Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi üçüncü ölkələrin girovuna çevrilməməlidir. Bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında Trend-in sualını cavablayarkən bildirib.
"İki ölkə XİN başçıları arasında dövlət sərhədində görüşə bilər. Belə bir təklif tərəfimizdən səsləndirilib. Azərbaycan və ya Ermənistanda keçirilməsinə gəlincə isə, potensial olaraq niyə də yox? Gec-tez biz bunu da görəcəyik.
Azərbaycan və Ermənistan XİN rəgbərləri arasında 2023-cü ildə ikisi Vaşinqton, ikisi isə Moskvada olmaqla ümumilikdə 4 görüş keçirilib. Azərbaycanın təşəbbüsü ilə 23 oktyabr tarixində xarici işlər nazirlərinin Tehranda qeyri-rəsmi görüşü baş tutub",- deyə nazir əlavə edib.