Bu gün iranlı hərbi mənbə Fars News-a bildirib ki, ABŞ-nin hərbi əməliyyatları davam etdiyi müddətdə Hörmüz boğazındakı mövcud vəziyyət dəyişməyəcək və gəmilərin bu strateji keçiddən keçməsinə icazə verilməyəcək.
Mənbənin sözlərinə görə, İran Silahlı Qüvvələri Hörmüz boğazına tam nəzarət edir və boğazın açılması və ya məhdudiyyətlərin davam etdirilməsi ilə bağlı qərarlar yalnız təhlükəsizlik mülahizələri və milli maraqlar əsasında qəbul ediləcək.
Açıqlamada, habelə, qeyd olunub ki, ABŞ-nin təhdidləri və hərbi fəaliyyətləri davam etdiyi müddətdə bu siyasətdə dəyişiklik nəzərdə tutulmur.
İranlı mənbə əlavə edib ki, gəmiçiliyin təhlükəsizliyinin pozulması və bunun nəticələrinə görə məsuliyyət regionda hərbi gərginliyi artıran tərəflərin üzərinə düşür.
İRADƏ