şənbə günü, 07 noyabr 2026
     

Paşinyan öldürüləcək - ŞOK XƏBƏRDARLIQ...

Image


Heç şübhəsiz, 2023-cü il 30 illik Azərbaycan-Ermənistan münaqişəsinin ən dramatik səhnəsi olub. Azərbaycanın qətiyyətli siyasəti nəticəsində "Dağlıq Qarabağ Respublikası" varlığını dayandırıb. Hələ də qeyri-müəyyən qalan Azərbaycan-Ermənistan sərhədində isə indi sakitlik hökm sürür.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "BBC World"a müsahibəsində bütün bunları olduqca yüksək dəyərləndirib. Bu xüsusda o bildirib: "Hərbi qarşıdurma başa çatıb. Həqiqətən də Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi, həmçinin Azərbaycan öz ərazilərinin 30 ildir davam edən hərbi işğalına son qoydu. Azərbaycan hələ 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Buna görə də Azərbaycan sülh müqaviləsinin fundamental prinsiplərini və mətnini təklif edib. Hazırda tərəflər - Ermənistanla Azərbaycan arasında da diplomatik danışıqlar aparılır. Bunlar birbaşa danışıqlardır". Bununla yanaşı, Prezidentin köməkçisi bildirib ki, Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, heyrətləndirməyi bacarıb: "Bu yaxınlarda, dekabrın 7-də iki ölkə - Prezident Administrasiyası və Baş nazirin Aparatı vasitəsilə sülh gündəmini irəli aparmaq niyyəti, həmçinin etimad quruculuğu tədbirləri haqqında birgə bəyanat verib. Bu arada, son üç ay Ermənistan-Azərbaycan münasibətləri iki ölkənin müstəqilliyi tarixində ən sakit və ən dinc dövrlərdən biri hesab oluna bilər. Müharibə yoxdur, vəhşiliklər yoxdur, qarşıdurma yoxdur və əsgərlər kazarmalarına qayıdıblar. Nisbi sülh təmin olunub, indi onu uzunmüddətli sülhə çevirməyin, o cümlədən sülh müqaviləsini imzalamağın vaxtıdır. Azərbaycan regionda sülh gündəmini dəstəkləyir". Elə Ceymstaun Fondu İdarə Heyətinin üzvü Metyu Brayza da bu ay Ermənistan və Azərbaycan arasında keçirilmiş məhbus mübadiləsindən heyranlıqla danışıb. O deyib ki, nə qədər çalışsa da, "Əl-Cəzirə", CNN və BBC kimi media nəhənglərini bu barədə böyük veriliş hazırlamağa sövq edə bilməyib. Brayza "Radio Svoboda"ya bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin qarşısında duran başlıca maneə - Qarabağ separatçılığı aradan qalxıb: "Amma indi hər şey Paşinyanın bu situasiyadan salamat çıxmasından asılıdır. Mən onun seçkiləri uduzmasından qorxmuram. Mən düşünürəm ki, indi seçki keçirilsəydi, o, 2021-ci ildə olduğu kimi, yenə də qalib gələrdi. Amma fiziki varlıq baxımından narahat olmağa əsas var. Biz tarixi bilirik, 1999-cu ildə Ermənistan parlamentində baş verən hadisəni unutmamışıq".  

Xatırladaq ki, 1999-cu ilin oktyabrında silahlılar Ermənistan parlamentinə basqın edərək vəzifəli deputatları güllələmişdilər. Brayza isə onu da deyib ki, məhz Ermənistandakı daxili risqlərdən narahatdır: "Mən əminəm ki, ermənilərin əksəriyyəti sülh istəyir. Onlar başa düşürlər ki, "azərbaycanlılar döyüşməyi, ermənilər isə uduzmağı bacarmırlar", "Böyük Ermənistan" kimi düşüncələr tarixi mifdir. Məncə, hazırda ermənilərin əksəriyyəti, çox sayda erməni bunu başa düşür. Amma buna inanmaq istəməyənlər, bundan pul və siyasi xal qazanmaq istəyənlər var. Amma düşünürəm ki, Paşinyan son dərəcə cəsarətli siyasətçidir və o qərara gəlib ki, sonadək sülh istiqamətində gedəcək". "Bakı erməni qaçqınların qayıtmasını azərbaycanlıların Ermənistan ərazisinə - Zəngəzura qayıtması ilə bağlayır. Bu, dialoqun davam etdirilməsi baxımından produktiv addımdırmı" sualına sabiq səfir belə cavab verib: "Bu, siyasiləşdirmə, müəyyən mənada polemikadır. Bu, danışıqlar prosesidir. Prezident Əliyev deyib: "Əgər Ermənistan Zəngəzur dəhlizini açmaq istəmirsə, İranla əməkdaşlıq edib, dəhlizi oradan açarıq". Bəli, heç şübhəsiz, Əliyev Zəngəzur dəhlizinə üstünlük verir. Amma onun dediyi ictimaiyyət üçün diplomatiyadır. Əliyevi müəyyən dərəcədə tanıyan birisi kimi əminəm ki, o sülh istəyir. Həm Azərbaycan, həm də Ermənistan üçün ədalətli sülh. Amma o həmişə narahat olub və narahatdır ki, orada – İrəvanda, müxalifət də daxil, vaxtı uzatmağı, danışıqların mümkün qədər çox davam etməsini istəyirlər. Odur ki, zənnimcə, Əliyev Ermənistan tərəfinə bunun düzgün olmadığını göstərmək üçün bundan bir alət kimi istifadə edəcək. Yəni bu qutu açılsa, Ermənistan üçün daha da pis ola bilər". Brayza Azərbaycan-Ermənistan danışıqlar prosesində Fransa prezidenti Emmanuel Makronun erməniyönümlü, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin isə neytral və obyektiv olduğunu deyib. Diplomat Rusiyanın bu prosesdəki marağının nə olması barədə suala belə cavab verib: "Düşünürəm ki, Rusiyanın özü də bunu bilmir. Mən Minsk qrupunun həmsədri olanda daim düşünürdüm ki, Rusiyanın istədiyi çərçivə müqaviləsidir, məsələn, "Madrid prinsipləri" kimi. Amma Putin sülh müqaviləsini istəmir. Çərçivə istəyir, amma traktat istəmir. O istərdi ki, münaqişə davam etsin, çünki bu, sonradan istifadə oluna biləcək alətdir". Lakin Brayza əlavə edib ki, hazırda Rusiya və Ukraynanın birgə fəlakət içərisində olduğu bir vaxtda Putinin mövqeyi dəyişib: "Məncə, o düşünür ki, hazırda Rusiyanın vəziyyətdən manipulyasiya etməsi üçün kifayət qədər diplomatik gücü yoxdur. Paşinyan da artıq Moskvanın nəzarətində deyil və onun Əliyevə ehtiyacı var... Azərbaycan Rusiya üçün mühüm ölkədir. Bəlkə bu ondan irəli gəlir ki, Azərbaycan Avropanın qaz təchizatında rəqibdir, amma o, partnyor ola bilər. Düşünürəm, buna görə də o, bir növ, Ermənistana deyib: "Yaxşı, davam edin, Paşinyanın qətlini istəmirəm... Çünki bu, Ermənistanda daha böyük qeyri-stabillik yaradardı və sair". Ona görə də indi bu prosesi həll edib, Rusiyanın müdaxiləsi olmadan irəli getmək lazımdır. Bəlkə də yanılıram, bəlkə də bir neçə həftədən sonra, Allah eləməmiş, Nikol Paşinyan olmayacaq... Rusiya bu prosesi yalnız belə dayandıra bilər".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ