şənbə günü, 07 noyabr 2026
     

Ermənilərdə yeni "din tarixi elmi" - Alban kilsəsi erməni kilsəsinin bir hissəsi imiş...

Image


Robert Mobili: "Ermənilər bizə qarşı informasiya müharibəsini davam etdirir..."

Erməni alimləri öz yazdıqları saxtakarlıqlara o qədər aludə olublar ki, artıq yalanla doğrunun sərhədini itiriblər. Bilmirlər nə yalandır, nə doğrudur. 

Tarix elmləri namizədi, dosent Melaniya Balayan qəribə bir iddia ilə çıxış edib. O iddia edir ki, guya Ağvan (alban) Katolikosluğu "Böyük Kilikiya Evinin" Katolikosluğu ilə eyni şəkildə Erməni Apostol Kilsəsinin "bir hissəsidir". Psevdo tarixçinin iddiasına görə, guya Ağvan kilsəsinin bütün tarixində Ağvanın özündən seçilmiş cəmi iki-üç katolikos olub, qalanları isə erməni "ağvanlarının" "ruhani mərkəzləri" olan "Arsaq" və "Uti"nin "nümayəndələri olub". Guya bunu "sübut edən" "təkzibolunmaz faktlar" Ağvan kilsəsinə məxsus bütün kilsələrin divarlarında, məzar daşları üzərində "erməni dilində" olan yazılardır. Guya Azərbaycan "Arsaq"dakı "nəhəng erməni tarixi və mədəni irsini" "təhrif" edir.  O iddia edir ki, guya IV əsrdə Erməni Apostol Kilsəsi (əslində qriqoryan kilsəsi – İ.S) yarananda müxtəlif yerlərdə, o cümlədən Amarasda yepiskopluqlar da yaradılıb (?). Saxtakarlıq və yalanlara üz tutan üzdən iraq alim yazır ki, Amarasda yepiskop elan edilən Nurçu Qriqorinin nəvəsi Qriqoris tarixdə Ağvan katolikosu kimi qeyd olunur. İddia edir ki, Qriqorisin "Arsaq" və Utinin  ruhani lideri olduğu da tarixi mənbələrdən məlumdur. Guya "Arsaq" və Uti əyalətləri "erməni Ağvanı" kimi "tanınır" (?) Guya  428-ci ildə "erməni çarlığının" süqutundan sonra hər ikisi "Ağvanlara" "birləşdirilib". Yazır ki, ərəb hakimiyyəti dövründə Ağvanın bəzi qəbilələri İslamı qəbul etməyə məcbur oldular, bəziləri isə xristianlığı davam etdirdilər. Guya sonuncu qalanlar udi və onlar da "Erməni Apostol Kilsəsinin davamçıları olublar və qalırlar". Guya Azərbaycanın udilərlə bağlı irəli sürdüyü fikirlər "əsassız" və "anti-elmidir".

Erməni tarixçisinin müsahibəsində əks olunan fikirlərin heç bir elmi, tarixi əsası yoxdur. Albanları (ağvanları) erməniləşdirməkdən əllərinə bir şey keçmədiyi üçün indi də erməniləri albanlaşdırırlar. 

Guya Ağvan onlara "məxsusdur". Müasir dövrdə erməni adlandırılan haylar sözün həqiqi mənasında  Azərbaycanın tarixi irsini mənimsəməyə çalışır. Erməni kilsəsinin uzun illərdir həyata keçirdiyi bu saxtakarlıq siyasətin bu gün erməni tarixçiləri tərəfindən davam etdirilməsi bu toplumun məkrli niyyətlərindən xəbər verir. Ermənilər hər zaman yalan, dolaşıq tezislər irəli sürüblər ki, son nəticədə bu onların özlərinə ziyan edib. Azərbaycan xalqının öz əcdadını alban, yaxud türk adlandırmasının haylara, onların quyruğu olanlara nə aidiyyəti var? Azərbaycan tarixən türklərin torpağı olub, bizim ərazimizdə Albaniya dövləti mövcud olub, bu dövlət Cənubi Qafqazda xristianlığın güclü dayağı olub, albanlar da, başqa xalqlar da bu ərazidə qardaşcasına yaşayıblar. Bizim bölgəyə yad olan, yamaq olan haylar  haray salırlar ki, ağvanların, albanların guya bizə aidyyəti yoxdur. Azərbaycanda fəaliyyət göstərən Alban Udi-Xristian İcmasının fəaliyyəti, icma nümayəndələrinin azad ərazilərdəki monastırlara, kilsələrə ziyarətlər təşkil etməsi, alban irsinə sahib çıxması erməniləri möhkəm narahat edir. Guya "Arsaq"ın bütün tarixi və mədəni irsi təhlükə altındadır, Naxçıvanda və sair yerlərdə "erməni izləri silinir" və sair. Bu kimi iddialar irəli sürmək üçün adam həm savadsız, həm də ağılsız olmalıdır.

Ekspertlər hesab edir ki, bizim tarixçilərin bu gün alban tarixini, irsini, Albaniyanın mirasını araşdırması və bizim ona sahib çıxmağımız hayların bütün planlarını alt-üst edir. Ekspertlər deyir ki, uzun illər hay kilsəsi albanlarının tarixini, alban kilsəsini, alban irsini saxtalaşdırmaqla məşğul olub, amma bu gün onların yazdıqları yalanları Azərbaycan alimləri ifşa edir. 

"Alban kilsəsi müstəqil kilsə idi, alban katolikosluğunun öz xətti, irsi, kilsələri olub" 

Alban-Udi Xristian İcmasının rəhbəri Robert Mobili "Bakı-Xəbər"ə şərhində "Haylar son vaxtlar çox  belə yanlış informasiyalar yayırlar. Bu da növbəti erməni yalanıdır. Onlar bizim torpaqlarda yenə də "erməni mədəni irsinin izini" axtarırlar. Haylar iddia edirlər ki, guya Azərbaycan "erməni irsinin izini silir". Alban katolikosluğu barədə də uydurma danışırlar. Halbuki, alban kilsəsi müstəqil kilsə idi, alban katolikosluğunun öz xətti, irsi, kilsələri olub. Əgər o yazdığı düzdürsə, onda necə ola bilərdi ki, bütün qurultaylarda erməni kilsəsinin patriarxı və alban kilsəsinin patriarxı ayrıca təmsil olunublar? Bu halda onların kilsələri necə bir ola bilər ki? Bizim əlimizdə erməni yalanlarını ifşa edən sənədlər var"-deyə bildirdi. 

R.Mobilinin sözlərinə görə, vaxtilə bizim tarixçilər bu məsələyə fikir verməyiblər, bu barədə yazmayıblar, ona görə də, ermənilər bu cür yalanlarla çıxış edirlər. R.Mobili qeyd etdi ki, biz alban irsi ilə bağlı çox sanballı informasiyalar hazırlayıb onu müxtəlif dillərdə nüfuzlu platformalarda yaymalı, nüfuzlu təşkilatlara göndərməliyik. R.Mobili hesab edir ki, Arsaq termindən qaçmaq olmazdı. Onun dediyinə görə, Qafqaz Albaniyasının böyük vilayətlərinin heç birində erməni irsi yoxdur. "Anlamaq lazımdır ki, bu informasiya müharibəsinin güclü bir formasıdır. Ermənilər bizə qarşı informasiya müharibəsini davam etdirir,  ortaya "faklar", "sənədlər" çıxarırlar. Hesab edirəm ki, bizim tarixçilərimiz bu iddialara çox yüksək səviyyədə cavab verməli, bu müharibədə fəal olmalıdırlar" - deyə müsahibimiz qeyd etdi. 

Sonda biz də qeyd etmək istəyirik ki, bütün albanşünas, Qafqazşünas, ermənişünas alimlər bir araya gəlib hayların cavabını layiqincə verməlidir. Bu saxtakar dəstə  birdəfəlik başa salınmalıdır ki, nə Qafqaz Albaniyasının, nə onun vilayətləri olan "Arsaq"ın və Uti-nin haylarla heç bir əlaqasi yoxdur, sənədlər var, mənbələr var, istinad ediləcək çox yazılar, tədqiqatlar var. Hesab edirik ki, bu informasiya savaşında Azərbaycan tarixçiləri çox aktiv olmalı və xarici platformalarda öz sözlərini deməlidirlər... 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ