Bazar günü günü, 08 noyabr 2026
     

İsrail-HƏMAS savaşının Cənubi Qafqaza təsiri artır

Image


Yaxın Şərqdə davam edən qanlı toqquşmanın dünya geosiyasətinə, o cümlədən də Cənubi Qafqaza hansı təsir göstərəcəyi əsas müzakirə predmetlərindən biridir. Bu fonda qeyd edək ki, Qəzzanı idarə edən HƏMAS-ın İsrailə hücumundan sonra yaydıqları bəyanatda Azərbaycan və Ermənistan hər iki tərəfdən dinc insanların həlak olmasından kədərləndiyini bildirib, Gürcüstan İsrailə qarışı hücumları pisləyib.

Azərbaycan və Ermənistandan olan siyasi şərhçilər bu müharibənin Cənubi Qafqaza təsirlərinin ola biləcəyindən narahatdırlar. Bakıdakı Cənubi Qafqaz Tədiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov hesab edir ki, Yaxın Şərqdə baş verən hadisələr İsrailin strateji tərəfdaşı olan Azərbaycanı yaxından maraqlandırır: “Eyni zamanda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və bu təşkilatda Fələstin vacib məsələlərdən biridir. Azərbaycan həm İsraillə, həm də Fələstinlə münasibətlərdə bu balansı qoruyur”. Siyasi şərhçinin sözlərinə görə, münaqişəyə başqa ölkələrin qoşulması Azərbaycan üçün təhlükə kəsb etməsə də, gərginliyi artıra bilər: “İsrail-İran müharibəsi olsa, bu, Azərbaycan üçün çətin olacaq. Demirəm ki, Azərbaycan öz ərazisindən və ya hava məkanından istifadə edilməsinə icazə verəcək, amma gərginliyin dərəcəsi yüksələcək”. Fərhad Məmmədovun sözlərinə görə, dünyada baş verən münaqişələrin regiona daha az təsir etməsi üçün burada sabitliyin təmin edilməsi vacibdir və bunun üçün Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində addımlar atmalıdır: “İlk növbədə regionda sülhə nail olmağa calışmaq lazımdır. Regionda sülhün təmin olunması regiondan kənar qüvvələrin və region dövlətləri hesabına öz maraqlarını həyata keçirməyə çalışan ölkələrin bu münaqişələrdən istifadə etməsinə mane olacaq". Erməni politoloq Argişti Kiviryanın fikrincə, müharibənin Cənubi Qafqaza təsiri onun hansı ssenaridə davam edəcəyindən, quru əməliyyatının olub-olmayacağından, müharibənin müddətindən və hansı ölkələrin müharibədə iştirak edəcəyindən asılıdır: “Lakin hər halda bir şey aydındır: bu müharibə beynəlxalq qeyri-sabitliyi daha da ağırlaşdırdı, dünya nizamını daha da zəiflətdi və köhnə beynəlxalq çəkindirmə mexanizmlərinin yeni şəraitdə tam acizliyini, hətta tam yararsızlığını bir daha nümayiş etdirdi. Dünyada çox qan tökülüb və daha çox qan həmişə yeni müharibələrə yol verilməsini asanlaşdırır”. Kiviryan BBC-yə açıqlamasında qeyd edir ki, müharibənin müddəti uzanarsa, bu, Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya üçün üstünlüyə çevrilə bilər və beləliklə, Rusiyanın Cənubi Qafqazda təsiri yenidən arta bilər: “Rusiya o mənada qalib gələ bilər ki, Qərb intensiv şəkildə İsrailə silah ehtiyatlarını göndərməyə başlayacaq. Qərbdən böyük maliyyə axınını və silah dəstəyini itirəcəyi halda Ukraynanın Moskvaya müqavimət göstərməsi xeyli çətinləşəcək və bu da Rusiyanın böyük əks-hücumuna çevrilə bilər”.

Kiviryanın fikrincə, İran birbaşa münaqişəyə cəlb olunmamağı bacararsa, bu münaqişədən faydalana və beləliklə də Cənubi Qafqazda təsirini artıra bilər: “ABŞ və bütün Qərbin İsrailə açıq dəstəyi ərəb ölkələrini Moskva, Tehran və Ankaranın qucağına sıxışdıracaq. Bu ölkələr ərəb dünyasının və bəzi ölkələrin simpatiyası üçün fəal əməkdaşlıq edəcək və bir-birilə rəqabət aparacaqlar. Hər halda, bu müharibə sayəsində İranın regionda mövqeləri güclənir, bir çox ölkələr, o cümlədən Qərb ölkələri bu və ya digər vəziyyəti həll etmək üçün İranla açıq və ya gizli görüşəcəklər”. HƏMAS-ı dəstəkləyən İran artıq İsraili hədələyib. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib ki, İsrailin Qəzzada fələstinlilərə qarşı hərbi cinayətləri dayanmasa, İran hərəkətə keçəcək. Bakıdakı Topşubaşov Mərkəzinin siyasi şərhçisi Məhəmməd Məmmədov isə vurğulayır ki, İsrail və HƏMAS arasında yaşanan münaqişə son aylar Azərbaycan-İran münasibətlərində müşahidə olunan normallaşma prosesini təzyiq altında qoya bilər. Amma Məmmədov İranın İsrail ilə müharibəyə girəcəyini düşünmür: “HƏMAS-ın hücumlarının birbaşa arxasında olub-olmamasından asılı olmayaraq, İsrailin regional siyasətinə ciddi zərər vurmaqla İran hazırda qazanclı tərəf kimi görünür. Ancaq Tehranın daha da irəli gedərək İsraillə müharibəyə qoşulacağını düşünmürəm”.

Təhlilçi hesab edir ki, Tehranın qonşu ölkələrdə dəstəklədiyi şiə qruplaşmalar sayəsində İsraillə potensial toqquşması İran ərazisindən kənarda aparılır və bu da düşmən tərəfə ciddi zərər vurmaqla Tehranın regional mübarizədə strateji dərinliyini artırır. Erməni politoloq Argişti Kiviryanın fikrincə, Azərbaycan və Ermənistan regionda vəziyyətin sabitliyi üçün sülhə doğru addımlar atmalıdırlar: “Ermənistan və Azərbaycan üçün ən yaxşı həll yolu iki xalq və dövlət arasında sülhə doğru real addımlar olacaq. Yalnız həqiqi sülh hər iki xalqı yeni münaqişələrdən, müharibələrdən və qarşılıqlı məhv olmaqdan xilas edə bilər, həmçinin regionu geosiyasi və geoiqtisadi problemlərini həll etmək üçün istifadə edən daha güclü oyunçuların tramplini olmaqdan qoruya bilər”. Məhəmməd Məmmədov isə Azərbaycanın İran və ya İsraili seçmək məcburiyyətində qalmayacağını düşünür. “Azərbaycan hakimiyyəti dəfələrlə qeyd edib ki, heç vaxt ərazisi üçüncü ölkəyə qarşı hərbi məqsədlərlə istifadə oluna bilməz. Bu Azərbaycana heçnə qazandırmır və əksinə onun mövcudiyyətini sual altında qoya bilər”. Azərbaycanlı təhlilçi də Azərbaycan və Ermənistan üçün ən ideal ssenarinin sülh müqaviləsi imzalamaq olduğunu düşünür: “İsrail-Fələstin münaqişəsi beynəlxalq siyasətdə güc faktorunun bütün çılpaqlığı ilə üzə çıxdığını və geosiyasi maraqların normativ dəyərləri daha çox üstələdiyini bir daha göstərir. Belə bir vaxtda Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalaması hər iki ölkənin getdikcə qeyri-stabilləşən bir sistemdə müstəqil dövlət kimi mövcudluğuna böyük töhfə verə bilər. İki ölkə arasında münasibətlərin institusionallaşdırılması tərəflər arasında 30 illik münaqişə nəticəsində daha da dərinləşən güvənsizliyi azalda və bundan xarici qüvvələrin öz destruktiv maraqları üçün istifadə etməsinin qarşısını ala bilər”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ