şənbə günü, 07 noyabr 2026
     

Qərbi Azərbaycan tədbirləri Ermənistanı təşvişə salıb - tədbirlər adbaad deyilir...

Image


Elnur Kəlbizadə: "Ermənistandakı bu isterik yanaşma ermənilər tərəfindən nə qədər tez aradan qaldırılsa, o qədər yaxşıdı" 

Qərbi Azərbaycan mədəniyyətinin təbliğatının genişlənməsi, o cümlədən də soydaşlarımızın yenidən öz doğma yurdlarına qayıtması məsələsinin gündəmə gətirilməsi erməniləri ciddi narahat etməyə başlayıb. 

Qəribədir ki, onlar Qərbi Azərbaycanı da, oradakı Azərbaycan irsini də, mədəniyyətini də, Qərbi azərbaycanlıları da inkar etməyə çalışırlar.  Qondarma erməni təşkilatları İrəvanda oturub Bakıda Qərbi Azərbaycanla bağlı keçirilən tədbirləri izləyirlər və öz aləmlərində o tədbirlərin mahiyyətinə kölgə salmaq istəyirlər. Saxtakarlıqda sərhəd tanımayan ermənilər Qərbi Azərbaycan ifadəsini "saxta" adlandırmaqdan çəkinmirlər, guya bu ad saxtadır. Guya ki, Qərbi Azərbaycan adı altında "erməni mədəniyyətinin mənimsənilməsi prosesi gedir". 

Dekabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində "Qərbi Azərbaycan mədəni yaddaşda" adlı sərginin açılması ermənilərin yuxusunu ərşə çəkib. Qərbi Azərbaycan terminindən qorxuya düşən erməni mediası İrəvanın tarixini əks etdirən dekorativ sənət nümunələrinin, fotoşəkillərin, tarixi sənədlərin, azərbaycanlı kimliyini ifadə edən örnəklərin nümayişindən o qədər əndişəyə düşüblər ki, hətta İrəvan xanlarını "fars" adlandırıblar. Bu da, təbii, ermənilərin saxtakarlığından irəli gələn məsələdir. Sərgidə  İrəvan qalasına məxsus əşyaların, eləcə də Qərbi Azərbaycan mədəniyyətinə aid çoxsaylı abidələrin əsk olunması bədnam qonşularımızı niyə narahat edir görəsən? Bir məqamı da qeyd edək ki, erməni mediası bu il noyabrın 23-24-də Naxçıvanda keçirilən Qərbi Azərbaycana qayıdış festivalını da qaralamaqdan qalmayıb. Yazırlar ki, "Qərbi Azərbaycana aparan yol" mövzusunda keçirilən tədbirdə festivalın posteri. guya  "Ermənistanın siyasi xəritəsini təkrarlayıb". Guya müxtəlif fotoşəkillər və dekorativ sənət əşyaları vasitəsilə yenidən "Ermənistanın xəritəsini - şəhər və kəndlərin uydurma adları ilə yenidən yaratmağa cəhd edilib". Festivalda, guya "erməni folkloru, mətbəxi" və sair Azərbaycan mədəniyyəti adı altında paylaşılıb. Hətta bunlar "İrəvan mətbəxi"nin təqdimatına da saxta don geydirməyə çalışıblar. Bir sözlə, Qərbi Azərbaycan terminini qısqanclıqla qarşılayan erməni mediası o ki var, yalan, uydurma yayıb. Guya "Arsaxın mədəni irsinin platforması" adlı hansısa qondarma bir təşkilat bütün bu məlumatları toplayıb. Azərbaycanı saxtakarlıqda ittiham edən ermənilər özlərinin saxta tarixlərinə, Azərbaycandan oğurladıqlarına nəzər salsaydılar daha yaxşı olardı.

Ermənilər Qərbi Azərbaycan terminindən niyə belə qorxurlar? Qərbi Azərbaycan mədəniyyəti yaddaşlarda, Qərbi Azərbaycana qayıdış və sair adlarla keçirilən tədbirlər onları niyə narahat edir? Onları qorxudan nədir? Hansı perspektivlə üzləşirlər?

"Azərbaycanda Qərbi Azərbaycanla bağlı keçirilən ictimai, elmi-mədəni tədbirlər tamamilə beynəlxalq hüququn qaydalarına uyğundur…" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə "Bakı-Xəbər"ə bildirdi ki, hazırkı şəraitdə Ermənistanda Qərbi Azərbaycan tarixi-coğrafi anlayışına, Qərbi azərbaycanlarının hüquq və təhlükəsizlikləri ilə bağlı  ən müxtəlif səviyyədə Ermənistan dövləti qarşısında  irəli sürdüyü tələblərə isterik yanaşma heç də təsadüfi deyil. "Ermənistan ən müxtəlif dövrlərdə azərbaycanlıların hüquqlarını pozub, azərbaycanlılara məxsus ərazilər ermənilər tərəfindən ələ keçirilib, orada onlar məskunlaşdırılıb, bundan sonra həmin mövzuları "oldu-bitdi"yə

gətirməklə məsələləri yekunlaşdırmağa çalışıblar. İndiki şəraitdə də Qərbi Azərbaycandan olan soydaşlarımızı özlərinin yurd-yuvalarından didərgin etmiş Ermənistan çalışır ki, bu məsələ də "oldu bitdi" ilə yekunlaşsın, Azərbaycanla Ermənistan arasında imzalanacaq mükün sülh müqaviləsi çərçivəsində bu məsələ qapansın. Amma həm tarixi proseslərin gedişatına, həm Ermənistanın davranışlarına diqqət yetirdiyimiz zaman aydın şəkildə görürük ki, buna imkan vermək olmaz. Çünki Ermənistanın Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarını pozması, onları dədə-baba torpaqlarında yaşamaq hüququndan və digər ən fundamental hüquqlardan məhrum etməyə çalışması cəzasız qala bilməz. Əgər Ermənistan Azərbaycanla mümkün sülh müqaviləsini imzalayacaqsa, bu çərçivədə birinci Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları və təhlükəsizlikləri ilə bağlı da müəyyən öhtəliklərin üzərinə götürməli və istiqamətdə addımlar atmalıdır"-deyə E.Kəlbizadə qeyd etdi. 

Qərbi azərbaycanlıların uzun illər Azərbaycanda yaşadığını vurğulayan E.Kəlbizadə bildirdi ki, dövlətimiz onların inkişafı üçün maliyyə sərf edib. Alimin fikrincə, bu baxımdan, nəinki Ermənistan onların hüquqlarını və təhlükəsizliyini təmin etməlidir, hazırda Ermənistan adlanan dövlətin həyata keçirməli olduğu öhdəliklərin Azərbaycan dövləti tərəfindən həyata keçirildiyini nəzərə alsaq, hətta Ermənistan Azərbaycana bununla bağlı kompensasiya da ödəməlidir. "Azərbaycanda Qərbi Azərbaycanla bağlı keçirilən ictimai, elmi-mədəni tədbirlər tamamilə beynəlxalq hüququn qaydalarına uyğundur, Qərbi azərbaycanlılar özlərinin mədəni kimliklərini qorumaq hüququna sahibdirlər. Özlərinin doğma yurd-yuvalarına, indi Ermənistan adlandırılan Qərbi Azərbaycana qayıtmaq hüququna sahibdirlər, tarixi keçmişlərini öyrənmək hüququna malikdirlər. Eyni zamanda Qərbi Azərbaycandan olan soydaşlarımız özlərinin ən müxtəlif birliklərini, icmalarını, təşkilatlarını yaratmaq, beynəlxalq təşkilatlar qarşısında onların hüquqlarının bərpası, təhlükəsizliklərinə təminat verilməsi ilə bağlı müxtəlif məsələləri qaldırmaq hüququna malikdirlər. Ermənistandakı bu isterik yanaşma ermənilər tərəfindən nə qədər tez aradan qaldırılsa o qədər yaxşıdır. Bu isterik yanaşma ilə ermənilər əslində regionda davamlı sülhün, sabitliyin, xalqlararası anlaşmanın yaranmasına zərbə vururlar"-deyə E.Kəlbizadə vurğuladı. 

E.Kəlbizadə bildirdi ki, Qərbi Azərbaycan irsinin Qərbi azərbaycanlılar tərəfindən yaşadılması, təqdim və  təbliğ edilməsi onların birbaşa hüququdur və bu, erməniləri narahat etməməlidir. Qərbi Azərbaycan termininə isterik yanaşmaya gəlincə, şöbə müdiri qeyd etdi ki, ermənilərin yaydıqları uydurmalar səmərə verməyəcək və bu, Qərbi Azərbaycan irsinin təbliğinin qarşısını ala bilməyəcək. Müsahibimizin fikrincə, erməniləri qorxudan, əndişəyə salan onların indiyə qədər Azərbaycan irsini oğurlamasıdır ki, Qərbi azərbaycanlıların təqdimatları onların oğurluğunu ifşa edir. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ