şənbə günü, 07 noyabr 2026
     

Rusiya 1.5 milyonluq, Ukrayna 500 minlik ordu yaradır - savaşın son qanlı fazası...

Image


Qərbin Ukraynanı tədricən Rusiya ilə döyüş meydanında yalnız buraxması fonunda rəsmi Kiyev daxili resurslar hesabına müqaviməti davam etdirməyi planlaşdırır. Amma bu o fonda baş verir ki, Rusiya Ukraynada hücumların miqyasını genişləndirmək üçün daha böyük ehtiyat cəmləyir. 

Bu ölkənin müdafiə naziri Sergey Şoyqu qeyd edir ki, 2023-cü ilin yanvarından dekabrınadək Rusiya ordusu sıralarına 490 min müqaviləli hərbçi və könüllü qəbul edilib.

Nazir iddia edib ki, bunların arasında 4 mindən çox tələbə var və onlar könüllü olaraq təhsildən akademik məzuniyyət alıb ordu sıralarına qoşulublar. Şoyqunun sözlərinə görə, hərbi xidmət keçmək üçün hər gün 1500-dən çox vətəndaş müraciət edir. O bunu da bildirib ki, Rusiya ordusunda xarici könüllüllərin sayı bir ildə 7 dəfə artıb. Nazir deyib ki, məhz bunların sayəsində indi hər qoşun növünün öz ehtiyat alayı var. Şoyqu deyib ki, nazirlik dekabrın 1-dən prezident Vladimir Putinin ordu sıralarını 1 milyon 320 min nəfərə çatdırmaq tapşırığının yerinə yetirilməsinə başlayıb. Onun sözlərinə görə, Rusiya ona qarşı artan təhlükələrə uyğun olaraq hərbçilərinin sayını 1.5 milyon nəfərə çatdırmalıdır. Ukraynanın əks-hücumundan söz açan Şoyqu deyib ki, Ukrayna ordusu bu ilin iyunundan bəri ölü və yaralı olaraq 159 min hərbçi itirib. Nazir əlavə edib ki, tammiqyaslı müdaxilə başlanandan bəri Ukrayna silahlı qüvvələrinin ölü və yaralı daxil itkiləri 383 min nəfərə çatıb. Sergey Şoyqu Rusiya ordusunun itkilərindən danışmayıb. Bundan əvvəl isə Putin illik sual-cavab sessiyası zamanı demişdi ki, Rusiyada yeni səfərbərliyin elan edilməsinə ehtiyac yoxdur. O iddia etmişdi ki, hazırda "xüsusi hərbi əməliyyat" zonasında 617 min Rusiya hərbçisi var. Daha öncə "The New York Times" qəzeti yazırdı ki, Rusiya Ukrayna müharibəsi başlanandan bəri ölü və yaralı olaraq 315 min hərbçi itirib. Qəzetin yazdığına görə, məhz bu itkilər Moskvanı orduya məhkumları və başqa könüllüləri cəlb etməyə vadar edib.  "The Kyiv Independent" nəşri də bildirib ki, Rusiya təxminən iki il öncə Ukraynanın işğalına başladığı tarixdən indiyədək bu ölkədə 350 minə yaxın əsgər itirib. Qəzet Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən bildirir ki, hesabat dövrü ərzində Rusiya 5739 tank, 10692 zirehli döyüş maşını, 10766 avtomobil və yanacaq çəni, 8137 artilleriya sistemi, 923 reaktiv raket sistemi, 609 hava hücumundan müdafiə sistemi, 324 təyyarə, 324 helikopter, 6278 dron, 22 gəmi və qayıq, o cümlədən bir sualtı qayıq itirib.

Bunlar fonunda ilin yekunlarına dair mətbuat konfransı keçirən Ukrayna prezidenti Volodimir Zelenski isə etiraf edib  ki, Ukrayna ordusu hələlik səmaya nazərət edə bilmir, lakin bu istiqamətdə intensiv iş aparılır. Zelenski əlavə edib ki, Ukrayna ordusuna yay əks-hücumu zamanı məhz bu faktor uğur qazanmaqda mane olub. Ukrayna prezidenti iki saatdan çox davam edən mətbuat konfransında Ukrayna silahlı qüvvələri döyüşçülərinə təşəkkürünü bildirib, ukraynalıları ölkənin Avropa İttifaqı üzvlüyünə namizəd statusu alması münasibətilə təbrik edib. Zelenski deyib ki, Ukrayna Avropa partnyorları ilə "xüsusi bağlar" qura bilib: "Mən əminəm ki, biz bu müharibəyə qələbəmizlə son qoya bilərik". Ukrayna prezidenti səfərbərliyin çox "həssas mövzu" olduğunu vurğulayıb. Zelenski deyib ki, hərbi komandanlığa orduya 450-500 min nəfərin səfərbər edilməsi planının hazırlanmasını tapşırıb: "Hazırda təkcə səfərbərlik deyil, həm də iki ildir döyüşənlərin ordudan tərxis olunması haqqında düşünmək lazımdır. Volodimir Zelenski son vaxtlarda uzun xarici səfərlərdə olub. O Kabo-Verdedə, Argentinada, ABŞ və Norveçdə olarkən Ukraynaya hərbi yardımın davam etdirilməsinə nail olmağa çalışıb. Amma nəticələr Ukrayna üçün əlverişli deyil. Artıq Pentaqon bildirib ki, ABŞ Ukraynaya göndərdiyi silah və sursatın yerini doldurmaq üçün yalnız dekabrın 30-dək vəsaitə malikdir. "Bloomberg" agentliyi vurğulayır ki, bu, Pentaqonun Ukrayna silahlı qüvvələrinə yardımın dayanması üçün dəqiq tarix göstərdiyi ilk haldır. Agentlik Pentaqonun baş mühasibi Mixael MakKordun Konqresin Nümayəndələr Palatası və Senatına göndərdiyti məktubuna istinadla yazır ki, Pentaqon Ukraynaya göndərilmiş silah, sursat və texnikanın yerinin doldurulması üçün satınalmalara başlayıb. Onun sözlərinə görə, bu proses üçün lazım olan maliyyə vəsaitləri dekabrın 30-dək bitəcək: "Elə ki, əlimizdəki vəsaitlər xərcləndi, nazirlik Ukraynanın müdafiəsi ehtiyaclarını ödəmək üçün vəsaitsiz qalacaq". MakKord bildirib ki, bu məlumatların Konqresi yola gətirəcəyinə və prezident Co Baydenin Ukrayna üçün istədiyi 60 milyard dollarlıq vəsaitin təsdiqlənəcəyinə ümid edir. Ağ Ev dekabrın 18-də bildirmişdi ki, Birləşmiş Ştatların Ukraynaya bu il yardım üçün yalnız bir təsdiq olunmuş paketi var. Konqresdəki sərt xətt-hərəkət tərəfdarı respublikaçılar Ukraynaya hərbi yardımı nəzərdə tutan qanunu dəstəkləməkdən imtina edirlər.  Britaniyanın xarici işlər naziri Devid Kameron bu fonda Rusiya müdaxiləsinə qarşı mübarizəni bir neçə pərdədən ibarət tamaşaya bənzədib: "Birinci pərdədə Rusiya öz məqsədlərinə heyrətamiz şəkildə çata bilmədi. İkinci pərdədə isə uktraynalılar rusiyalıları parlaq bir şəkildə geri oturtdular və əlbəttə, ən çətini üçüncü pərdə oldu". Britaniyanın keçmiş baş naziri olmuş Kameron nəhayət müqayisəsini belə bitirib: "Dördüncü pərdə hələ yazılmayıb və biz bunu düzgün bir şəkildə yazmağı bacarmalıyıq".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ