şənbə günü, 07 noyabr 2026
     

Rusiya Ermənistanı hakimiyyət çevrilişi ilə hədələdi...

Image


Rusiya və Ermənistan arasında hələ də gərgin məcrada inkişaf edən münasibətlər özünün daha kəskin mərhələsinə qədəm qoymağa başlayır. Bunu hər iki ölkənin liderləri arasında söz dueli də qabarıq şəkildə nümayiş etdirir. 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın sentyabrda Qarabağda keçirdiyi hərbi əməliyyatın baiskarı olduğuna dair bəyanatı, sonuncunun bunu rədd etməsi də qeyd edilənlərin təzahürüdür.

Qeyd edilənlər fonunda  "Azatutyun" radiosu yazır ki, Putin ötən həftə Rusiya sülhməramlılarının Azərbaycanın antiterror əməliyyatlarının qarşısını almamasının səbəbi barədə danışıb. Bildirib  ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə 2022 və 2023-ü illərdə Qərbin vasitəçilyi ilə keçirilən danışıqlarda Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımaqla Rusiya sülhməramlılarının mandatını zəiflədib. Putin Moskvada keçirilən ilsonu mətbuat konfransında demişdi ki, "Qarabağı biz yox, onu Azərbaycanın bir hissəsi kimi tanıyan Ermənistan tək qoyub". Paşinyan Putinin bu iddialarına Ermənistan ictimai televiziyasına müsahibəsində cavab verib. O deyib ki, 2020-ci ildə Ermənistan-Azərbaycan müharibəsini dayandıran atəşkəs razılaşmasının vasitəçilyini edəndən az sonra Putinin özü Qarabağın Azərbaycan ərazisi olduğunu bildirmişdi: "Bu bəyanatlar açıq verilmişdi və səhv etmirəmsə, bunları indi də sosial mediadan tapmaq olar". Paşinyan bunun ardınca İrəvanın hərbi yardım ricasına Rusiyanın "sıfır reaksiyasını" pisləyib. Bundan başqa, baş nazir qeyd edib ki, 2021-ci ilin iyununda, Ermənistanda parlament seçkiləri ərəfəsində yaşanan hərbi əməliyyatlardan biri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov regiona səfərdə idi: "O vaxt Ermənistan hökumətinin bu hadisəyə fərqli reaksiya verəcəyinin ehtimalı böyük idi. Bunun nəticəsində seçkilərin keçirilməməsi Ermənistan Respublikasının dağılması demək olardı. Biz başa düşdük ki, Ermənistanın ləğv olunmasına cəhd edilib". Xatırladaq ki, oktyabrın 17-də Avropa Parlamenti qarşısında çıxış edən Paşinyan Moskvanı Qarabağ problemindən onu devirmək üçün fürsətlənmək, Ermənistanda qarışıqlıq yaratmaq cəhdində günahlandırmışdı. "Azatutyun" yazır ki, Azərbaycanın Qarabağ üzərində tam nəzarəti ələ almasından sonra Moskva və İrəvan arasında gərginlik misilsiz həddə çatıb. Paşinyan və Ermənistanın başqa vəzifəli rəsmiləri Rusiyanın başçılıq etdiyi təşkilatların, o cümlədən keçmiş sovet respublikalarından ibarət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarını boykot ediblər. Rusiya XİN rəsmisi Mariya Zaxarova qeyd edir ki, indi Moskva Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin dəvətindən yararlanaraq dekabrın 25-26-da Sankt-Peterburqa gələcəyini və Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcəyini güman edir. O bildirib ki, MDB dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə bütün maraq doğuran sualları qaldırmaq olar: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün aspektləri ilə bağlı mövqeyimiz həm prezident, həm də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən dəfələrlə və ətraflı şəkildə ifadə olunub. Ermənistanla münasibətlərin müttəfiq xarakterini rəhbər tutaraq, hər zaman məsələləri sakit, peşəkar və tərəfdaşlıq şəraitində müzakirə etməyə hazırıq". Hesab edilir ki, bu, əslində, Paşinyan üçün sonuncu şansdır. Əks halda Kreml daha sərt addımlar atacaq. Amma hələlik görünən budur ki, Rusiyaının liderlik etdiyi təşkilatlardan uzaqlaşma xətti götürən İrəvan bunun əvəzində Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə daha sıx münasibətlərə can atır. Rusiya Xarici İşlər Nazlirliyi bununla bağlı İrəvanı Rusiya-Ermənistan münasibətlərini sistematik şəkildə dağıtmaqda ittiham edir.

"Azatutyun" yazır ki, Ermənistanın aparıcı müxalifəti də Paşinyanı Kremllə münasibətlərə görə ittiham edir. Bundan başqa, müxalifətin Ermənistanın müharibədə məğlub olmasından və Qarabağda Azərbaycanın suverenliyinin bərpa olunmasından Paşinyan hökumətini devirmək üçün fürsətlənmək cəhdləri baş tutmayıb. Paşinyan son televiziya müsahibəsində Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə görə yenə də özündən əvvəlki hakimiyyətləri, onların apardığı danışıqları və yanlış siyasəti ittiham edib. Elə bu fonda "Qraparak" nəşri yazır ki, Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Rusiyanın dəstəyi ilə İrəvanda hərbi çevriliş planına hazırlaşır. Nəşr qeyd edir ki, Karapetyanın son açıqlamaları Rusiyanın Ermənistanda hərbi çevriliş edə biləcəyi haqda xəbərdarlığıdır: "Keçmiş müdafiə naziri Arşak Karapetyanın Moskvada Ermənistanın xilası üçün hərəkata başlamaqla bağlı bəyanatını dövlət çevrilişinə hazırlıq kimi başa düşmək mümkündür. Arşak Karapetyan Ermənistanda deyil, ona qarşı cinayət işi başlamayıb, lakin o, Ermənistanda müxalifət hərəkatına başladığını Moskvadan elan edir. Müxalifət hərəkatının mərkəzi liderinin Ermənistanda deyil, onun hüdudlarından kənarda olması Ermənistanın daxili siyasi həyatında yeni bir hadisədir. Arşak Karapetyanın müxalifət hərəkatına başladığını Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı keçirdiyi gün elan etməsi də təsadüf sayıla bilməz. Moskvada olan Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Mihran Poqosyan isə tezliklə İrəvana qayıdacağını deyir və hədə-qorxu ilə "tezliklə çox şey eşidəcəksiniz" xəbərdarlığını edir. Arşak Krapetyan da Ermənistanın xilas edilməsi işini yerindəcə təşkil etmək məqsədilə İrəvana qayıdacağına söz verir. Putin də mətbuat konfransında Ermənistanla bağlı müəyyən xəbərdarlıqlar etdi". Xatırladaq ki, Arşak Karapetyan 2016-cı il "aprel müharibəsi"ndə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra edirdi. Döyüşlərdən sonra həmin vaxt prezident olan Serj Sarkisyan tərəfindən işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad etmişdi. O, 2018-ci ildə Paşinyanın inqilab hərəkatına qoşuldu, daha sonra Baş qərargah rəisinin birinci müavini təyin olundu. 2021-ci ilin avqustunda isə müdafiə naziri oldu, lakin bu postda cəmi 4 ay qaldı və vəzifəsindən uzaqlaşdırıldı. İndi bu şəxs Paşinyana qarşı əsas müxaliflər sırasında yer alır. Belə görünür ki, Rusiyanın dəstəyinə arxalanıb, Ermənistanda hakimiyyət çevrilişi etmək istəyir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ