şənbə günü, 07 noyabr 2026
     

ABŞ Cənubi Qafqazda özünü risqə atır - Azərbaycanın xəbərdarlığı...

Image


"Ağ Ev Azərbaycan və Ermənistan arasında vasitəçilik rolunu oynamaq istəyirsə, Co Bayden administrasiyasının üzvləri fərqli münasibət nümayiş etdirməlidirlər". ABŞ-ın "Newsweek"  məcmuəsi yazır ki, bunu Londonda keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev deyib.

O bildirib ki, Amerikanın bu məsələdəki birtərəfli mövqeyi Bakının narahatlığına səbəb olub. Məqalədə deyilir ki, Azərbaycan Cənubi Qafqazda Qərb, Rusiya, İran və Çin arasında rəqabətin əsas döyüş meydanına çevrilib. Bu da vurğulanır ki, neft və qazla zəngin bu ölkə Qərbin əsas enerji partnyorlarından biridir. Daha sonra "Newsweek"in yazdığına görə, Hikmət Hacıyev sözügedən brifinqdə deyib ki, Bakı Birləşmiş Ştatların icra hakimiyyətindən fərqli münasibət görmək istəyir. Məqalədə qeyd olunur ki, Əliyev administrasiyası Vaşinqtonu Ermənistanın xeyrinə qərəzli münasibətdə ittiham edib və Azərbaycan rəsmiləri ABŞ-da keçirilən sülh danışıqlarından imtina ediblər. Bu da xatrıladılır ki, Bakı noyabrda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Senat dinləməsi zamanı dedikləri ilə bağlı etiraz etmişdi. Bu dinləmədə Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi əməliyyat pislənmiş və O'Brayn demişdi ki, Bakı və İrəvan arasında sülh sənədi imzalananadək ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq. Diplomat Azərbaycana, lazım gələrsə, mümkün təzyiqlərdən, ABŞ-ın Bakıya təhlükəsizlik yardımı göstərməsini qadağan edən "907-ci Düzəliş"in son onilliklərdə ilk dəfə olaraq dondurulmamasına baxılmasından danışmışdı. Londonda keçirdiyi brifinqdə Hacıyev deyib ki, O'Braynın müdaxiləsi heç də faydalı olmayıb. Bu da qeyd olunur ki, O'Brayn noyabrda Bakıda Prezident İlham Əliyevlə görüşdən sonra söhbəti pozitiv və konstruktiv adlandırıb. Bununla belə, Hikmət Hacıyev 907-ci Düzəlişi ABŞ Konqresinin tarixində ən ədalətsiz qərar adlandırıb: "Azərbaycanın xaricdən heç bir yardıma və ya dəstəyə ehtiyacı yoxdur. Azərbaycan özünü təmin edən bir ölkədir. Lakin burada psixoloji və siyasi aspekt çox mühümdür, çünki bu, Azərbaycanla ədalətsiz davranış idi". Hacıyev deyib ki, belə davranış Vaşinqtonun ədalətli vasitəçi olmasına imkan vermir: "Elə ki bu aradan qaldırıldı, bizim heç bir problemimiz olmayacaq və biz Vaşinqton platformasında sülh müzakirələrini davam etdirə biləcəyik". Hacıyev brifinqdə bunu da deyib ki, Rusiya tərəfinə 19-20 sentyabr əməliyyatına 10 dəqiqə qalmış xəbərdarlıq edilib və buna görə də əməliyyatın Moskva ilə koordinasiyada keçirilməsinə dair iddialar tamamilə əsassızdır: "Hacıyev qeyd edib ki, Rusiyanın buna heç bir reaksiya göstərməməsi Bakını təəccübləndirməyib, çünki legitimlik Azərbaycanın tərəfində olub. Həmçinin, prezident müşaviri qeyd edib ki, Azərbaycan-Ermənistan danışıqlarında daha bir irəliləyişin proqnozunu vermək çətindir, amma indi sülh müqaviləsinin qarşısında heç bir ciddi maneə qalmır: "Burada söhbət nüvə fizikasından və ya raket elmindən getmir. Biz beynəlxalq qanunun çox təməl prinsiplərindən bəhs edirik. Azərbaycan özünün tam suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Biz indi regionumuzda tamamilə yeni reallıqla üzləşmişik. İndi Azərbaycanın strategiyası sülhü qazanmaqdır. Amma sülhün əldə olunması, tanqo rəqsində olduğu kimi, hər iki tərəfdən hərəkət tələb edir". Hacıyev Bakının daha çox regional həllərə üstünlük verdiyini deyib, amma əlavə edib ki, Bakı Vaşinqtonda, Moskvada və ya Brüsseldə keçirilə biləcək sülh danışıqlarını da istisma etmir: "Sülhün toxumları regionda, Bakıda və İrəvandadır. Bizim başqa partnyorlarımız bizə irəliləməkdə kömək edə bilərlər. Amma biz bəzən görürük ki, vasitəçilərimiz arasında vasitəçilik etməyə çalışırıq". Hikmət Hacıyev Azərbaycanın Naxçıvana dəhlizi hərbi yolla açmağa hazırlaşdığına dair iddiaları rədd edib: "Azərbaycanın heç bir hərbi məqsədi qalmayıb və bizim üçün qarşıdurma bitib. Azərbaycan layiq olduğunu əldə edib".

Beləliklə, "Newsweek"  məcmuəsinin yazdıqları bir daha təsdiq edir ki, Azərbaycan ABŞ-ın ədalətsiz yanaşmasını elə Qərb platformasında diqqət mərkəzinə gətirib. Bakının mövqeyinin Londonda səslənməsi təsadüfi deyil. Çünki bu hal Qərb dünyasının, o cümlədən ABŞ-ın diqqətini Azərbaycanın hansı mövqedə olması üzərində bir daha yaxından fokuslayır. Təbii ki, belə vəziyyətdə Azərbaycana münasibətdə siyasətə daha sürətlə korrektələr olur. ABŞ özü də yaxşı görür ki, "907-ci Düzəliş" ətrafında baş verən hadisələr əvvəllər Vaşinqtonun Azərbaycana münasibətdə qərəzli olması şübhəsi yaradırdısa, indi bunu təsdiq edir. Eyni zamanda, Ermənistan və Azərbaycan arasında sülhün ilk dəfə bu qədər yaxın olduğu tarixi şəraitdə ABŞ-da "907-ci Düzəliş"dən yenidən siyasi məqsədlərlə Bakıya qarşı təzyiq aləti kimi istifadə edilməsi müşahidə edilir.  Bütün bunlar Azərbaycanın Qərbin vasitəçiliyinə olan etimadını sarsıdan amillər sırasındadır. Təsadüfi deyil ki, rəsmi Bakı indi regional sülhün məhz regionda axtarılmalı olduğu qənaətindədir. Məhz bundan irəli gəlir ki, Hikmət Hacıyev sülhün və regional təhlükəsizliyin Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, məhz regionda olduğunu bildirir. Bunu doğuran səbəblər də, ABŞ başda olmaqla, Qərb ölkələrinin vasitəçiliyinə ümidlərin tükənməsidir. Qərbin vasitəçilik institutlarının Cənubi Qafqazdakı uğursuzluğu, ilk növbədə, onların Azərbaycana qarşı ayrıseçkiliyindən, qərəzindən qaynaqlanır. ABŞ və Avropa bütün bunları nəzərə alıb lazimi nəticələr çıxarmalıdır. Əks halda regionda uduzan onlar özləri olacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ