şənbə günü, 07 noyabr 2026
     

AzQAC İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul etdi

Image


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) dekabrın 21-də keçirilən növbədənkənar XXVI Baş Məclisinin iştirakçıları gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul ediblər.

Bəyanatı təqdim edirik:

"Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm tarixi nailiyyətlər əldə edib, dünyada böyük nüfuz qazanıb, regionun sürətli inkişaf yolunda olan müasir ölkəsinə, etibarlı tərəfdaşa çevrilib. Ölkədə təşkil olunan beynəlxalq silsilə forumlar, kütləvi-mədəni və idman tədbirləri Azərbaycanın beynəlxalq səviyyədə mövqelərini gücləndirib. Müxtəlif istiqamətlərdə çoxsaylı dövlət proqramları həyata keçirilib, elm, təhsil, mədəniyyət, idman, səhiyyə və digər sahələrdə böyük uğurlara imza atılıb, əhalinin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl işlər görülüb.

İctimai-siyasi sabitliyin və əmin-amanlığın təmin olunması ölkənin sürətli sosial-iqtisadi inkişafında, müstəqil dövlətçiliyin demokratik dəyərlər əsasında möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Respublikanın inkişafı istiqamətində aparılan işlər dünyanın aparıcı qurumlarının hesabatlarında yüksək qiymətləndirilir.

Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyi bacarıb. Qafqazın mədəniyyət, musiqi incisi olan Şuşa şəhəri tarixi Zəfərin simvoluna çevrilib, nisgil, kədər, ümidsizlik geridə qalıb. Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, diplomatik gedişləri, uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın adını ucaldıb. Qarabağ və Şərqi Zəngəzur indi cənnətə çevrilir, məcburi köçkünlər doğma yurd yerlərinə qayıdırlar, onlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunurlar. Bütün bunlar bir daha Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasını əyani şəkildə nümayiş etdirir. Müharibə əlillərinə, şəhid ailələrinə göstərilən həssas münasibət və diqqət onlar üçün böyük təskinlik mənbəyidir.

Azərbaycan dövlətinin başçısı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbələr vətəndaş cəmiyyəti təşkilatlarını, o cümlədən humanitar sahədə fəaliyyət göstərən 103 yaşlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylı üzvlərini də hədsiz sevindirir. Təşkilatımız yaradılmış geniş imkanlardan istifadə edərək öz Nizamnamə fəaliyyətini daim günün tələbləri səviyyəsində qurmağa çalışır. Ayparaçılar ictimai və iqtisadi proseslərdə, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi kursa uyğun olaraq, aparılan məqsədyönlü islahatların gerçəkləşməsində yaxından iştirak edir, humanitar sahədə işlərin aparılmasında hökumətə müvafiq dəstək olmağa çalışır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının respublikada yeganə təmsilçisi kimi humanitar sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və bu məqsədlə çoxsaylı tədbirlər həyata keçirir. Təşkilatın xətti ilə qaçqın və məcburi köçkünlərə, tənha və kimsəsizlərə, əlillərə, valideyn himayəsindən məhrum olmuş uşaqlara və sosial qayğıya ehtiyacı olan digər vətəndaşlara maddi-mənəvi dəstək göstərilir. Milli Cəmiyyətin üzvləri və könüllüləri vətəndaş cəmiyyətinin inkişafına töhfə verməklə yanaşı, hökumətin humanitaryönümlü layihələrində fəal iştirak edir, həmçinin xarici ölkələrdə təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardımlar göstərir.

COVID-19 pandemiyası, 44 günlük müharibə dövründə, eləcə də Ağdam-Xankəndi yolundakı hadisələr dövründə daim öndə olan Cəmiyyətimizin təmsilçiləri və könüllüləri humanitar missiyaları ilə fəxr edirlər.

Cəmiyyətimiz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvü olaraq, Azərbaycanı beynəlxalq tədbirlərdə də layiqincə təmsil edir.

Cəmiyyətimizə öz missiyasına uyğun fəaliyyəti həyata keçirmək üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Xüsusilə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə təşkilatımızın maddi-texniki bazası gücləndirilib. Hər il ölkəmizdə martın 10-nun "Qızıl Aypara Günü" kimi qeyd edilməsi dövlət başçısı tərəfindən fəaliyyətimizə verilən ən yüksək qiymət kimi bizim üçün çox əzizdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 350 min üzvü və 25 minə yaxın könüllüsü var. Onların hamısının yekdil mövqeyi belədir ki, Azərbaycan əldə etdiyi bu möhtəşəm uğurları davam etdirməli, möhkəmləndirməlidir. Biz bu dəfə də Prezidentliyə namizəd, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü olan İlham Əliyevi müdafiə edirik, onunla bir yerdə olduğumuzu elan edirik. Azərbaycan ayparaçıları 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərində hər bir vətəndaşı fəal iştirak etməyə və məhz İlham Əliyevə səs verməyə çağırır.

Biz öz seçimimizi etdik! Azərbaycanı qələbədən-qələbəyə aparan milli lider - İlham Əliyev bu seçkilərin qalibi olmağa hamıdan çox layiqdir, bu, onun tam haqqıdır!".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ