Cümə günü, 04 sentyabr 2026
     

Metsolanın hüzurunda Paşinyanın çıxışı Ermənistanın özündə də etirazlar doğurdu...

Image


Oktyabrın 17-si Avropa Parlamenti qarşısında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan ilin sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu deyib. Parlamentin prezidenti Roberta Metsola da indi əsas diqqətin sülh danışıqlarına yönəlməli olduğunu qeyd edib.

Paşinyan çıxışında Azərbaycanın Qarabağda etnik təmizləmə həyata keçirdiyini də deyib. Bir sözlə, bir tərəfdən sülhdən danışıb, digər tərəfdən isə Azərbaycanı ittiham edib. Onun Metsolanın qarşısındakı çıxışı Ermənistanda da birmənalı qarşılanmayıb.

Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputatı Armen Rüstəmyan deyib ki, Paşinyanın Avropa Parlamentində isti və səmimi qarşılanması təsdiqləyir ki, onun simasında yeni Zelenski görürlər.

O bildirib ki, Avropa siyasəti belədir – Paşinyan onların maraqlarına cavab verdiyi müddətcə alqışlanacaq:

“Nikol Paşinyanı orada (AP-də) ayaqda sürəkli alqışlarla qarşıladılar, buna qədər yalnız Zelenski belə alqışlanmışdı. Başqa sözlə, aydın olur ki, regionumuzda onlar bizim üçün kədərli nəticələri ilə yeni Zelenski görürlər”.

Rüstəmyan ölkənin xarici siyasətini tam biabırçılıq adlandırıb:

“Hazırda İrəvanın nə gündəliyi, nə də doktrinal əsası var. Bu gün rusiyayönlü, sabah qərbyönlü mövqedən danışmaq olmaz. Bu yolla bütün tərəfdaşlarınızı və müttəfiqlərinizi itirə bilərsiniz. Elə təəssürat yaranır ki, onlar xarici siyasətlə məşğuldurlar, ancaq əsas dövlət maraqları gündəmdə deyil.

Strasburqda onların xoşuna gələni söyləyin, Moskvaya gedin və Moskvaya uyğun gələni söyləyin; Tehran və Vaşinqtonda da bunu edin. Bu yolla biz bütün mümkün dostlarımızı itirəcəyik”.

Paşinyanın Metsolanın qarşısındakı çıxışının Ermənistanın özündə belə etirazla qarşılanmasının kökündə hansı amil durur?

Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın Avropa İttifaqında olan çıxışında müəyyən qədər anti-Azərbaycan elementləri də vardı: “Yəni Azərbaycan hücumda, Ermənistan ərazilərini işğal etməkdə ittiham olunurdu. Eyni zamanda, guya Azərbaycan və Türkiyənin Ermənistanı blokadaya almaq cəhdləri vardı. Ancaq bütün bunlar Azərbaycanda yaxşı qarşılanmadı. İstənilən halda bu, Ermənistanla Azərbaycanın münasibətlərinin kəskinləşməsinə gətirib çıxara bilər. Paralel olaraq, Paşinyanın Avropa İttifaqından yardım tələb etməsi, Hollandiyanın, Fransanın da bunlara müsbət cavab verməsi əlavə suallar yaradır. Bütün bu baş verənlər gərginliyi artıran faktorlardı. Ancaq digər tərəfdən Paşinyanın çıxışında Azərbaycandan daha çox Rusiyaya qarşı mənfi mövqe gördüm. Paşinyan əslində Azərbaycanla Türkiyəni Ermənistanı blokadada saxlamaqda, nəqliyyat kommunikasiya xətlərinin açılmamasında ittiham etdi. Tam tərsinə, Azərbaycan dəfələrlə təklif edib ki, Ermənistanla kommunikasiya xətləri açılsın. Azərbaycan Dövləti rəsmi şəkildə bəyan edib ki, biz Türkiyənin də Ermənistana kommunikasiya xətlərinin açılmasına etiraz etmirik. Ola bilsin, burada Paşinyan gördü ki, Azərbaycanla Türkiyə qərarlıdır, istənilən halda Zəngəzur dəhlizini, Ermənistan üzərindən olmasa da, İran üzərindən həyata keçirəcək. Ona görə də, ölkənin regional layihələrə qoşulması üçün əlində yeganə şans olan, katalizator rolunda çıxış edə biləcək bu layihədən kənarda qalmaq istəmir. Ermənistan əvvəldən Zəngəzur layihəsinə qarşı deyil. Hətta Avropa İttifaqı da buna qarşı deyil. İlk Brüssel görüşündə də bununla bağlı razılıq əldə olunmuşdu. Ancaq Ermənistan və onun Qərbdəki havadarları, Avropa İttifaqı Zəngəzur dəhlizinin Rusiyanın, Rusiya Təhlükəsizlik qüvvələrinin nəzarətində olmasını istəmir. Ola bilsin ki, Paşinyan belə bir manevr etməklə əslində Zəngəzur dəhlizinin açılmasını istədiyini bildirib. Amma əvəzində həmin yola Rusiyanın yox, özünün nəzarət etməsini istəyir. Böyük ehtimal, Ermənistanı dəstəkləyən Qərb dövlətləri də bu məsələyə yanaşmada eyni mövqeni sərgiləyirlər. Ermənistanda belə sərt manevrlərə bəslənən etirazlar isə tam təbiidir”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

SON XƏBƏRLƏR

04.09.2026 / 13:21
Ukrayna Soçidə "Rosneft"ə məxsus neft anbarını və HHM batalyonunu bombaladı...

04.09.2026 / 12:57
Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesini üçüncü dəfə blokladı

04.09.2026 / 12:45
Axtarışda olan 2 nəfər Rusiyada saxlanaraq Azərbaycana gətirildi

04.09.2026 / 12:33
Polşa minə yaxın rus diplomatın Avropadan qovulmasını təklif etdi...

04.09.2026 / 12:17
Oman İranla Hörmüz razılaşmasından imtina etdi…

04.09.2026 / 12:05
İngiltərənin 1918-ci il Azərbaycan siyasəti və Bakı uğrunda döyüşlər

04.09.2026 / 11:42
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşdı

04.09.2026 / 11:25
Əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin üstü açıldı...

04.09.2026 / 11:08
Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlandı

04.09.2026 / 10:41
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yaydı

04.09.2026 / 10:12
S&P: "Comstock"un SOCAR-la sövdələşməsi şirkətin kredit göstəricilərini yaxşılaşdıracaq"

04.09.2026 / 09:53
İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda yaxalandı

04.09.2026 / 09:16
Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik etdi

04.09.2026 / 08:41
Mer ağcaqanadların məsuliyyətə cəlb olunması üçün əmr imzaladı...

03.09.2026 / 23:03
Ukraynanın iki əsas kəşfiyyat qurumunun əməkdaşları arasında Kiyevin ortasında kütləvi silahlı toqquşma – üç zabit güllələndi…

03.09.2026 / 22:23
Aİ İrana qarşı Trampın son addımlarını tam dəstəklədi - Ukrayna ilə bağlı “alver oyunu” var...

03.09.2026 / 22:05
ABŞ fevralda İranda 170 məktəblini bombalayıb öldürmüşdü, indi isə toy mərasimində 68 nəfər öldürüldü...

03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

03.09.2026 / 20:31
İrəvan məhkəməsində “müqəddəslərin işi” dalana dirənib - üçüncü hakim də imtina etdi

03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

03.09.2026 / 20:19
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - MEDİA bəyanat yaydı....

03.09.2026 / 20:12
Üçtərəfli işçi qrup fəaliyyətini bərpa edir?

03.09.2026 / 20:06
Paşinyandan Kremlə qəti mesaj – Aİ-yə qoşulmaqla bağlı qanundan imtina etməyəcəyik…

03.09.2026 / 19:36
Mehriban Əliyevanın islahatlarında region həkimləri üçün daha bir avantaj - 1,3 əmsal...

03.09.2026 / 19:18
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

03.09.2026 / 19:04
İrandan ABŞ-a ağır zərbə - iki ölkədə bazalar bombalandı…

03.09.2026 / 18:47
Paşinyan Avropa qanunu ilə Rusiyanı aldatdı - hər şey aylar sonra açılır...

03.09.2026 / 18:20
Tramp Hörmüz boğazından neft tam bərpa olunduğunu iddia edir...

03.09.2026 / 18:05
Rusiyada daha bir səs-küylü sui-qəsd cəhdi - Aviasiya generalı Saratovda güllələndi...

03.09.2026 / 17:49
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna cinayət iş açıldı…

03.09.2026 / 17:31
Neft kəmərindən oğurluğa cəhd edib, yanğına səbəb oldular... Polis 2 nəfəri saxladı - VİDEO

03.09.2026 / 17:14
Vanuatu Fransanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi - müstəmləkəçi siyasət və...

03.09.2026 / 16:59
Ukrayna Rusiyanın hava məkanını blokadaya aldı - müharibə yeni keyfiyyət halı aldı...

03.09.2026 / 16:58
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

03.09.2026 / 16:24
Formula 1 müddətində bəzi məktəblərdə dərslər onlayn keçiriləcək

03.09.2026 / 16:12
Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

03.09.2026 / 15:34
Ermənistanda bir referendumla iki məsələni həll etmək dilemması yaşanır...

03.09.2026 / 15:17
Ermənistanın Rusiya ilə AB arasında seçimi və Azərbaycanın böyük layihələrinə təsir - şərh...

03.09.2026 / 15:15
Azərbaycana gələn turistlərin coğrafiyası əsaslı dəyişilir - sektorun iç problemləri isə qalır...

03.09.2026 / 15:08
Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

03.09.2026 / 14:52
Paşinyan Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının baş tutduğunu açıqladı

03.09.2026 / 14:47
Vətən üçün yaşayanlar unudulmur...

03.09.2026 / 14:42
Valeh leriklilərin qürur yeridir...

03.09.2026 / 14:40
Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi

03.09.2026 / 14:36
Tramp İranla "əbədi müharibə"yə başladı - onlarla münaqişəni bitirməyə çalışmayacağam...

03.09.2026 / 14:20
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək

03.09.2026 / 14:17
Putin Ukrayna ilə sülh danışıqları üçün şansın olduğunu bildirir...

03.09.2026 / 13:52
Paşinyan 102-ci bazanın Ermənistandan çıxarılmasından danışdı - Rusiya qərar versə, etiraz etməyəcəyik…

03.09.2026 / 13:28
ABŞ-İran müharibəsi uzunmüddətli münaqişəyə çevrilir - Vaşinqtonun İran adalarını ələ keçirmək üçün yerüstü əməliyyat planı ortaya çıxdı…

03.09.2026 / 13:11
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək? - Rusiya XİN-dən açıqlama…

03.09.2026 / 12:50
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il iş verildi

03.09.2026 / 12:38
ABŞ məhkəməsi Trampın "doğum turizmi"ni qadağan edən fərmanını dayandırdı...

03.09.2026 / 12:21
Mərkəzi Bank “İşgüzar Kredit İttifaqı”nın lisenziyasını ləğv etdi

03.09.2026 / 12:08
"Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır" - UN-Habitat-ın regional direktoru

03.09.2026 / 11:56
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlandı....

03.09.2026 / 11:44
Zelenskinin xəbərdarlıqlarından sonra Moskva aeroportları ikinci gecə də uçuşları dayandırdı

03.09.2026 / 11:35
Azərbaycan Ermənistana 989 ton dizel göndərdi...

03.09.2026 / 11:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi - FOTO

03.09.2026 / 11:17
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

03.09.2026 / 10:45
Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edildi

03.09.2026 / 10:31
"Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır" - Elçin Əmirbəyov

03.09.2026 / 10:25
AKİ-də nə baş verir? - “İttifaqa girməyə icazə verilmir”

03.09.2026 / 10:12
Azərbaycan neftinin qiyməti 101 dolları keçdi

03.09.2026 / 10:04
Tramp müharibənin sonuna yaxın Putinlə görüşmək istəyir…

03.09.2026 / 09:48
Lavrov Avrokomissiya prezidentini “fürer” adlandırdı…

03.09.2026 / 09:22
Sabunçuda avtomobildən 78 min manat apardılar...

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 08:49
İran Küveytə hücum edib - raket və PUA-ları vurmağa çalışırıq...

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ