şənbə günü, 07 noyabr 2026
     

Qırmızı dənizdə "dünya müharibəsi" - neft qiymətləri oynadı...

Image


Son günlərdə bütün dünyanın diqqəti Qırmızı dənizdə baş verənlər üzərində cəmlənib. Çünki bu, dünya iqtisadiyyatına təsir etməkdə, ilk növbədə neft qiymətlərini artırmaqdadır.

Məsələ burasındadır ki, beynəlxalq gəmiçilik şirkətləri xərclərini kəskin artırıb. Buna səbəb Qəzza münaqişəsi və Qırmızı dənizdə yaşanan problemlərdir. Yaxın Şərqdən enerji təchizatının çatdırılma istiqamətinin dəyişməsi də əsas səbəblərdəndir. Türkiyənin "Yeni şafak" qəzeti yazır ki, İsrail administrasiyasının yaratdığı geosiyasi alov pandemiyanın şokundan hələ də çıxmamış qlobal ticarət üçün yeni risq mənbəyinə çevrilib. Yəmənin şimalında hakim olan "Ənsar Allah" hərəkatının (Husilər) Qırmızı dənizdə gəmilərə hücumları səbəbindən bir çox şirkətlər gəmilərini Atlantik okeanı üzərindən hərəkət etdirir. Enerji şirkətləri də eyni addımı atıblar. Marşrutların dəyişdirilməsi 40 gün vaxt itkisi, həm də yüksək xərclər yaradıb. Beləliklə, dünyanın bir neçə gəmiçilik nəhəngi Yəmən husi üsyançılarının hücumlarının artması səbəbindən gəmilərinin Qırmızı dənizlə hərəkət etməsinə son qoyub. Səbbə də odur ki, Danimarkanın "Maersk" gəmiçilik şirkəti, Almaniyanın "Hapag-Lloyd" gəmiçilik və konteyner şirkəti və İtaliya-İsveçrə "MSC" aparıcı gəmiçilik şirkəti Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən Süveyş kanalında Yəmən husi üsyançılarının hücumuna məruz qalıb. Böyük Britaniyanın BP şirkəti bu bölgədəki "dəniz nəqliyyatında təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsini nəzərə alaraq" Qırmızı dənizdəki bütün tranzitləri dayandırdığını elan edib. Norveçin "DNB Markets" aparıcı investisiya bankının analitikləri hesab edirlər ki, dünya gəmiçilik nəhənglərinin qərarı beynəlxalq neft ticarətinin bu həyati vacib damarı üçün risk ehtiva edir: "Bazarlar gəmilərin əlçatanlığı və qiymətlər baxımından nəticələri yaxşı dərk edirlər". xatırladaq ki, Hind okeanını Aralıq dənizi və beləliklə də Avropanı Asiya ilə birləşdirən Qırmızı dəniz dünyanın su yolları şəbəkəsinin mühüm həlqəsidir. Süveyş kanalından hər il təxminən 20 min gəmi keçir. Belə bir vaxtda Yəmənin "Ənsar Allah" qiyamçı hərəkatından olan husilər hər 12 saatdan bir Qırmızı dənizdə ticarət gəmilərinə hücum etmək niyyətindədirlər. Hərəkatın nümayəndəsi Mohamed Abdel Salam bu xüsusda bildirib: "Dəniz əməliyyatlarına gəlincə, onlar tam sürətlə davam edir. Biz əməliyyatların 12 saatdan aparılacağına ümid edirik". Qeyd edək ki, Yəmənin husi qiyamçıları dekabr ayından Qırmızı dənizdə gəmilərə hücum edir. Onların fikrincə, bu hücumlar fələstinlilərlə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır. Üsyançılar İsrail Qəzza zolağında döyüşləri dayandırana qədər hücumları davam etdirəcəkləri ilə hədələyirlər.

Husi üsyançıları Qəzza zolağında qarşıdurmanın qızışmağa başladığı oktyabrın 7-dən indiyədək Qırmızı dənizdə gəmilərə 100-dən çox hücum həyata keçirib. ABŞ Müdafiə Nazirliyinin akvatoriyadakı vəziyyətə dair 43 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən onlayn konfransın yekunlarına dair bəyanatında bununla bağlı deyilir: "Husilər pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edərək 10 ticarət gəmisinə 100-dən çox hücum həyata keçirib, bununla da 35-dən çox ölkəyə qarşı gəliblər". Pentaqondan, həmçinin bildirilib ki, dünya ticarətinin 10-15 %-ni təşkil edən Qırmızı dənizdən keçən kommersiya gəmiləri marşrutu dəyişmək məcburiyyətindədir, nəticədə çatdırılma müddəti bir neçə həftə artır. Qeyd edək ki, bir müddət əvvəl ABŞ Qırmızı dənizi husilərin atəşindən qorumaq üçün beynəlxalq əməliyyata başladığını açıqlamışdı. Belə ki, Pentaqon Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının qarşısını almaq üçün əməliyyata başladığını bildirib. Məlumata görə, əməliyyat "Rifahın keşikçisi" adlandırılıb. Böyük Britaniya, Fransa, İtaliya, Niderland, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər burada iştirak edəcək. Elə bundan sonra husilər bəyan ediblər ki, Qırmızı dənizdə gəmilərin mühafizəsi üçün yaradılmış beynəlxalq koalisiya ölkələrinin hərbi gəmilərinə hücum edəcəklər. "Ənsar Allah" siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi İranın ərəbdilli "Al Alam" telekanalına müsahibəsində deyib: "Bizə qarşı çıxan istənilən ölkənin gəmiləri Qırmızı dənizdə hücuma məruz qalacaq". Qəzza zolağında HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.  Nəticədə artıq Avropanın 4 böyük şirkəti Süveyş kanalı ilə müxtəlif yüklərin daşınmasından imtina edib. Onların sayının daha da artması gözlənilir. "Bloomberg" agentliyi bildirir ki, böyük enerji şirkətlərinin Qırmızı dənizlə neft tranzitini dayandırmaları qiymətlərin artmasına gətirib çıxaracaq. Ekspertlərin fikrincə, belə hadisələr ən böyük enerji nəhəngləri arasında artan narahatlığa səbəb olur. BP-nin Qırmızı dənizdə tranzitin dayandırılması ilə bağlı açıqlamasından sonra bu qərarın şirkətin bütün tankerlərinə və tərəfdaşlarının ticarət gəmilərinə şamil ediləcəyi gözlənilir. Enerji nəhənginin nümayəndələri tranzitin bərpasının Qırmızı dənizdə vəziyyətin normallaşmasından sonra mümkün olacağını bildiriblər. Ekspertlər xəbərdarlıq edirlər ki, regionun qlobal dəniz ticarətinin 10-15 faizə qədərini təşkil etməsi vəziyyəti daha da ağırlaşdırır. Beləliklə, gəmi sahibləri bundan sonra Misirin Süveyş kanalından marşrut kimi istifadə edə bilməyəcəklər. Bunun əvəzinə, əsasən Afrika qitəsindən yan keçməklə sifarişin çatdırılması üçün alternativ yollar tapmaqla, səyahət vaxtını əhəmiyyətli dərəcədə artırmalı olacaqlar. Analitiklər bildirirlər ki, bu amillər xammalın qiymətinin kəskin artmasına və qlobal enerji bazarında nəqliyyatın çökməsinə səbəb ola bilər. Bu halda ekspertlər qiymət şoku olacağını istisna etmir.  

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ