şənbə günü, 07 noyabr 2026
     

Hindistan Ermənistanı ballistik raketlə silahlandırır...

Image


Son dövrlər Hindistanla Ermənistan arasında silah ticarətinin intensiv qaydada inkişaf etməsi müşahidə edilir. Hazırda Hindistan Ermənistana ən müxtəlif silah növlərinin satışını həyata keçirir. Məsələn, ötən ay  bu ölkə İrəvana 150 min ədəd qumbara satışı həyata keçirilib.

Bunun ardınca Hindistanın "Bharat Forge" şirkəti "MARK 155" təkərli özüyeriyən haubitsaların Ermənistan üçün nəzərdə tutulduğunu təsdiqləyib.

Onu da xatırladaq ki, hərbi əməkdaşlıq çərçivəsində 2020-ci ildə Ermənistan Hindistandan dörd "Svati" mobil radar sistemi alıb. 2022-ci ilin sentyabrında isə "Pinaka" reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və müxtəlif növ raketlərin alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Bundan başqa, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən "Zen Technologies" şirkəti Ermənistanda filial açmaq niyyətindədir. Digər məlumata görə isə, Hindistan Ermənistana "Akaş" kompleksi də tədarük etməyi düşünür. Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb. Qeyd edək ki, "Akaş" qısa mənzilli zenit-raket kompleksi Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı tərəfindən yaradılıb. Kompleksin ilk uğurlu sınaqları 2007-ci ilin dekabrında baş tutub. O vaxtdan bəri bir neçə yeni modifikasiya yaradılıb. İndi də bəlli olur ki, Hindistan Ermənistanla raket sistemlərinin mümkün satışı ilə bağlı danışıqlar aparır. Hindistan Müdafiə Nazirliyinin tabeliyində olan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən "Indian Defence Research Wing" portalı bunu təsdiq edib. Xüsusilə Hindistan səsdən sürətli "BrahMos" qanadlı raketi və "Pralay" qısa mənzilli ballistik raketi tədarük etməkdə maraqlıdır. Qeyd edilir ki, "Pralay" raketinin uçuş məsafəsi 150-500 km, "BrahMos" raketi isə 290 km-ə qədərdir. Mənbə qeyd edib ki, Ermənistanla potensial sövdələşmə Hindistanın müdafiə ixracı və İrəvanla strateji tərəfdaşlığı üçün irəliyə doğru mühüm addımdır. Xatırladaq ki, hələ bu ilin iyulunda Hindistan mətbuatı Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyətinin hərbi təchizat məsələlərini müzakirə etmək üçün Dehliyə səfəri barədə məlumat yayıb. Bundan əvvəl, cari ilin mayında Hindistanın yeni səfiri Sridxaran Madhusudhananın etimadnaməsini qəbul edən prezident İlham Əliyev onun diqqətinə çatdırıb ki, bu gün Ermənistanda ölkəmizə qarşı ərazi iddialarını davam etdirən revanşist qüvvələr baş qaldırır. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını bildirən dövlət başçısı qeyd edib: "Əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?". Azərbaycan prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər. Lakin Hindistan bunu nəzərə almır, Ermənistanı silahlandırır. Hindistan səfiri isə Azərbaycan tərəfinin qaldırdığı məqamın aidiyyəti üzrə çatdırılacağını bildirib və ikitərəfli münasibətlərdə narahatlıq doğuran məsələlərin müzakirəsi üçün iki ölkə arasında dialoqun aparılmasının vacibliyini qeyd edib. Amma real durum tamam əks mənzərəni üzə çıxarır.

Ancaq onu da qeyd edək ki, Hindistan dünyanın ərazi və əhali baxımından öndə olan ölkələrindən sayılsa da, sosial-iqtisadi inkişaf cəhətdən geridədir. Bu ölkədə əhalinin böyük hissəsi səfalət içində yaşayır, istehsal etdiyi əksər məhsulların keyfiyyəti isə müasir dünya standartlarına cavab vermir. Bu, Hindistan istehsalı olan silahlara da aiddir. Bu mənada Ermənistan Hindistan silahlarına güvənib hansısa addım atsa, sadəcə, özünü yeni təhlükəyə atmış olacaq.   Aydın məsələdir ki, İrəvanın Hindistandan aldığı bu silahlar heç də müdafiə məqsədi daşımır. Həmin silahları almaqda İrəvanın əsas məqsədi Azərbaycanı hədəfə almaqdır. Buradan görünür ki, Dehli də həmin məsələdə maraqlıdır. Azərbaycanın 2020-ci ildəki qələbəsi Dehlidə həyəcan yaradıb. Ölkə türk-müsəlman təsirindən qorxur. Ona görə də yenidən regional gücə çevrilə biləcəyinə ümid bəslədiyi Ermənistanla əməkdaşlığı intensivləşdirməyi zəruri sayır. Ümumən Hindistan yerli əhəmiyyətli münaqişələrdə qeyri-müsəlman tərəfin yanında olur. Ölkənin qorxduğu bir məsələ də var, bu da Azərbaycanın Qarabağdakı strateji məqsədlərinə çatdıqdan sonra Ankara–Bakı-İslamabad qrupunun səylərini Kəşmirə yönəltməsi. Bunlar fonunda Rusiya ilə münasibətlərin pozulması fonunda İrəvanın yaxınlıq göstərdiyi iki ölkə hələlik Fransa ilə Hindistandır. Ancaq Hindistan silahları nisbətən ucuz olması baxımından İrəvana daha yaxındır. Həm də Hindistandan alınan silahları İran vasitəsilə Ermənistana çatdırmaq daha asandır. Lakin bütün hallarda Ermənistan Hindistan əməkdaşlığı İrəvana heç bir üstünlük verməyəcək. Çünki hind silahları Ermənistanın vaxtilə Rusiyadan aldığı silahlardan da aşağı keyfiyyətlidir. Hələlik isə Ermənistanın ənənəvi strateji tərəfdaşı olan Rusiyanın Ukraynada bataqlığa düşdüyü və indi Qarabağ nizamlanmasında böyük rol oynamağa resurslarının və iradəsinin çatmadığı fikrindədir. Amma İrəvan bu dəfə də yanlış yoldadır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ