şənbə günü, 07 noyabr 2026
     

Erməni kilsəsi revanşı rəsmi kurs kimi qəbul etdi...

Image


Tural İrfan: "Niyyətləri odur ki, erməni kilsəsinin rəhbərliyi ilə Azərbaycan torpaqlarını yenidən işğal etsinlər, onlar heç zaman işğalçılıq azarından əl çəkmək istəmirlər"

Erməni Qriqoryan kilsəsi revanşizmdən, separatçılığı dəstəkləməkdən bir addım da olsa geri çəkilmək istəmir. Erməni Qriqoryan Kilsəsinin  Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan uzun illərdir ki, revanşistlərin yanında yer alıb. 

Arxiyepiskop bazar günü xütbəsi zamanı "Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam. Çünki bu, bizim həyatımızı nə mənəvi, nə əxlaqi, nə də fiziki mənada soymaq məqsədi daşıyır. Bu, daim diz çöküb sürünmək deyil, əksinə, ayağa qalxıb Rəbbimizin hüzurunda durmaq və "yer üzündə Sənin işini görmək üçün imanımı artır" demək üçündür. Və biz düşünməliyik ki, yer üzündə Allahın işini, ədalətin, həqiqətin və xilasın bərpasını edirik. Bəli, bu qisas yoludur. Evinizi bərpa etməyin başqa hansı yolu var?Bu, nifrət demək deyil, əksinə, sevgi deməkdir, fədakarlıq deməkdir, sonsuz iman, ən böyük ümid, fədakarlıq, cəsarət və bütün fəzilətləri nəzərdə tutur, əksini deyil. Bütün daxili aləmi alt-üst olmuş, rahat yaşaya bilən insan ola bilməz. Siz hər zaman dediklərimizə görə bizi günahlandıra bilərsiniz, lakin bu bizim reallığımızı dəyişmədi, daha da pisləşdi və daha da pisləşəcək. Və bu qisas ona görə olmalıdır ki, minlərlə insan bizim həyatımız üçün canını verdi"-deyə sərsəmləyib.

Arxiyepiskop erməniləri Azərbaycana qarşı müharibəyə çağırıb.

Erməni kilsəsinin əsl üzü budur, sülh və insanlıq düşməni olduğunu hər addımda büruzə verir. 

Sülh müqaviləsinin imzalanması barədə razılığın bir addımlığında olunduğu halda erməni kilsəsi niyə sülhə mane olmaqdan əl çəkmir? 

"Nə xaricdəkilər, nə də erməni kilsəsi heç nəyə nail ola bilməyəcək, kilsənin bu təxribatı da nəticəsiz qalacaq" 

Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə bildirdi ki, Qazax rayonunun 7 kəndi hələ də Ermənistanın işğalı altındadır və o kəndlərin bir neçəsində qədim alban kilsələri yerləşir. "Məhz həmin kəndlər Ermənistanın Tavuş bölgəsi ilə həmsərhəddir. Baxmayaraq ki, o torpaqlar əvvəllər Azərbaycana məxsus olub, hazırda isə Ermənistan ərazisidir. 

Sülh müqaviləsinin imzalanmasına yaxınlaşırıq, sərhədlərin də delimitasiyası gedir, bu vəziyyətdə aydındır ki, Qazaxın işğalda olan 7 kəndinin Azərbaycana qaytarılmasına da çox yaxınıq. Belə bir vaxtda həmin bölgənin keşişinin də çıxışları məhz ona hesablanıb ki, həmin kəndlərin qaytarılmaması üçün maksimum təzyiq göstərsinlər. Hərçənd, yaxşı bilirik, Ermənistan quruluşundan bəri kilsə dövlətidir və onlar həmişə etdikləri müharibələri, tökdükləri qanları kilsənin təlimatı, fitvası ilə ediblər. Bu da həmişə təkrarlanır. Həmçinin, Fransa kimi bəzi dövlətlərin də siyasi dəstəyini alaraq əməllərini daha da genişləndirmək istəyirlər. Qərbdə səlibçi təfəkkürlü partiyalar, təşkilatlar, dövlət rəsmiləri var. Düzdür, buna açıq şəkildə şərait yoxdur, amma onlar bunu gizli şəkildə həyata keçirirlər, altdan-altdan səlib yürüşü davam edir. Ermənistanın da bu addımları sırf səlibçiliyə hesablanmış bir məsələdir. Müharibədən götürək, erməni əsgərlərinin hamısının kürəyinə xaç işarəsi çəkilmişdi, işğal etdikləri hər bir yerə xaç basdırırdılar, xaç işarəsi qoyurdular. Bu da onlara kilsənin verdiyi əhval-ruhiyyənin, "fətvanın" əsasında idi.  

Gizlin deyil ki, erməni Qriqoryan kilsəsi hər zaman revanşizmin önündə gedib. Düzdür, çox zaman açıq şəkildə elan etməsələr də, amma kilsədən təlimat alan revanşistlərin  niyyətləri odur ki, müsəlman torpaqlarını işğal edib insanların qanını töksünlər. Hərçənd, bu məsələ həmişə türk – erməni məsələsi kimi gündəmə gətirilib, ancaq bunu dar çərçivəyə salmaq olmaz"-deyə T.İrfan qeyd etdi.

Onun sözlərinə görə, ermənilər 1918-ci ildə, ondan əvvəl və sonrakı dövrlərdə azərbaycanlılarla yanaşı kürdləri, yəhudiləri və başqa millətləri də soyqırıma məruz qoyublar. Məqsədlərinə gəlincə, T.İrfan dedi ki, onların əsas amalı erməni kilsəsini genişləndirmək, kilsəyə daha çox ərazi qazanmaq, kilsəni gücləndirməkdir. "Qafqaz Albaniyasından miras qalan alban kilsələrini öz adlarına çıxırlar, hər yerdə təbliğ edirlər ki, onlar guya erməni kilsələridir. Bütün bunlar sübut edir ki, ermənilərin fikri, təfəkkürü bundan ibarətdir.

Bilirsiz ki, hazırda Ermənistanda revanşist təfəkkürdə olan bir neçə partiya, qurum var. Sarkisyan və Köçəryan qruplaşmasının və digəriləri, eləcə də Qarabağdan könüllü köçənlərin bəzilərinin düşüncəsində revanşizm var. Eyni zamanda ABŞ-da, Fransada və başqa xarici ölkələrdə yaşayan ermənilər arasında da revanşist fikirlilər az deyil. Daxili prosesləri bilmirlər, məsələyə Suriya, Livan erməniləri kənardan baxır və "torpaqlar əldən çıxdı"  deyirlər. Niyyətləri odur ki, erməni kilsəsinin rəhbərliyi ilə  Azərbaycan torpaqlarını yenidən işğal etsinlər, onlar heç zaman işğalçılıq azarından əl çəkmək istəmirlər. Revanşist qüvvələrin işğalçılıq niyyətləri də erməni kilsəsinə ruh verir. Erməni kilsəsinin bir neçə başqa ölkədə də bağları var. Yəni bu revanşist ab-havada olanlar təkcə Ermənistanı əhatə etmirlər, başqa yerlərdə də var. 

Sirr deyil ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün xarici qüvvələr hərəkətə keçib, onlara da erməni kilsəsi dəstək verir. Məqsədləri təxribat yaradıb prosesi qarışdırmaqdır. Hesab edirəm ki, nə xaricdəkilər, nə də erməni kilsəsi heç nəyə nail ola bilməyəcək, kilsənin bu təxribatı da nəticəsiz qalacaq. Çünki reallığı artıq dünya gücləri də, Ermənistan rəsmliləri də qəbul edib. Bu baxımdan, sülh müqaviləsinin imzalanmasına doğru addımlandığı  bir vaxtda erməni kilsəsinin təxribatları nəticəsiz qalacaq. Onların iddiası tamamilə absurddur.

Ancaq məsələ bundadır ki, erməni kilsələri davamlı şəkildə Azərbaycana qarşı bu cür revanşist fikirlər səsləndirərkən onlara  müsəlman icmalarından, QMİ-dən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən layiqli cavab verildiyini eşitməmişəm. Erməni kilsəsi həmişə "əzabkeş" donuna girib belə revanşist fikirlər səsləndirir, ancaq bizdən kəsərli cavab olmur. Müharibə dövründə QMİ sədri cihad fətvası verə bilərdi ki, bu dinlə də uyğun idi, Yəni  müsəlman torpaqları, məscidləri işğal altında idi və onun azad edilməsi vacib idi.  O bunu etməsə də, ermənilər, Qərb bizi şantaj edirdilər ki, Azərbaycan guya din müharibəsi aparır və s. Hətta qonşumuz İran iddia edirdi ki, giya burada hansısa dini qruplaşmalar var. Amma erməni kilsəsi "xaç yürüş"ünə fətva, hökm verir, düzdür, bunu açıq demir. Din siyasətə qarışmamalıdır, amma ermənilərdə qarışır. Qərbdən də ermənilərə bir cavab verən yoxdur ki, niyə dini rejim qurursuz, niyə din siyasətə qarışır? Amma müsəlman aləmində bir müsəlmnan din xadimi çıxış edərsə o dəqiqə onu radikallıqda günahlandırırlar".

T.İrfan hesab edir ki, erməni kilsəsinin bu cür iddialarına, sərsəmləmələrinə ölkəmizdəki bütün dini icmalar cavab verməlidir, BMT başda olmaqla, bütün beynəlxalq siyasi və hüquqi, dini  təşkilatlara erməni kilsəsinin revanşist siyasəti ilə bağlı müraciət etməlidir.

İradə SARIYEVA    



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ