Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistan Azərbaycansız və Türkiyəsiz tarix boyu çabalayacaq...

Image


Cənubi Qafqazda mövcud vəziyyətin təhlili bir daha göstərir ki, burada Ermənstanın gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərdən asılı olacaq. Artıq bu xüsusda Ermənistanın özündə də etiraflar artır. Hesab edilir ki, Ermənistanın inkişafından tutmuş təhlükəsizliyinə qədər əsas rol oynayan həlledici ölkələr məhz Azərbaycan və Türkiyə olacaq.

Erməni ekspert Martin Çermakyan vurğulayır ki, Rusiyadan artıq ölkəsinə fayda yoxdur: “Rusiya Federasiyasına ermənilərsiz Ermənistan lazımdır” siyasəti dəyişməyib. Rusiya ardıcıl olaraq Ermənistanın maraqlarına xəyanət edib. Son 25 ildə Rusiya Federasiyasının Ermənistana təsiri son dərəcə mənfi olub. Rusiyanın Ermənistandan şikayət etməyə əsası yoxdur, çünki əsas pozucu özü idi”. Çermakyan bildirib ki, heç vaxt Ermənistan hökumətinin vektorunun dəyişdirilməsi ritorikasını ciddi qəbul etməyib: “Ermənistan vektorun dəyişdirilməsi ilə bağlı heç bir praktiki göstəriş verməyib. Ermənistan-Rusiya münasibətləri bir-biri ilə yola getməyən ər-arvad münasibətlərinə bənzəyir. Vektoru dəyişmək nə deməkdir? Ermənistan çoxvektorlu siyasət apara bilər. Mövcud təhlükəsizlik boşluğu Rusiya Federasiyası tərəfindən doldurula bilməz. Rusiyanı düşmən elan etməyə “iştaham” yoxdur. Rəqiblərimizin siyahısına daha bir rəqib əlavə etmək Ermənistanın xeyrinə deyil. Biz Ermənistana açıq-aşkar düşmən münasibət bəsləyən Rusiya Federasiyasının dostu ola bilmərik. Rusiyanın anti-erməni ritorikası Ermənistanın postsovet məkanında zəif halqa olması ilə bağlıdır”. Bu durumda erməni siyasi ekspert Artur Xaçikyan qeyd edir ki, artıq Ermənistanın mövcudluğu sual altına düşməkdədir: “Hökumət ərazi bütövlüyümüzün, müstəqilliyimizin, dövlətçiliyimizin qorunub-saxlanmasından danışır. Amma buna baxmayaraq, tezliklə Ermənistanın cənubunu, Zəngəzuru itirə bilərik, Ermənistanın qalan hissəsi də, qismət olsa, başqa dövlətin, məsələn, Rusiyanın və ya Türkiyənin tərkibinə keçəcək”. Xaçikyan bildirib ki, ölkəsi təhlükə qarşısındadır: “Bir qrup adam nə deyirsə, ertəsi gün tam əksi olur. Görünür, bu adamlar nə danışdıqlarını başa düşmürlər. Ərazi bütövlüyü güclü dövlətə malik olmaqla təmin edilir. Bura güclü ordu, iqtisadiyyat, texnologiya, təbii ki, müttəfiqlər aiddir. Amma Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan bütün bu sahələrdə uğursuz oldu, heç nə edə bilmədi. Hətta onların fəxr etdikləri iqtisadi artım daha çox Ukraynadakı müharibə və müharibədən gizlənənlərin Ermənistana gəlişi ilə izah olunur. Deyəsən, Ermənistanda elə bir təriqət var ki, insanlar nə dediklərini anlamadan sadəcə olaraq öz sekta rəhbərinin sözlərini təkrarlayır. Bu, qəribə vəziyyətdir, mən heç bir ölkədə belə bir şey görməmişəm”. Artur Xaçikyan daha sonra bildirib ki, beynəlxalq ictimaiyyət yalnız təmkinli olmağa və hərbi əməliyyatları dayandırmağa çağırır: “2020-ci ildə məğlub olduğumuz müharibədən sonra heç nə edilmədi, yalnız elanlar verildi. Hətta Qarabağı boşaltdıq, dəhşətli günlər yaşadıq, erməni xalqının ruhu əldən getdi. Tariximizin son yüz ilində belə faciə yaşamamışdıq. Erməni diasporu aciz qaldı, Azərbaycana qarşı sanksiyaların tətbiqində son dərəcə aciz duruma düşdü. Baxın, bütün dünya ermənilərin xəritədən sakitcə silinməsini laqeydliklə izləyir. Amma təbii ki, dünyanı ittiham etməzdən əvvəl özümüzə sual verməliyik ki, biz buna necə dözürük, necə olur ki, bir qrup adam bizi yeni faciələrə sürükləməkdə davam edir? Hər gün yeni faciə ilə üzləşirik və biz buna dözürük. Deyəsən, Ermənistanda hansısa sekta fəaliyyət göstərir və bizi məhvə aparır”.

Onun yanaşması ilə erməni politoloq Argişti Kiviryan da razılaşır. Amma etiraf edir ki, gələcəkdə Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəlməsi ölkənin çıxış yolu ola bilər: “Çox sərt, lakin olduqca sadə bir şeyi izah edim. Biz coğrafiyanı dəyişə bilmərik və bu vəziyyətdə ən azı Azərbaycan-Türkiyə ittifaqı ilə əhatə olunmuşuq, türklər İran və Gürcüstanın bizimlə həmsərhəd hissələrində yaşayırlar və bu mənada coğrafiya çox tez dəyişə bilər. İndi bu vəziyyətdə biz ya onlardan güclü olmalıyıq və hər bir məntiqli insanın başa düşdüyü kimi, bu, yaxın 50 ildə ən sürətli inkişaf şəraitində belə təmin oluna bilməz, ya da müstəqil dövlətimiz olmamalıdır. Yəni bizi öz ərazisi və vətəndaşları kimi qoruyacaq hansısa dövlətə qoşulmalı və ya hər cür siyasi bacarıq modelindən istifadə edərək bu iki böyük qonşu ilə münasibətləri tənzimləməyə çalışmalıyıq. Ermənilərin öz dövlətinə sahib olmaq hüququna malik olduğuna inandığım üçün sonuncu variant mənim üçün məqbuldur. Və bu halda mən həmin Nikolu bu ölkələrlə münasibətləri tənzimləməyə çalışdığına görə qınamıram, amma o bunu həvəskar kimi edir və danışıqlar masası arxasında Ermənistanın mövqeyini zəiflədir. Əks halda, hər bir düşünən insan başa düşür ki, əgər müstəqilliyini qoruyub saxlamaq istəyirsənsə, sənin başqa seçimin yoxdur. Sənin əvəzinə bu dövlətlərə qarşı vuruşacaq müttəfiqlər axtarmağı unut, onların heç biri bunu etməyəcək, sadəcə olaraq, bunu istisna et və erməni xalqının son 150 ildə yaşadığı o nağıllara inanma”. Ermənistanın can verən iqtisadiyyatını dirçəltmək, regiondakı qlobal layihələrə qoşulmaq üçün atacağı yeganə düzgün addım Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, kommunikasiya xətlərini açmaqdır. Bu, ilk növbədə Ermənistana lazımdır. Azərbaycan və Türkiyənin alternativləri var və istənilən anda bu layihələri Ermənistansız da reallaşdıra bilərlər. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ