şənbə günü, 07 noyabr 2026
     

Azərbaycanın tolerantlıq modeli dünya üçün nümunədir

Image


Ölkəmizin keçdiyi inkişaf yolunda əldə etdiyi ən böyük nailiyyətlərdən biri də dünyanın müxtəlif ölkələrində ciddi diqqət və öyrənilməyə layiq olan konfessiyalararası harmoniya modelinin yaradılmasıdır. Bu, düşünülmüş dövlət siyasətinin nəticəsidir.

Ölkəmizdə dini tolerantlıq - dövlətin düşünülmüş siyasətinin nəticəsi... 

Faktdır ki, tolerantlıq uzun müddət ərzində formalaşan sosial hadisədir və insanın özündən müxtəlif cəhətlərdən fərqlənən digər şəxslərə qarşı düşmənçiliyinin olmaması deməkdir. Onlarla millət və etnik qrupun nümayəndələrinin yaşadığı Azərbaycan kimi müxtəlif mədəniyyət və millətlərlə dolu cəmiyyətdə bu, zəruri hadisədir.

Müasir dünyada tolerantlıq ideal olaraq ksenofobiyanın olmamasını, müxtəlif xalqların dinc yanaşı yaşamasını və inkişafını nəzərdə tutur. Onun əsasını cəmiyyətin fundamental dəyərləri təşkil edir, onsuz bəşəriyyət sadəcə mövcud ola bilməz. Bu gün tədqiqatçılar tolerantlığın 10-dan çox əsas növünü sayır. Bunlar dini, cinsi, fizioloji, təhsil, cinsi oriyentasiya, coğrafi, yaş, marjinal, siniflərarası, millətlərarası, irqi, siyasidir. İnsanın dövlətdə qəbul edilən istənilən dinə, hətta hakim dinə mənsub olmasa belə, hörmətlə yanaşılması vacib olan hüquqları var. Digər dinlərə hörmət insanlar arasında dinc qarşılıqlı əlaqənin açarıdır. Koronavirus kimi qlobal epidemiyaya qarşı mübarizə, təəssüf ki, xalqları və dövlətləri birləşdirmədi, əksinə, dini sahə də daxil olmaqla, yeni kəskinləşmələrə səbəb oldu. Bu baxımdan, ilk növbədə Qərblə İslam arasında artan ziddiyyətləri və münaqişələri qeyd etmək lazımdır. Müxtəlif ekstremist və terror təşkilatları bu vəziyyətdən tez istifadə etdilər. Bəziləri isə İslam dinini özünə qalxan etməyə çalışır. Məlum olduğu kimi, onlar əsasən müsəlman ölkələrində dünyəvi rejimlərin yıxılması, onların şəriət üsul-idarəsi ilə əvəzlənməsi və vahid İslam dövlətinin - xilafətin yaradılmasına çalışırlar. Azərbaycana gəlincə, ölkəmizdə bu xüsusda ciddi narahatedici tendensiya yoxdur. Amma dini ekstremizm və terrorizmin təzahürü, dini radikal qrupların cinayətkar strukturlarla birləşməsi istiqamətində cəhdlər olub. Həmçinin Əfqanıstan, İraq və Suriyadakı hərbi münaqişələr xalis islam adlanan dinin tərəfdarları arasından bəzi soydaşlarımızı cəlb edib. Bununla belə, dövlətin məqsədyönlü siyasəti bu istiqamətdə problemlərin əsaslı şəkildə çözümünü şərtləndirib. O da faktır ki, Azərbaycanda dini tolerantlıq dövlətin düşünülmüş siyasətinin nəticəsidir. Suveren inkişaf prosesinin başlanğıcından Azərbaycan özünü dünyəvi dövlət elan edib. Bu, hökumət siyasətinin müəyyən dinlərə və onların ardıcıllarına heç bir üstünlük verilmədən, yalnız bütün cəmiyyətin mənafeyinə uyğun aparılmasını nəzərdə tutur. İkincisi, dövlətimiz ölkəmizin ərazisində fəaliyyət göstərən dini konfessiya və birliklərə eyni dərəcədə hörmətlə yanaşır, qanuni fəaliyyət göstərdikləri halda onların daxili işlərinə qarışmır. Eyni zamanda, dünyəvi status dövlətin dini sahədən tamamilə uzaqlaşdırılması demək deyil. Bu, ilk növbədə, vətəndaşların vicdan azadlığı ilə bağlı konstitusiya hüquqlarına riayət olunmasını, dini mənsubiyyətinin müəyyən edilməsini və bu əsasda hər hansı ayrıseçkilikdən qorunmasını təmin edir. Sadəcə, dövlətin səlahiyyətli orqanlar vasitəsilə din sahəsini tənzimləmək hüququ var. Bu, əsasən, dini qurumların və missionerlik fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatına alınmasında, dini qurumların təsis və digər sənədlərinin müvafiq ekspertizasının aparılmasında, bu sahədə qanunvericiliyə riayət olunmasına nəzarət edilməsində, dini qurumların yaradılması qaydalarının müəyyən edilməsində özünü göstərir.

Dövlət dini birliklərlə konstruktiv əməkdaşlıq münasibətləri yaradıb 

Beynəlxalq arenada nəzərəçarpacaq fəallıq nümayiş etdirən Azərbaycan qlobal miqyasda dinlərarası harmoniya və sivilizasiyalararası dialoq dəyərlərinin təbliği üçün unikal təşəbbüslərin müəllifi olub. Xalqın mənəvi irsi ilə birləşən dinlərin mədəni-tarixi dəyərini rəsmən tanıyan dövlət müvafiq dini birliklərlə konstruktiv qarşılıqlı fəaliyyət göstərir və onların potensialından ölkənin inkişafı maraqları naminə istifadə etməkdə maraqlıdır.

Beləliklə, dövlətin dünyəvi mahiyyəti onun din və konfessiyalararası münasibətlər sahəsində aktiv fəaliyyəti ilə kifayət qədər uğurla birləşdirilir.  Eyni zamanda, dövlətin maraqlarına cavab verən dünyəvi prinsiplərin və əsasların möhkəmləndirilməsi istiqamətində işlər aparılır. Dini və ya digər zəmində heç bir parçalanma olmadan bütün Azərbaycan cəmiyyəti inkişafında daha böyük uğurlara imza atır. O da faktdır ki, yeni müstəqillik tarixində ölkəmiz heyranedici uğurlar əldə edib. Yerli və xarici ekspertlər və analitiklər əminliklə Azərbaycanı təkcə Qafqazda deyil, bütün dünyada siyasi və iqtisadi proseslərin davamlı,  sabit iştirakçısı adlandırırlar. Müstəqilliyin əsas nailiyyəti birliyimizdir. Bu mənada həmin birliyin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində atılan addımlar təkcə dövləti deyil, bütün insanları, xalqımızı birləşdirir. Bir sıra keçmiş sovet respublikalarında yaranmış vəziyyət fonunda cəmiyyətimizdə insanlar bir-birinə qarşı nəinki tolerantlıq nümayiş etdirir, həm də münasibətlər qarşılıqlı hörmətə, müxtəlif xalqların mədəniyyətlərinin yanaşı mövcud olduğu vəziyyətə əsaslanır. Onlar bir-birinə nüfuz edir və bir-birini zənginləşdirir. Ailə, milli və xalq adət-ənənələrinin davamlılığı bu günə qədər həyatımızda əsas birləşdirici halqadır. Azərbaycan dünyəvi dövlət kimi dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşları üçün rahat yaşayış şəraiti yaratmağa çalışır. Dövlət orqanları müxtəlif dinlərin nümayəndələri arasında hörmət və tolerantlıq hissinin aşılanması üçün çoxlu işlər görür və rəsmi platformalardan tez-tez mədəniyyətlərarası dialoq, açıqlıq və qarşılıqlı etimada çağırışlar edilir. Müasir Azərbaycanda dini və etnik tolerantlıq ənənəvi olaraq yüksək səviyyədədir. Ölkəmizin nailiyyəti dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini təmin edən demokratik dövlət quruculuğudur. Azərbaycan öz nümunəsilə müxtəlif mənşəli və dinlərə mənsub insanların dinc yanaşı yaşamasının mümkünlüyünü aydın şəkildə sübut edir. Ölkəmiz ənənəvi dinlərin liderlərinin qurultaylarının keçirildiyi qlobal din dialoqu platformasına çevrilib. Konfessiyalararası harmoniyanın və vətəndaş birliyinin təmin edilməsi ölkəmizin inkişafının, sosial-iqtisadi və siyasi modernləşmənin strateji vəzifələrinin həyata keçirilməsinin mühüm şərtidir. Cəmiyyətin ümumi məqsədi tolerantlıq, dinlərarası harmoniya və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdirməkdir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ