, separatçı rejimin ləğv edilməsi haqda qərarı qəbul etməyən, bu qərarın ləğvini tələb edənlərin Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirildiyi haqda məlumatlar yayılıb. Qeyd edilir ki, dindirilməyə dəvət olunanlara təzyiqlər edilir, onlara qondarma "Artsax"ın artıq mövcud olmadığı izah olunur: "Milli Təhlükəsizlik Xidmətinə dəvət olunanlar arasında Artak Beqlaryan, Şahramanyanın keçmiş "müşaviri" Vladimir Qriqoryan, "parlamentin sədr müavini" Qaqik Baqunts və digərləri var". Erməni mediası separatçılara qarşı bu addımı Ermənistan tarixində bənzəri olmayan, inanılmaz hadisə kimi qiymətləndirir və buna görə Paşinyan hakimiyyətini ittiham edirlər.

Qeyd edək ki, Qarabağda antiterror tədbirlərindən sonra separatçı rejim özünü buraxmaq haqda qərar qəbul edib. Lakin separatçılar İrəvana qaçdıqdan sonra bu qərardan imtina etməyə çalışır. Ermənistan hakimiyyəti isə bu iddiaları ölkənin təhlükəsizliyinə təhdid olaraq qəbul edir. Parlamentin müxalif "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan qeyd edir: "Artsax" səhifəsini bağlamaq və nəhayət, bu mövzunu gündəmdən çıxarmaq üçün 44 günlük müharibədən sonra aparılan danışıqlarda Azərbaycan öz şərtlərini diqtə edir. İndi Ermənistan və Azərbaycanın hakimiyyət orqanları erməni xalqını inandırmağa çalışırlar ki, "Artsax prezidentinin" məlum fərmanının ləğvi Azərbaycanın hərbi cavabına səbəb ola bilər. Son 3 ildə Azərbaycan Ermənistan hakimiyyəti ilə istədiyi kimi davranıb. Yalnız ən cahil və ya axmaq adam düşünə bilər ki, Azərbaycan Ermənistandan yenidən nəyisə götürməyi qarşısına məqsəd qoyubsa, buna səbəb tapmayacaq. "Artsax" məsələsi Ermənistan və Azərbaycan hakimiyyətinin "boğazındakı düyün" kimidir, ondan qurtulmaq üçün birgə təhdid və şantajı seçdilər. Onlar "Artsax prezidentinin" fərmanından qurtulandan sonra Azərbaycanın ərazi və siyasi ambisiyalarının bütün gözləntilərini təmin etmək üçün Ermənistanın müxtəlif bölgələrində də eyni şeyi edəcəklər". Amma qeyd edək ki, Azərbaycanın Ermənistana qarşı hansısa iddiası yoxdur. Bakı sülh istəyir. Vasitəçilərin Azərbaycan və Ermənistan arasında sülh danışıqları təşkil etmək cəhdləri hazırda, faktiki olaraq, uğursuzluq zolağındadır. Bunun fonunda Bakı İrəvana birbaşa təmaslara keçməyi təklif edib. Qeyd edək ki, Azərbaycanın Ermənistana 5 prinsip əsasında təklif etdiyi sülh müqaviləsinin əsasını - dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması və nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil edir. 

İki ölkə arasında bu prinsiplərlə sülhün əldə olunması Ermənistanda revanşist qüvvələri, həmçinin İrəvanın bəzi havadarlarını narahat edir. Bu fonda onlar "Qarabağ klanı"ndan çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. "Qarabağ klanı" isə Ermənistanı Azərbaycanla yeni toqquşmaya sövq edir. Paşinyan hakimiyyətinə ciddi təzyiqlərin göstərilməsi, İrəvanın təslimçi sülhə hazırlaşması ilə bağlı onların nəzarətində olan mediada məlumatların tirajlanması da bu məqsədə xidmət edir. Xatırladaq ki, Azərbaycanın 44 günlük Vətən müahribəsində məğlub etdiyi ordunun təməli də məhz "Qarabağ klanı" tərəfindən qoyulub. Elə bu səbəbdən də prezident İlham Əliyev çıxışlarında Vətən müharibəsində darmadağın edilən düşmən ordusunu "Sarkisyan-Köçəryan ordusu" kimi dəyərləndirir. Bütün bu məqamlar onu göstərir ki, erməni hakimiyyəi ölkəni yeni müharibələrə sürükləməyə çalışan "Qarabağ klanı"ndan xilas olmaq üçün qəti addımlar atmalıdır.  Əks təqdirdə, "Qarabağ klanı" Ermənistan cəmiyyətinə  ciddi problemlər yaratmaqda davam edəcək. Ermənistanın hakim dairələri, parlamentdə "Vətəndaş müqaviləsi" fraksiyasının nümayəndələri bildirir ki, Ermənistan ərazisində ikinci "hökumət" və ikinci "parlament" fəaliyyət göstərə bilməz. Amma artıq bunu əməldə də sübut etmək lazımdır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ