şənbə günü, 07 noyabr 2026
     

Makron yanvarda Dehlidən "pəs" qayıda bilər - Hindistan Fransanın "Rafale", Rusiyanın Su-57, ABŞ-ın F-35 qırıcılarının arasında qalıb...

Image


31 yanvar 2012-ci il Fransa aviasiya şirkəti "Dassault Aviation" üçün əlamətdar bir gün oldu. Şirkət Hindistan Hərbi Hava Qüvvələrinin 126 ədəd Dassault "Rafale" döyüş təyyarəsinin alınması üzrə tenderinin qalibi elan edildi. Müqaviləyə əsasən, 18 qırıcı Paris tərəfindən ünvana tədarük ediləcək, qalan 108-i də Hindistanın zavodlarında yığılacaqdı. 

Hindistanlı hərbi ekspert, MiQ-21 və MiQ-29 təyyarələrini idarə etmiş keçmiş eskadron komandiri, Hindistan Hərbi Hava Qüvvələrinin general-leytenantı T.P.Şrivastava bu mövzunu  "EurAsian Times"ın ingilisdilli nəşri üçün yazdığı məqaləsində təhlil edir. Keçmiş pilot yazır ki, hələ 2011-12-ci illərdə Paris  60 milyard ABŞ dolları məbləğində müdafiə büdcəsi planlaşdırmışdı, onun təxminən 50 milyard ABŞ dollarını artıq "Rafale" döyüş təyyarələrinin istehsalına xərcləmişdi. 

Qeyd edək ki, o vaxt "Rafale" şirkəti Dehli ilə 10,4 milyard ABŞ dolları məbləğində son dərəcə sərfəli sövdələşmə bağlamışdı. Demək olar ki, Hindistan müflis olan Fransa hərbi sənayesinə maliyyə dəstəyi verənə qədər "Rafale" dünyada o qədər də populyar deyildi.

Qeyd edək k, uzaq keçmişdə, yəni ötən əsrin 50-ci illərinin sonu - 1960-cı illərin əvvəllərində Hindistan Hərbi Hava Qüvvələrinin (IAF) qırıcı donanması Fransız Ouragon (Hind terminologiyasında Toofani) və Mysteres təyyarələri ilə təchiz edilmişdi. Etibarlı Aerospatiale Alouette helikopterlərini və onların törəmələrini hələ də Hindistan səmasında görmək olar.

1980-ci illərin əvvəllərində Hindistan Hərbi Hava Qüvvələri o dövrdə qırıcı təyyarələrin ən qabaqcıl nümunələri arasında olan iki Mirage-2000 eskadrilyasını aldıqdan sonra Hindistan və Fransa arasında əlaqələr daha da möhkəmləndi. Hind-Fransa münasibətlərinin "qızıl dövrü" sanki 2004-cü ildə Dassault Aviation şirkətinin baş direktoru Çak Eddleston öz komandasının müşayiəti ilə "cəlbedici birtərəfli təklif"lə Hindistana getdiyi zaman gəlib çatmışdı.

Lakin təklif o vaxtkı müdafiə naziri tərəfindən rədd edildi. İsveçin  Bofors şirkətinin  korrupsiya qalmaqalı  Hindistan silahlı qüvvələrinə də ciddi zərbə vurdu.

Mirage-2000-5-in və eyni zamanda Rafales-in Fransa və Hindistan Hərbi Hava Qüvvələrinin xidmətinə təqdim edilməsi barədə Fransanın təklifi müdafiə əməliyyatlarında şəffaflığın qorunması səbəbindən rədd edildi. Müvafiq olaraq, "vahid tender müqavilələri" də  nəzərə alınmadı.

24 mart 1986-cı ildə İsveç müdafiə konserni Bofors və Raciv Qandi hökuməti 410 ədəd FH77B özüyeriyən silahların tədarükü üçün böyük hərbi müqavilə imzalamışdılar. Müqavilənin ümumi dəyəri 1,2 milyard dollar (təxminən 14 milyard Hindistan rupisinə ekvivalent) idi. Sonradan məlum oldu ki, bu şirkətin əməkdaşları Qandinin ətrafındakı insanlara rüşvət verib və bununla da müqavilənin bağlanmasında hökumət üzvlərindən dəstək alıblar.

Fransa Mirage 2000-5-in tikintisi üçün bütün montaj-istehsal kompleksini təkbaşına təchiz etməyi və quraşdırmağı təklif etdi.

Müqavilənin kulminasiya nöqtəsi Fransanın o zaman tam dəyərinin 25 faizi qiymətində istehsal olunan xüsusi sayda Rafalesi təmin etmək təklifi oldu.

Müqayisə üçün: 1980-ci illərin əvvəllərində Fransa ilə Mirage-2000 və Rusiya ilə MiQ-29 (hər biri iki eskadrilya) üçün sövdələşmələr hər cəhətdən birdəfəlik sövdələşmələr idi.

Hindistan Hərbi Hava Qüvvələrinə Dassault Rafale tədarükü üçün Rafale satınalma layihəsi artıq dörd müxtəlif mərhələdən keçib, onların hər biri bir neçə ili əhatə edir...

1. 2004-cü ildə Parisdən birtərəfli təklif. Əgər bu razılaşma həyata keçirilsəydi, Hindistan ordusu indikindən qat-qat güclü olardı. Üstəlik, o zaman bütün müqavilənin dəyəri indiki müqavilənin 25 faizini təşkil edəcəkdi. Lakin siyasətçilərin ambisiyaları və bürokratik əngəllər bu sövdələşmənin  həyata keçirilməsinə mane olub.

2. 2012-ci ildə keçirilən tenderin qalibi. Birləşmiş Proqressiv Alyansın (UPA hökuməti, Birləşmiş Proqressiv Alyans) 126 Rafaelin tədarükü üçün tenderi 31 yanvar 2012-ci ildə elan edilmiş, lakin müxtəlif inzibati problemlərə görə tamamlanmamışdır.

3. 2016-cı ildə Narendra Modi hökuməti hakimiyyətə gəldikdən sonra 2014-cü il sazişinin şərtlərini dəyişib. 126 təyyarənin tədarükü üçün əvvəl elan edilmiş tender ləğv edilib. Uçuş vəziyyətində olan qırıcıların sayı 36-ya endirildi.

2016-cı ildə imzalanan yeni saziş Modi hökumətinin Hökumətlərarası Razılaşma (IGA) vasitəsilə bağladığı ilk böyük silah müqaviləsi idi. Dassault Aviation bu günə qədər cəmi  36 "Rafale"ni təhvil verib.

4. 2024-cü ildə Hindistan Hərbi Dəniz Qüvvələri üçün 26 "Rafale" qırıcı. Hindistan Hərbi Dəniz Qüvvələrinə 26 ədəd "Rafale" dəniz təyyarəsi tədarükü ilə bağlı müqavilə Fransa lideri Makronun 2024-cü ilin yanvarında Hindistanın Respublika Günü tədbirlərinə qonaq qismində qatılacağı gözlənilən səfəri zamanı imzalana bilər. Bu müqavilə də İGA çərçivəsində bağlanacaq.

Müqavilə baş tutsa, Fransa Hindistana 62 "Rafae" təyyarəsi verəcək. Tək 26 "Rafale" dəniz təyyarəsi Hindistan silahlı qüvvələrinin hava gücünü əhəmiyyətli dərəcədə artıra bilər..

Bu gün Paris IAF-nin 126 müasir qırıcıdan ibarət donanmasındakı boşluğu doldurmaq üçün Hindistan hökumətini daha çox "Rafale" almağa inandırmağa çalışır.

Hazırda Hindistan Hərbi Hava Qüvvələrinin əlavə 114 qırıcı təyyarə almağla bağlı təklifinə hələ baxılmayıb.

Srivastava yazır, ola bilsin ki, prezident Makron daha da irəli gedəcək və təyyarə mühərriklərinin istehsalı texnologiyalarının transferini, həmçinin 64 "Rafale" təyyarəsinin növbəti partiyasının satışı üçün uzunmüddətli müqavilə təklif etsin.

"Rafale"nin göyərtə əsaslı versiyalarının dəqiq çatdırılma tarixləri yalnız müqavilə 2024-cü ilin yanvarında imzalandıqdan sonra məlum olacaq. Hətta bunun 2027-ci ilin əvvəlindən tez baş verməyəcəyini güman etmək olar.

Bu gün Hindistanın öz  silahlı qüvvələrinə yeni qırıcı təyyarələrin tədarükü üçün xarici istehsalçıları cəlb etməkdən başqa çarəsi yoxdur. Çünki qırıcı eskadrilyaların sayı sürətlə azalır və qalan üç MiQ-21 alayının yaxın bir neçə ildə "təqaüdə çıxacağı" gözlənilir.

Hökumətlərarası saziş çərçivəsində "Rafale" qırıcılarının alınması ilə bağlı yanvarda imzalanacaq müqavilə də mövcud müdafiə satınalma prosedurlarının mənasızlığını göstərir.

Bu fonda hətta Hindistanın baş naziri Narendra Modinin özü də başa düşür ki, silah alışı ilə məşğul olan mövcud struktur səriştəsiz və səmərəsizdir.

Eyni zamanda, 97 yerli Tejas yüngül döyüş təyyarəsinin və 156 Prachand hücum helikopterinin tikintisinə dair razılaşmanı da unutmaq olmaz. Bundan əlavə, Hindistanın digər xarici tərəfdaşları da 114 qırıcının tədarükü üçün sərfəli müqavilə imzalamağı gözləyirlər.

Bu ilin oktyabr ayında müdafiə naziri Rajnath Singh-in başçılıq etdiyi Müdafiə Satınalmaları  Şurası (DAC) Hindistan Hərbi Hava Qüvvələrinin dövlət aerokosmik konserni Hindustan Aeronautics Ltd (HAL) tərəfindən Su-30MKI döyüş təyyarələri parkının modernləşdirilməsi təklifini təsdiqləyib.

Modernləşdirmə Rusiya mütəxəssisləri ilə "sıx əməkdaşlıq" əsasında Hindistanda həyata keçiriləcək. ET-nin məlumatına görə, Su-30MKI donanmasının modernləşdirilməsi üzrə danışıqlar ən azı 2017-ci ildən bəri Moskva ilə davam edir, Dehli bu maşınlarda yerli sistemlərin sayını maksimum dərəcədə artırmağa çalışır. 2019-cu il noyabrın 6-da Moskvada keçirilən IRIGC-M&MTC-nin 19-cu iclasının yekunlarından sonra məlum olub ki, rusiyalı mütəxəssislər Hindistana HAL müəssisələrində modernləşdirilmiş Su-30MKI-nin prototipinin hazırlanmasında kömək edəcəklər.

2023-cü ilin fevralında ABŞ-ın Hindistanı F-35-in xeyrinə Rusiya Su-57 qırıcılarından imtinaya məcbur etməyə çalışdığı bildirilir. Bir çox hərbi ekspertlər və müşahidəçilər hesab edirlər ki, bu, Vaşinqtonun Yeni Dehlini Rusiyanın Su-57 "Prestupnik" və Su-75 "Şah mat" qırıcılarının tədarükü və birgə istehsalı üçün Rosoboroneksportla müqavilələrdən imtina etməyə inandırmağa çalışdığı "uydurma"dır". 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ