The Wall eet Journal qəzeti yazıb ki, İsrail kəşfiyyatı İranın minlərlə uran zənginləşdirmə sentrifuqasını Külüng (Pikaks) dağı altındakı yeraltı tunellərə köçürdüyünə inanır və bu barədə ABŞ-a məlumat verib.
Nəşrin yazdığına görə, İsrail tərəfi bu addımın Tehranın nüvə proqramını yenidən sürətləndirməsi ilə bağlı narahatlıqları artırdığını hesab edir. Məlumatda bildirilir ki, sentrifuqalar 2025-ci ilin iyununda İranın əsas nüvə obyektlərinə zərər vuran 12 günlük müharibədən sonra həmin kompleksə daşınıb.
WSJ qeyd edir ki, Külüng dağı uzun illərdir ABŞ və İsrailin diqqət mərkəzindədir.
İranın əsas nüvə obyektlərindən birinin yaxınlığında yerləşən yeraltı kompleksin 2020-ci ildə partlayış nəticəsində zərər görmüş sentrifuqa yığma zavodunun alternativi kimi istifadəyə verildiyi bildirilir.
İRADƏ