Bazar günü günü, 08 noyabr 2026
     

Qarabağ erməniləri ilə bağlı siyasətimizə okeanın o tayından diqqət....

Image


Antiterror tədbirləri nəticəsində Qarabağda ermənilərin nəzarətində olan ərazilər yenidən Azərbaycanın suverenliyi altına qayıdıb. Bu fonda Azərbaycan Qarabağ ermənilərinin reinterasiyası istiqamətində artıq əməli addımlar atır. ABŞ-da qərargahlanan Xarici Siyasət Araşdırma İnstitutunun Avrasiya Proqramının Avrasiya Araşdırmaları şöbəsinin rəhbəri Robert Hamilton bütün bunların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.

Özünü “Dağlıq Qarabağ Respublikası “adlandıran qurumun 2024-cü il yanvarın 1-dək buraxılmasına toxunan amerikalı ekspert bildirir: “Məncə bu, münaqişəyə son qoyur. Münaqişə Azərbaycanın hərbi qələbəsi ilə başa çatdı. Bu münaqişənin əvvəli 1988-ci ilə qədər gedib çıxır. 1988-1994-cü illərdəki birinci mərhələdə Ermənistan hərbi qələbə əldə etdi. Amma ən azından son 10 ildə aydın idi ki, Azərbaycanın münaqişənin nəticəsini dəyişmək üçün imkanı var idi və ya hərbi imkan toplayırdı, çünki son on-on beş ildə böyük müdafiə xərcləri edirdi. Və münaqişəni həll etmək üçün real diplomatik irəliləyiş olmadığı üçün, olduqca aydın idi ki, sabiq Sovet İttifaqının süqutundan sonra yaranan konfliktlər arasında təkrar başlama ehtimalı yüksək olan münaqişə məhz bu idi”. İndiki halda Qarabağda və ya Ermənistanla Azərbaycan sərhədində döyüşlərin yenidən başlaması ehtimalına gəlincə, ekspert bildirir: “Məncə, ikincisinin ehtimalı daha yüksəkdir və bu, daha təhlükəlidir. Ümid edirəm ki, olmaz. Bilirsiniz, Azərbaycan artıq onillərdir istədiyi şeyi əldə etdi və bu da Qarabağın Azərbaycana reinteqrasiyasıdır. Mən ümid edirəm ki, beynəlxalq sərhəddə müharibə təkrarlanmaz. Ümid edirəm ki, bununla da bitər”. Tələfatların sayı, münaqişənin səbəb olduğu itki və əzab-əziyyətləri nəzərə aldıqda, ermənilərlə azərbaycanlılar arasında yaxın gələcəkdə barışığın ola biləcəyinə dair ekspertin proqnozları belə olub: “Bu, cavab verilməsi çətin bir sualdır. Tələfatların sayı və 1988-ci ildən, Sovet hakimiyyəti zəifləməyə və ermənilərlə azərbaycanlılar arasında etnik gərginlik artmağa və ardınca zorakılıqlar olmağa başlayandan bəri bu müharibədəki vəhşilik və qəddarlığı nəzərə aldıqda, hər iki tərəfdə zorakılığa dair o qədər tarixi yaddaş var ki, zənnimcə, hər iki hökumətin xalqları arasında etnik və milli təəssübkeşliyi basdırmaq və iki xalq, iki millət, iki ölkəni barışdırmaq üçün real davamlı səy göstərməsi tələb olunacaq. Onların barışması hər ikisinin xeyrinədir. Azərbaycan, Ermənistan, Türkiyədən keçən tranzit dəhliz, Mərkəzi Asiyadan Avropaya uzanan bütöv Orta Dəhliz. Onlar barışsalar, bunun iqtisadi qazanc potensialı çox böyük olacaq. Ümid edirəm ki, bu onlara bir stimul verər. Amma bunun kimi onlarla il davam edən qanlı və qəddar müharibələrdən sonra, təəssüf ki, bu kimi iqtisadi stimullar insanları etnik və milli təəssübkeşlik, nifrət qədər motivasiya etmir”.

Vaşinqtonda mənzillənən Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi də“Amerikanın Səsi”nə müsahibəsində baş verənlər barədə maraqlı fikirlər səsləndirib. Ekspert qeyd edir ki, regionda vəziyyət dramatik şəkildə dəyişir: “Sentyabrın 28-də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” Samvel Şahramanyan “Dağlıq Qarabağ respublikası”nın buraxılması haqqında fərman imzalayıb. Sənədə əsasən, rejimin tabeliyində olan bütün “dövlət qurumları” və “təşkilatlar” 2024-cü il yanvarın 1-dək ləğv ediləcək. Qarabağda vəziyyət strateji və hüquqi baxımdan dəyişir. Hüquqi baxımdan bu, Azərbaycanın ərazisi və Azərbaycanın suverenliyi olduğu gerçəkliyinə əsaslanır və buna hörmət edilməsi, bunun qəbul edilməsi lazımdır. İndi, bu anda biz Cənubi Qafqazda yeni bir mərhələni görməyə başlayırıq, burada Azərbaycan hökumətinin Qarabağın etnik ermənilərinin inteqrasiyası, barışığın mümkün ola bilməsi, onlara hər hansı bir Azərbaycan vətəndaşı kimi baxılacağını təmin etmə üçün çox ciddi işləməsi lazım olacaq. Bu anda bütün əlamətlər bizə onu göstərir ki, Azərbaycan hökuməti bunu etməyə hazırdır. Bunun bölgə üçün nə demək olduğu baxımından aydındır ki, Rusiya regionda nüfuzunu itirir. Rusiya bütün bu işlərdə ən çox uduzan tərəfdir. Mən deyərdim ki, eyni şey İrana da aiddir. Bunun Ermənistan üçün hansı nəticələri olacağını zaman göstərəcək. Hesab edirəm ki, erməni xalqı yeni səhifə açmaq istəyir. Onların Avro-Atlantik birliyi ilə daha yaxın əlaqələr qurmaq istədiyini düşünürəm. Lakin Rusiya bunu çox çətinləşdirəcək. Ona görə də hesab edirəm ki, hazırda Ermənistan daxilində siyasi vəziyyət çox qeyri-müəyyəndir”. Ekspertə görə, Azərbaycan regionda nə qədər şəffaflıq, monitorinq və aşkarlıq göstərə bilsə, bir o qədər yaxşıdır: “Qərbdə azərbaycanlıları dərhal “soyqırım” və digər vəhşiliklər törətməkdə ittiham edən çox sayda adam var. Lakin indi əlimizdə olan dəlillər əslində fərqli mənzərəni, fərqli bir hekayəni göstərir. Bilirsiniz ki, bu, 1990-cı illərin əvvəllərində ermənilərin azərbaycanlıları öz ərazilərindən çıxardığı vaxtdan çox fərqlidir. O zaman televiziya kameraları və videoçəkiliş aparatları çox deyildi. Hazırda hər kəsin çox yüksək keyfiyyətli kameraya malik smartfonu var. Buna görə də hər şeyi çox asanlıqla sənədləşdirmək və demək olar ki, dərhal sosial mediada paylaşmaq olar. Bu isə Azərbaycanın bu yaxınlarda azad edilmiş bu ərazilərdə davranışı və fəaliyyətinin beynəlxalq ictimaiyyətin diqqətində olacağı deməkdir. Mən bunun pis bir şey olduğunu düşünmürəm. Fikrimcə, bu yaxşı haldır, çünki azərbaycanlılar soyqırım və ya digər hərbi cinayətlər törətməyə çalışmadıqlarını, Qarabağın etnik ermənilərini Azərbaycan cəmiyyətinə inteqrasiya etmək istədiklərini dünyaya göstərə bilərlər. Beləliklə, mənim fikrimcə, gözləyib baxmaq lazımdır ki, nə olacaq. Amma indi çoxlarının proqnozlaşdırdığı ciddi humanitar fəlakətin şahidi deyilik. Bakı və İrəvan arasında, Türkiyə və Ermənistan arasında nə qədər tez normallaşma olsa, bu, region üçün, erməni xalqı üçün, Azərbaycan xalqı üçün bir o qədər yaxşıdır. Düşünün ki, bu davam edən münaqişə ucbatından son bir neçə onillikdə region neçə milyardlarla dollarlıq xarici investisiyadan məhrum olub. Ermənistan davam edən dondurulmuş münaqişə səbəbindən bir çox mühüm regional infrastruktur layihələri, neft və qaz kəmərləri, dəmir yollarını, digər tranzit dəhlizlərini əldən verib. İndi bizim Cənubi Qafqazda təhlükəsizliklə bağlı dinamikanın dəyişməsini görmək imkanımız var və bunun regionda siyasi-iqtisadi dəyişikliklərə gətirib çıxaracağına ümid edirik. Beləliklə, mənim Qranadadan gözləntilərim çox da böyük deyil, amma ümid edirəm ki, bu bütün tərəflər arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq başlanğıc nöqtəsi olacaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ