Bazar günü günü, 08 noyabr 2026
     

Avroparlamentin sədri Paşinyanı hətta "dalına alıb gəzdirməyə də hazırdır" - qurum çürüməyə doğru gedir...

Image


Avropa Parlementinin dünya dövlətlərinə eyni gözlə baxmaması, çox zaman günahkarın, təcavüzkarın yanında yer alması artıq onun üçün “normaya”  çevrilib. Son 30 ildə Azərbaycana qarşı kəskin qərəzi ilə seçilən Avroparlament hər zaman təcavüzkar, genosid törədən, terrorçu Ermənistanın yanında yer alıb, bununla da təcavüzü, terroru dəstəklədiyini göstərib. 

Avroparlament dünyadakı bir çox proseslərə qeyri-obyektiv mövqe göstərir, o cümlədən də Azərbaycanın hər addımına qərəzlə yanaşır. Ermənilərin Qarabağı könüllü olaraq tərk etməsinə “etnik təmizləmə”, “qaçqın-köçkün” donu geydirməyə həvəskar olan Avroparlamentin növbəti riyakarlığı da gözdən qaçmır, bu təşkilat sanki Ermənistanı, erməniləri müdafiə etmək üçün yaradılıb. Fakt budur ki, o aşkar şəkildə ermənilərin tərəfini tutur. Bu da onun əsl niyyətini ifşa edir.

Bildiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqa gedib və oktyabrın 17-də Avropa Parlamentində çıxış edib, yenə bir-birinə zidd ifadələr işlətməklə özünü dolaşdırıb. Bu öz yerində. İndi də diqqətimizi “erməni sevgisi” aşıb-daşan Avropa Parlamentinin prezidenti Roberta Metsolanın oktyabrın 17-də Strasburqda Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı dediklərinə yönəldək. R.Metsola bütün vicdan hissini, vəzifəsini, məsuliyyətini unudaraq, o ki var, erməni ağzı ilə danışıb. “Avropa Parlamenti siyasi qurumdur və 3 prinsipin həyata keçirilməsini təmin etməkdə ardıcıl olacaq. Avropa Parlamenti aydın qətnamələr və hesabatlar qəbul edib, sülh danışıqlarının erkən bərpa olunmasına çağırıb”-deyə bildirən Metsola vurğulayıb ki, Avropa Parlamenti Qarabağla bağlı üç qətnamə və Azərbaycana qarşı sanksiyaların qəbul edilməsi zərurətini göstərən hesabat qəbul edib. O deyib ki, Avroparlament ermənilərin Qarabağa qayıtmasının beynəlxalq mexanizmləri üzərində işləyir, onu vacib bilir və sair.

Özünü “sülhsevər” kimi qələmə verən Avroparlamentin sədri qərəzə vararaq Azərbaycana qarşı hədyanlar yağdırıb, guya bunlar sülh istəyir, biz yox.

N.Paşinyanı “demokratiya, sülh çarçısı” kimi təqdim edən və onu çox böyük istiliklə qarşılayan sədr deyib ki, Paşinyanın Strasburqda olması onu göstərir ki, Avroparlament Ermənistana sadiqdir. O, “Ermənistan sərhədlərinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və qeyri-qanuniliyinə qeyd-şərtsiz dəstəyimizi bildiririk”-deyib. Sanki bir erməni kimi danışıb. Guya Azərbaycan Qarabağa “hücum edib”, bunlar da “hücumu” pisləyən qətnamə qəbul ediblər. Qarabağ Azərbaycanın suveren ərazisidir və orada antiterror tədbirləri keçirmək onun haqqıdır. Avroparlament bir qayda olaraq Ermənistanın təcavüzkar siyasətini, erməni separatizmini dəstəkləyib, bunu özünün əsas vəzifəsi sayıb.

Avropa Parlamentinin sədri açıq deyir ki, biz ermənilərin Qarabağa qayıtmasının beynəlxalq mexanizmləri üzərində işləyirik, onu vacib bilirik və sair. Özü də “fəxrlə” deyir ki, Qarabağla bağlı üç dəfə qətnamə qəbul etmişik. Bu, Avropa Parlamentinin ikiüzlülüyü, ikili standartı, ermənipərəstliyinin göstəricisi deyilmi? Bu qurumun rəhbərinin Paşinyana qucaq açması, onun belə qarşılanması, belə dəstəklənməsi, Azərbaycanı əsassız yerə ittiham etməsi və sair məsələlər AP-nın ikiüzlü, riyakar siyasətinin nəticəsi kimi özünü göstərir. Bu qurumun rəhbəri Paşinyanla birgə keçirdiyi mətbuat konfransında sülhdən, Ermənistanın ərazi bütövlüyünün müdafiəsindən danışıb, “məcburi köçkün” ermənilərin taleyindən narahat olduğunu dilə gətirib, amma bircə kəlmə deməyib ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi, 35 il idi Qarabağda erməni separatizmi tüğyan edirdi, Azərbaycanın 1 milyon vətəndaşı öz ölkəsində məcburi köçkünə çevirilmişdi, 250 mindən artıq azərbaycanlı indiki Ermənistan ərazisindən zorla deportasiya edilmişdi, onlar geri qayıtmalıdır. Azərbaycanın haqq işinə heç bir dəstək verməyən Avroparlament oturub-durub ermənilərin gününə ağlayır. Heç şübhəsiz ki, bu da Avroparlamentin ayrıseçkilik siyasətinin nəticəsidir. Belə görsənir ki, onun kimi təşkilatlar dünya dövlətləri üçün deyil, bir qrup erməninin şər işlərini, saxtakarlığını müdafiə etmək üçündür. Halbuki,  Avropa Parlamentinin üzərinə düşən əsas vəzifə ayrıseçkilik etmədən bütün dövlətlərə obyektiv, qərəzsiz yanaşmaqdır, amma təəssüf ki, biz bunu görmürük. Öz vəzifəsini yerinə yetirə bilməyən, öz məsuliyyətini dərk etməyən bir qurum isə çürüməyə doğru gedir və bu halda onun təpədən-dırnağa yenilənməsinə zərurət yaranır. 

  • “Bu, sözügedən qurumun yürütdüyü ayrıseçkilik, tərəfli, ermənipərəst siyasətin növbəti təzahürüdür...”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Avroparlament ermənipərəstliyindən heç zaman qalmır. “Qeyd edildiyi kimi, həqiqətən də Avropa Parlamentinin sədrinin belə bir açıqlama ilə çıxış etməsi tərəfimizdən qeyri-səmimi qarşılanır. Bu, sözügedən qurumun yürütdüyü ayrı-seçkilik, tərəfli, ermənipərəst siyasətinin növbəti təzahürüdür....

Hesab etmirəm ki, onun belə bir mövqe nümayiş etdirməsi ermənilərin dərdini çəkməsindən və qayğısına qalmasından irəli gəlir. Burada ikili yanaşma özünü aydın şəkildə göstərir. Azərbaycanlılar 1992, 1993-cü illərdən Qarabağdan və ətraf rayonlardan Ermənistanın təcavüzü nəticəsində məcburi köçkünə çevrilib, 100 minlərlə soydaşımız deportasiyaya, etnik təmizləməyə, zorakılığa məruz qalıb. Amma bununla bağlı 27 il ərzində Avropa Parlamenti bir dəfə də olsun mövqe bildirməyib. Yəni torpaqlarımız işğal altında olduğu müddətdə. İndi birdən-birə erməniləri və Ermənistanı dəstəkləyən mövqe nümayiş etdirir. Avropa Parlamenti sədrinin bu mövqeyi riyakarlığın, ikili standartların bariz nümunəsidir”-deyə M.Məmmədli qeyd etdi.  

Məsələnin digər tərəfinə gəlincə, M.Məmmədlinin sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycanın Avropa Parlamentinin, yaxud hansısa bir beynəlxalq strukturun, qurumun mövqeyinə ehtiyacı yoxdur. “Çünki Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, Qarabağı tərk etmiş ermənilər yenidən qayıda bilərlər, bu bizim rəsmi mövqeyimizdir. Biz özümüz də maraqlıyıq ki, nəhayət o bölgəni könüllü tərk etmiş ermənilər qayıtsınlar. Azərbaycanın bu mövqeyinin özü sübut edir ki, Qarabağı tərk edən ermənilər hər hansı bir zorakılıq olmadan bu addımı atıblar. Bu baxımdan, bizim kənar məsləhətlərə, məsləhətçilərə, qərarlara ehtiyacımız yoxdur. Bu məsələlər bizim daxili işimizdir, daxili siyasətimizdir, bunu da Azərbaycan dövləti beynəlxalq hüquq normalarına, öz üzərinə götürdüyü beynəlxalq öhtəliklərə və daxili qanunlara uyğun olaraq həll edir və həll edəcək”-deyə M.Məmmədli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ