şənbə günü, 07 noyabr 2026
     

Qərb vaz keçmir - Serbiya qan çanağına dönməlidir...

Image


Serbiyanın paytaxtında müxalif qüvvələrin iğtişaşları hələ də davam edir. "Serbiya zorakılığa qarşı" müxalifət blokunun tərəfdarları Belqrad assambleyasına və ya şəhər parlamentinə keçirilən seçkilərin nəticələrinə qarşı çıxıblar. 

Belqrad assambleyasında qələbə, ölkədəki parlament seçkilərində olduğu kimi, prezidentyönlü "Aleksandar Vuçiç - Serbiya  dayanmamalıdır" koalisiyası tərəfindən qazanılıb. Müxalifət və onlara dəstək verən bəzi Qərb ölkələri isə hələ də nəticələrlə barışmaq istəmirlər.

Bundan öncə dekabrın 24-də Serbiya paytaxtında müxalifətin mitinqində polislə iştirakçılar arasında qarşıdurma yaranıb, etirazçılar seçkinin nəticələrinin ləğvini tələb ediblər. Belə ki, ölkənin iri müxalifət koalisiyası olan "Serbiya zorakılığa qarşı" Belqradda etirazların yeddinci günü bir daha 17 dekabr seçkilərinin nəticələrinin ləğvini tələb edib. Rəsmi nəticələrə görə, seçkini hakim Serbiya Tərəqqi Partiyası udub. Müxalifət, xüsusilə Belqrad şəhər parlamentinə seçkilərin rəsmi nəticələrindən narazıdır, səslərin saxtalaşdırıldığını deyir. Müxalifət təmsilçiləri bəyan ediblər ki, Belqrad meriyasının binasına girib eyvandan çıxış etmək istəyirlər. Polis əməkdaşı bu hərəkətin qanunazidd sayılacağını bildirib. Ancaq bəzi etirazçılar içəri girməyə çalışıb, binanın pəncərələrini sındırıblar. Polis isə cavabında gözyaşardıcı qazdan istifadə edib. Daha sonra polis meydana toplaşanları dağıdıb, 35-ə yaxın etirazçı saxlanılıb. Müxalifət hakimiyyəti qeyri-mütənasib güc tətbiqində ittiham edib, dinc etirazçılar arasında xəsarət alanların olduğunu deyib. Bir neçə polis əməkdaşının xəsarət aldığı, ikisinin zədəsinin ağır olduğu xəbər verilir. Serbiyanın baş naziri Ana Brnabiç hadisələri "Maydan" cəhdi adlandırıb, hakimiyyətin buna yol verməyəcəyini söyləyib. Serbiya hakimiyyəti ilk dəfə deyil müxalifətin etirazlarını Ukraynadakı "Maydan" hərəkatı ilə müqayisə edir. Ukrayna əvvəlki müqayisələrdə buna etiraz edərək bildirib ki, 2014-cü ildə Kiyevdə hakimiyyət dəyişikliyinə səbəb olan etirazlar Ukrayna xalqının korrupsiyalaşmış və totalitar hökumətə qarşı öz hüququ uğrunda mübarizəsi idi. Rusiya hakimiyyəti, öz növbəsində, "Maydan" sözünü Qərbin rəvac verdiyi, hakimiyyətin devrilməsinə yönəlik etirazların sinonimi kimi işlədir. 17 dekabr seçkilərinin rəsmi nəticələrinə görə, prezident Vuçiçin partiyasının koalisiyası 47 faiz səs yığıb. İkinci yeri 23 faizlə "Serbiya zorakılığa qarşı" koalisiyası tutub. Üçüncü yerə 7 faiz səslə Serbiya Sosialist Partiyası çıxıb. Belqradda isə hakim partiyanın 38, müxalifət koalisiyasının 34 faiz səs yığdığı bildirilib. Müxalifət iddia edir ki, hakimiyyət seçici iştirakı faizini artırıb, hakim partiyanın səslərinə əlavə edib. ATƏT seçkilərdə ciddi pozuntuların olduğunu desə də, saxtakarlıqlar haqda birbaşa danışmayıb. ABŞ Serbiyanı beynəlxalq müşahidəçilərin pozuntularla bağlı iddialarını araşdırmağa çağırıb. Serbiya hakimiyyəti hər hansı pozuntunun baş vermədiyini bildirir. Müxaliflər aksiyanı davam etdirir. Belqradda bu fonda iki yerdə nəqliyyatın hərəkəti altı saatlıq blokanıb. Etirazçılar Dövlət Administrasiyası və Yerli Özünüidarəetmə Nazirliyinin binasının girişini bağlayıb. Polis idarəsinin rəisi İvitsa İvkoviç hökumət binalarının və körpülərin bağlanmasına göz yummayacağını deyib. Qeyd edək ki, Serbiya xarici siyasətdə balanslı siyasət yürüdür, Rusiya ilə yanaşı, digər ölkələrlə sıx əməkdaşlıq edir. Rusiyanı sanksiyalarla çökdürməkdə israrlı olan Qərbə isə belə bir mövqe sərf etmir, bu səbəbdən də inqilaba cəhd göstərir. Bundan başqa, Serbiya liderinin Qərb dövlətlərini hədəfə alan bəyanatları da ABŞ və Avropada xoş qarşılanmır. Aleksandar Vuçiç dəfələrlə Qərbin ölkəsini zəiflətməyə çalışdığını bəyan edib. Onun sözlərinə görə, Belqradda anti-Rusiya sanksiyalarına bir zənglə qoşula biləcək hökumət qurulmasını istəyirlər. Ümumiyyətlə, Aleksandar Vuçiç Qərbin özünə dost saymadığı, uyğunsuz partnyor hesab etdiyi siyasətçilərdən biridir. Belə siyasətçilərin isə öz ölkələrində davamlı hakimiyyətə qalması Qərbdə qıcıq doğurur. Vuçiç ölkə ictimaiyyəti ilə kifayət qədər açıq və səmimi danışan siyasətçidir. O, bu ilin oktyabrında Avropa Komissiyasının sədri Ursula von der Leyenlə görüşdən sonra ölkəsinin Avropa İttifaqına üzvlüyünə 2 amilin əsas maneə olduğunu açıq dilə gətirmişdi: "Serbiyanın Avropa İttifaqına üzvlüyünə mane olan əsas səbəblər Rusiyaya qarşı sanksiyalara qoşulmamağımız və Kosovonun müstəqilliyini tanımamağımızla bağlıdır". Kosovo ilə bağlı məsələdə Vuçiç Serbiyanın maraqlarını ardıcıl şəkildə müdafiə edir. 

Ölkədə iğtişaşların arxasında Qərbin dayandığını Rusiya da diqqətə çatdırıb. Bu ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bunu sübut edən faktlar olduğunu dilə gətirib. Rusiyanın bu ölkədəki səfiri Aleksandr Bokan-Harçenko bildirib ki, Serbiya prezidenti ölkədəki etirazların Qərb tərəfindən dəstəklənməsi ilə bağlı məlumatlıdır: "Serbiya prezidenti Aleksandar Vuçiçin ölkədə baş verən etirazların Qərb tərəfindən dəstəklənməsi barədə məlumatı var və həmin bu məlumatlar təkzibedilməzdir". Müşahidələr onu deməyə əsas verir ki, hadisələr postsovet və Şərqi Avropa ölkələrində dəfələrlə sınanmış "rəngli inqilab" ssenariləri əsasında cərəyan edir. Yəni hadisələr prezident, parlament seçkiləri, yaxud digər siyasi əhəmiyyətli hadisədən sonra başlayır, cəmiyyətin ən radikal, amma azsaylı kəsiminin fəal iştirakı görünür, onlara xarici dairələrdən siyasi və maddi dəstəklə müşahidə olunur və həmin aksiyalar bir müddət sonra dövlət müəssisələrinin zorakılıq yolu ilə zəbt edilməsi, mövcud hakimiyyətin devrilməsi ilə nəticələnir. Rusiyalı hərbi ekspert İqor Korotçenko bunlar fonunda qeyd edir ki, Serbiyadakı seçkilərin nəticələrindən sonra öz təsir agentlərini bu ölkənin parlamentinə sala bilməyən Qərb Ukrayna ssenarisi üzrə "rəngli inqilab" təşkil etməyə çalışsa da, Rusiya xüsusi xidmət orqanları lazımi məlumatları əvvəlcədən serb həmkarlarına ötürməklə bu cəhdin qarşısını almaqda Belqrada kömək ediblər. O bildirib ki, Rusiya və Serbiyanın kəşfiyyat xidmətləri arasında kifayət qədər sıx tərəfdaşlıq əlaqələri qurulub: "Aydındır ki, məlumat mübadiləsi çərçivəsində Rusiya xüsusi xidmət orqanları Belqradı "rəngli inqilab", əslində dövlət çevrilişi üçün mümkün cəhdlər və ssenarilər barədə əvvəlcədən xəbərdar ediblər". Korotçenkonun sözlərinə görə, Qərb tərəfindən maliyyələşdirilən Serbiya müxalifətinin hərəkətləri göstərdi ki, hökumət binalarını ələ keçirmək və hakimiyyəti zorla dəyişmək kimi klassik ssenaridən istifadə olunur: "Bu, Ukrayna ssenarisinin "Serbiya Maydanı" versiyası idi. Bu cəhdlərin arxasında, ilk növbədə, Serbiya müxalifətindəki Qərbin təsir agentləri dayanır: Draqan Jilas, Miroslav Aleksiç, Aleksandr Yovanoviç, Srcan Milivojeviç, Marinika Tepiç, Radomir Lazoviç, Dobrica Veselinoviç və s. Bu, serb müxalifətinin müxtəlif qüvvələrini təmsil edən nüvədir, hamısı Qərb təsir agentləridir". Korotçenko vurğulayıb ki, müxalifətin Belqraddakı aksiyalarının Almaniyanın Serbiyadakı səfirliyi tərəfindən koordinasiya edildiyi üzə çıxıb: "Maliyyə isə bir sıra alman fondlarından, məsələn, Henrix Böll Fondundan, o cümlədən, Soros Açıq Cəmiyyət Fondundan və Rokfeller Fondundan gəlir. Bundan əlavə, Belqraddakı iğtişaşlara Avropa Parlamentinin avstriyalı Andreas Şider kimi üzvləri, sosial demokratların bir sıra nümayəndələri və alban lobbiçiləri də fəal təsir göstərirlər. Aleksandar Vuçiçi dəstəkləyən siyasi partiyaların dekabrın 17-də keçirilən növbədənkənar seçkilərdə inamlı qələbə qazanaraq Serbiya parlamentində səs çoxluğu əldə etdiyi bir şəraitdə çevriliş cəhdinin Qərbin seçki nəticələrinə cavab olduğu göz qabağındadır. Bu şərtlər daxilində Serbiya Prezidenti Aleksandr Vuçiçin atdığı addımlar tamamilə qanunidir. O, kütləvi iğtişaşların yatırılması, bununla da çevriliş ssenarisi üzrə "rəngli inqilabın" reallaşmasının qarşısının alınması üçün göstəriş verib". Ekspert xatırladıb ki, serb rəsmiləri 2024-cü ilin əvvəlində yaradılması planlaşdırılan Serbiyanın yeni hökumətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, Kosovonu tanımaq niyyətində olmadığını bildirib: "İnanıram ki, indiki şəraitdə Rusiya Serbiyanın qanuni hakimiyyətini dəstəkləyəcək və serb təhlükəsizlik qüvvələri bu və ya digər ssenari üzrə istənilən yeni çevriliş cəhdini yatırmaqda qərarlı olacaq".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ