şənbə günü, 07 noyabr 2026
     

Paşinyan “Qarabağ klanı”nın başında son sınağa başlayır...

Image


Ermənistan daxilində baş verən hadisələr bu ölkədə "Qarabağ klanı" ilə mövcud hakimiyyətin növbəti qarşıdurmasının başlanmaqda olduğunu göstərir. Hadisələrin qarşıdurma mərhələsinə keçməsi indi daha çox "Qarabağ klanı"nın maraq dairəsində yer alır. 

Bu məqsədlə klan bir vaxtlar Azərbaycan ərazisində fəaliyyət göstərən separatçı rejimdən istifadə etmək niyyətindədir.

Məsələ burasındadır ki, separatçı rejimin sonuncu lideri Samvel Şahramanyanın köməkçisi Vladimir Qriqoryan  "Azatutyun" radiosuna açıqlamasında iddia edib ki, Şahramanyanın 19 oktyabr tarixli başqa bir "fərmanı" ilə qondarma respublikamın bütün hakimiyyət orqanları - "dövlət naziri", "hökumət üzvləri", "parlament", "hüquq-mühafizə orqanları", Xankəndinin meri fəaliyyətlərini ictimai əsaslarla, yəni maaşsız davam etdirirlər. Xatırladaq ki, Şahramanyan Azərbaycanın Qarabağda keçirdiyi 19-20 sentyabr əməliyyatından sonra, sentyabrın 28-də qondarma "Artsax Respublikasının" və onun "müdafiə ordusunun" 2024-cü ilin 1 yanvarından buraxılacağına dair fərman imzalamışdı. Şahramanyanın yeni "fərmanında" isə deyilir ki, qondarma "respublikanın" 2023-cü il oktyabrın 1-dən bu yana bütün sənədləri etibarlıdır. Qriqoryan iddia edib ki, Şahramanyanın yeni "fərmanı" ilə onun 28 sentyabrda imzaladığı sənəd qüvvəsini itirib və "Artsax Respublikası" fəaliyyətini 2024-cü ildə də davam etdirəcək. Qriqoryan Şahramanyanın 28 sentyabr fərmanını ləğv edən xüsusi sənəd imzalamaması ilə bağlı suala cavab olaraq deyib ki, ayrıca fərmana ehtiyac yoxdur. Onun sözlərinə görə,  həmin sənəd legitim olmayıb. Bundan sonra hadisənin daha maraqlı məqamları üzə çıxıb. Yuxarıda qeyd edildiyi kimi, Vladimir Qriqoryan əvvəlcə özünü Samvel Şahramanyanın müşaviri kimi təqdim edərək açıqlama verib. Sonradan isə açıqlamanı təkzib edərək şəxsi fikri olduğunu, Şahramanyanın da müşaviri olmadığını bəyan edib. Hesab edilir ki, o, "Qarabağ klanı"nın təsiri ilə belə mövqe sərgiləyir. Bununla da Ermənistan və Azərbaycan arasında sülh prosesinə ciddi zərbə vurulur. Eyni zamanda bu hal Paşinyan iqtidarı üçün də əlavə problemlər deməkdir. Elə bu səbəbdən hakimiyyət təmsilçiləri Vladimir Qriqoryanın açıqlamasını sərt tənqid edirlər. "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Arusyak Culxakyan bu xüsusda bildirir: "Samvel Şahramanyanın müşaviri deyib ki, Dağlıq Qarabağın dövlət institutları sonrakı illərdə də fəaliyyətini davam etdirəcək. Bu bəyanatın bütün hüquqi cəfəngiyatlarını bir kənara qoyaq. Birincisi, "Dağlıq Qarabağ" qurumları o vaxt fəaliyyətini davam etdirə bilər ki, "Dağlıq Qarabağ"ın Ermənistan banklarına olan 315 milyard dram məbləğində borcunu ödəsin. Hazırda bu borcu Ermənistan hökuməti öz üzərinə götürüb. İkincisi, Ermənistan Respublikasının ərazisində bir hökumət mövcuddur. O da azad, ədalətli və şəffaf seçkilər yolu ilə seçilən qanuni Ermənistan Respublikası hakimiyyətidir. Və nəhayət, siz öz ağılsızlığınızla "Dağlıq Qarabağ"ı süquta sürüklədiniz. Ermənistan Respublikası ilə də eyni şeyi edə biləcəyinizi gözləməyin. Bu dövlətin bir sahibi var ki, onunla kimsənin oyun oynamasına imkan verməyəcək. Yerinizdə sakitcə oturun".

Ermənistan prezidenti Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyan bir müddət əvvəl "Ermənistan ərazisində heç bir separatçı qurumun dövlət orqanları fəaliyyət göstərə bilməz" kimi açıqlamalar verib. İndi hesab edilir ki, Paşinyan iqtidarı Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən separatçıların fəaliyyəti tamamilə dayandırılmaq üçün konkret addımlar atmalıdır. Düzdür, Paşinyanın tərəfdarları Qarabağ separatçılarını nəzərdə tutaraq bildiriblər ki, Ermənistan ərazisində "ikinci hökumət" və ya "ikinci parlamentin" fəaliyyətinə imkan verməyəcəklər. Amma bunu əməldə də göstərməlidirlər. Çünki regionda sülhə, əməkdaşlığa gedən yola əngəl olmaq, revanşizm siyasətini davam etdirmək Ermənistan üçün yeni ciddi problemlər deməkdir. İrəvan tədbirlər görməsə, rəsmi Bakının reaksiyası çox sərt olacaq. Bəzi ekspertlərə görə, separatçıların fəaliyyəti dayandırılmasa, Qərbi Azərbaycan Respublikasının yaradılması prosesinə start verilə bilər. Hər halda, İrəvan qəti mövqe sərgiləməlidir. Nəzərə alınmalıdır ki, erməni cəmiyyətində "Qarabağ klanı"na böyük nifrət var. Bunu erməni bloger Roman Bağdasaryan  da təsdiq edir. O bildirir ki, "Qarabağ klanı"nın nümayəndələri və onların yaxınları erməni əsgərlərinin əsirlikdən geri qayıtmasına sevinmirlər. Əsas narahatlıq da bunun sülh prosesinə doğru mühüm addım olmasıdır. Rusiyalı ekspert Maksim Şevçenko isə diqqəti daha bir mühüm məqama yönəldir: "Burada vəziyyət aydın və izah edilə biləndir. Nikol Paşinyan İrəvanda doğulub-böyüyüb, İrəvan klanına aiddir. O, Qərb institutlarında tərbiyə olunub. Qarabağ qruplaşması isə 30 ilə yaxın Ermənistanda ağalıq edib, pul qazanıb, özünü piar edib, Azərbaycan torpaqlarını işğal etmək hesabına öz nüfuzunu satıb. Onlar azərbaycanlı əhalini qovdular, azərbaycanlılarla ermənilər arasında çəkişmələri və müharibəni sonsuza qədər uzatdılar. Ona görə də Paşinyan üçün "Qarabağ klanı" mövzusunu tamamilə bağlaması müəyyən mənada həyati əhəmiyyət kəsb edir".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ