şənbə günü, 07 noyabr 2026
     

Sabiq icra başçısının müavini Ağdərə barədə nələr danış(ma)dı?.. - MÜSAHİBƏ

Image


Mayıl Dostu: "Ağdərə rayonunun ləğv edilməsinin, ərazisinin üç yerə parçalanmasının "təşəbbüskarı", bu ziyanlı işin baş tutmasında təkid edən Sərdar Həmidov oldu" 

Müsahibimiz Ağdərə rayonunun Sırxavənd kəndindən olan pedoqoji elmlər namizədi, Ağdərə rayon icra hakimiyyəti başçısının müavini işləmiş şair Mayıl Dostu ilə çox maraqlı söhbət etdik. 

"Antiterror tədbirlərindən sonra bütün ağdərəlilər adından Ali Baş Komandana müraciət etdim..."

Müsahibə əsnasında Ağdərənin rayon kimi ləğv edilməsinin "müəllif"inin də adını öyrənə bildik.  

- Ağdərənin qədim sakinləri, tayfaları haqda nə deyərdiniz? Səhv etmirəsə, bu ərazi igid kolanıların tarixən yaşadığı əsas məskənlərdən biridir. Siz də Kolanı tayfasındansınız?

- Bəli. Ağdərə Kolanı türk tayfasının kompakt şəkildə yaşadığı yeganə rayondur. Yəni kolanılar bir yerdə, kompakt şəkildə təkcə Ağdərə rayonunda yaşayıblar. Özü də çaylar boyunca. 

- Hansı çaylar?

- Xaçın, Qabartı və Tərtər  çayları boyunca yaşayıblar. Xaçın çayı Azərbaycanın ən böyük  çaylarından biridir. Qabartı çayı kiçik çaydır. 

Tərtər çayı boyunca yerləşən kəndlər Çərəkdar, İmarət-Qərvənd (Kərəmli də deyirlər) və Umudlu,  Xaçın çayı boyunca Narıclar, Yeni Qaralar, Sırxavənd, Bəşirlər, Qaraşlar, Baş Güney, Orta Güney, Xatınbəyli,  Malikli kəndləridir. Ağdərənin kəndlərindən danışıram. 

- Bəli, aydındı...

- Xaçın çayı gedib Kürə qarışır. Ağdərənin ərazisindən sonra Ağdamın ərazisi başlayır. Burada da Əliağalı, Almədədli, Kürdlər, Mollalar, Papırəvənd, Qalayçılar kimi kəndlərin hamısı Kolanı kəndləridir. 

- Necə olub ki, Kolanı kəndləri Ağdam ərazisinə düşüb?

- 1992-ci ilin oktyabrında çox haqsız olaraq Ağdərəni  üç yerə böldülər.  Bəylərin  hakimiyyəti dövrü idi (Əbülfəz Elçibəy hökumətini nəzərdə tutur-İ.S). Mən onda Ağdərə rayon icra başçısının müavini idim. Ağdərə rayonu ləğv ediləndə ciddi narahatlıq keçirdik. Etirazımızı bildirdik. Ağdərə parçalananda mən bununla bağlı bircə Əbülfəz Elçibəyin və   Heydər  Əliyevin yanında olmadım, qalan bütün məmurların, nazirlərin, səlahiyyət sahiblərinin qəbulunda oldum. Özü də bunu o zaman açıq şəkildə Tərtər rayon İcra başçısı işləyən Sərdar Həmidov etdi. Yəni Ağdərə rayonunun ləğv edilməsinin, ərazisinin üç yerə parçalanmasının "təşəbbüskarı", bu ziyanlı işin baş tutmasında təkid edən Sərdar Həmidov oldu. Özü də Ağdərənin dörd çaxır-spirt zavodu vardı, bu zavodların hamısı Tərtərin ərazisinə düşdü. Nəcməddin Sadıxovla birgə o çaxır zavodlarını ələ keçirdilər. Biz o zaman başçı ilə nə qədər Tərtərə getdik, nə qədər mübarizə apardıq, etiraz etdik, amma nəticə olmadı. O zaman bizim səsimizi eşidən kim idi? Yəni Ağdərə   ona görə bölündü.

- Bu çox ciddi faktdır. Bəs Sərdar Həmidovun Ağdərə ərazisini bölməkdə məqsədi nə idi? Səhv etmirəmsə, Ağdərə rayonu ərazisinə görə keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayətinin" (DQMV) 60 faizini təşkil edib. Əhali sayına görə də həmçinin. Tərtərin sabiq icra başçısı iqtisadi cəhətdən də çox mühüm olan  rayonu niyə parçalayırdı? 

- Ağdərə rayonu keçmiş DQMV-nin ən azı üçdə biri idi. Yəni ərazisinə görə çox nəhəng rayon olub. Dərsliklərdə də var: meşə örtüyünə görə Ağdərə Respublikada birinci yeri tutur. Ərazisinə görə isə Ağdam, Əsgəran, Xankəndi, Laçın, Kəlbəcər, Goranboy, Göygöl, Tərtər  rayonları ilə həmsərhəddir. Bu qədər əraziyə malik ikinci bir rayon tapa bilməzsiniz. 

Sərdar Həmidov Ağdərə rayonun ləğv edilməsini ona görə istəyirdi ki,  Ağdərənin dörd çaxır zavodunu ələ keçirsin və spirtini Nəcməddin Sadıxovla birgə satsın. Mən Nəcməddin Sadıxovu tanıyıram, dəfələrlə qəbulunda olmuşam, həmişə demişəm, yenə də deyirəm ki, o adam bu xalqı sevmir. Təqaüdə çıxandan sonra başımı sosial şəbəkə ilə qatıram, orada fəalam, bütün görkəmli şairlər, yazıçılar, elm xadimləri dostluğumda var. Sosial şəbəkədə də dəfələrlə yazmışam ki,  Nəcməddin Sadıxov bizim xalqı istəməyən adamdır. 

- Rayonun ləğvindən sonra siz Sərdar Həmidovla qarşılaşdınızmı? 

- Mən üç-dörd dəfə yanına getdim. Çox zaman otaqda otumurdu.   İcra Hakimiyyətinin qabağında böyük çinar vardı (səhv etmirəmsə çinarın yaşı 800-dən çox idi-M.D)  çox zaman onun altında otururdu. Bir dəfə də gedəndə gördüm ki, ordadır. Yaxınlaşdım, mənə həmişə müəllim dediyi halda bu dəfə kobudluqla "ə, eşitmişəm rayon sevdasındasınız, başına camaatı yığıb rayon qaytarırsan" dedi. Dedim ki, əlbəttə, rayonu bərpa etmək istəyirik, Ağdərə rayonu nahaq yerə ləğv olundu, ərazisi parçalandı. O tərəfdən qayıtdı ki, sənin rayonun var? Mən sakit təbiətli adamam, hərdən əsəbiləşirəm...Dedim səsini burada mənə qaldırma, otağına qalx orada söhbət edək. Dedi ki, yox, söhbəti burada edək və əlini döşünə vurub "Ağdərəni mən almışam, Ağdərə mənimdir" söylədi. Ayrılanda bircə kəlmə dedim ki, vaxtına çox az qalıb. 

Mənə demişdilər ki, Sərdar  Heydər Əliyevin yanında olub və Əliyev onu qəbul edib, deyib ki, get necə işləmişdin eləcə də işlə. Sərdar elə başa düşüb ki, əvvəlki kimi dərəbəylikdir, bu nə istəyir edəcək. Sözsüz ki, Heydər Əliyevin bunun haqqında məlumatı olub və ağzını açan kimi də onun nə yuvanın quşu olduğunu bilib.  

- Bəs o vəzifədən nə zaman çıxarıldı?

- O söhbətdən təxminən iki həftə sonra Heydər Əliyev onu işdən çıxardı. Televozorda gördük ki, Heydər Əliyev Ağcabədidə icra başçılarının və ölkə fəallarının yığınağını keçirir. Heydər Əliyev çıxışında dedi ki, çoxlarının burnunda dərəbəylik, mənəm-mənəmlik iyi qalıb, elə bilirlər ki, yenə də o vaxtdır.  Elə həmin gün axşam da o vəzifəsini itirdi.

- İndi tamam başqa bir dövrdür, Ağdərə ərazisi də işğaldan azad edilib...

- Mən sentyabrda keçirilən antiterror tədbirlərindən sonra bütün ağdərəlilər adından Ali Baş Komandana müraciət etdim və ona minnətdarlığımızı bildirdim. Sonda yazdım ki, illər əvvəl belə haqsızlıq olub, Ağdərəni parçalayıblar, uzun illər mən də daxil olmaqla Ağdərənin ziyalıları mübarizə aparmışıq, bizi eşidən olmayıb.  Qeyd etdim ki, Ağdərənin Dovşanlı kəndi Kəlbəcərə verilib və o kəndlə Kəlbəcərin arası 120 kilometrdən çoxdur. Belə idarəçilik olar? Ağdərə rayonunun ləğvi çox ağılsız bir iş idi. Ağdərənin bərpası ağdərəlilərin ürəyindən oldu, çox sevindik.  Ən böyük arzularımdan biri Ağdərənin rayon kimi yenidən təşkil olunması idi. Şükür bu günə. Yəqin yaxın günlərdə Ağdərəyə icra başısı da təyin olunar. 

- Siz özünüz sonuncu dəfə Ağdərədə, Sırxavənddə nə vaxt olmusunuz? 

- Sırxavəndi 1992-ci il mart ayının 12-də ermənilər işğal edib. Mən də camaatla birgə çıxmışam. Gecə ilə ermənilər, daha doğrusu ruslar, 366 alay  8 kəndi mühasirəyə almışdılar. Gecə də bizə Ağdamdan kömək gəlib, atışmanın səsini eşidirdik, Əsgərandan Ağdamı atəşə  tutdular ki, Ağdərəyə kömək getməsin. Artıq bizdən Ağdama gedən yolu vururdular. Batalyon komandirini götürüb qarlı, palçıqlı gündə meşə yolu ilə Ağdama getdik. Getdik ki, nə, Ağdamı qradla dağıdıblar, Ağdamda bir adam görmədik.  O vaxt bircə Milli Təhlükəsizlik İdarəsinin rəisini yerində tapdım, onu tanıyırdım, vəziyyəti danışdım. Götürüb Bakıya zəng edib dedi ki, Sırxavənd çox ağır vəziyyətdədir, mühasirəyə alıblar, Sırxanənd getsə Ağdam gedir. Belə də dedi. Gördüm ordan nə dedilərsə əsəbiləşdi, dəstəyi telefonun üstünə vurdu, dedi görürsən, bir adam tapılmır, bir adam yoxdur. Yenə get Qatır Məmmədin, yəni Ala Yaqubun yanına. Getdim, o da Qara qaya deyilən yerdə erməniyə qarşı döyüşürdü. O da mənə bircə dənə BTR verdi və BTR-lə getdik, Ağdamın axırıncı kəndi Əlağalıdır, ondan 7 kilomert sonra bizim kənddir. Yaxınlaşanda gördüm ki, camaatımız  bizə tərəfə gəlir. Camaat elə pərişan idi ki. Ağlayan kim, çığıran kim, qoyun-keçisini qabağına qatıb gətirən kim. Bütün azərbaycanlı kəndləri bir gündə çıxdı. Bir sözlə, yaşananlar müsibət idi. Müsibətimiz o gündən başladı. Bizə Qərvənddə yer verdilər, icra hakimiyyəti orada yerləşdi. Sonra Ağdərəni işğaldan azad edib yenidən ora qayıtdıq. Əbdürrəhim bəy Haqverdiyevin nəvəsi Fəxrəddin Haqverdiyev icra başçısı təyin edildi. Fəxrəddin müəllim Heydər Əliyev dövründə Tərtərin İcraiyyə Komitəsinin sədri olmuşdu, çox gözəl insan idi. Eyni yaşda idik. O da məni özünə müavin götürdü və vəzifəm Prezident Aparatında təsdiq olundu. Xeyli işlədik, sonra da, bildiyiniz kimi, Sərdar Həmidovun təkidi ilə Ağdərəni ləğv etdilər.    

- Ondan əvvəl harada işləyirdiniz? 

-  O vaxt Nazirlər Soveti rayon statusuna bərabər Sırxavənd ərazi icrayyə komitəsi və partiya komitəsi yaratmışdı. Yəni o komitə Azərbaycan kəndlərini idarə edirdi. Mən orada icrayyə komitəsinin sədr müavini seçilmişdim. Mən seçiləndə Qorboçovun dövrü idi. 

- Ağdərənin azadlığını necə qarşıladınız?

- Həm kövrəldim, həm həyacanlanıb ağladım, həm sevindim, qürurum sinəmə sığmadı. 

Bütün dostlarım, məni tanıyanlar gözaydınlığı verdi. Həyatımı yaşamışam, qismət olsa, 4 aydan sonra 75 yaşım olacaq. Ən böyük diləyim ayağımın o torpağa dəyməsidir. Oranın qara daşı da gözəldir. Həmişə yazmışam da, demişəm də Ağdərə və Kəlbəcər kimi yer yoxdur. O rayonları İsveçrəyə bənzədirəm. İnanın ki, çox gözəldirlər. 

- Sırxavənddə şəhidləriniz çoxmu oldu?

- 20 şəhidimiz var. Özü də elə oğlanlar ki, hərəsi bir ordunun başçısı. Sırxəvənd alınana qədər şəhidlərimiz oldu, onlardan üçü 1994-cü ildə atəşkəsdən əvvəl şəhid oldu, polis idilər. 17 nəfər isə kənddə şəhid olmuşdu. Bu gün şəhidlərin ruhu şaddır, Ağdərə rayonu yenidən bərpa olunur, bayrağımız orada dalğalanır. Bundan böyük xoşbəxtlik yoxdur.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ