Bazar ertəsi günü, 09 noyabr 2026
     

İrəvan Moskvaya meydan oxuyur - Qərbin təhrikçiliyi nəticə verdi...

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati (KTMT) Ermənistanın sərhədyanı ərazilərində müşahidə missiyasının yerləşdirilməsinə hazır olduğunu bildirsə də, Ermənistan bundan qəti şəkildə imtina edir. Bunun əvəzində İrəvan Moskvanı qıcıqlandıracaq növbəti addım atıb.

Belə ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Zəngəzur vilayətində ikinci ofisini açıb. Bununla da Aİ-nin Ermənistandakı Mülki Monitorinq Missiyası Zəngəzur vilayətində mövcudluğunu genişləndirir.

Qeyd edək ki, missiyanın növbəti ofisi Qafan rayonunda açılıb. Bundan əvvəl eyni ofis Gorusda açılmışdı. Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter çıxışında yeni  mərkəzin açılmasının Zəngəzura sülh gətirməsini arzuladığını bildirib: “Zəngəzurda ilk əməliyyat mərkəzinin açılışını alqışlamaqdan xoşbəxtəm. Planımıza əsasən, biz Ermənistanda 6 əməliyyat mərkəzinə malik olmaq niyyətindəyik və demək olar ki, planlarımızı həyata keçirməyə yaxınıq. Biz Ermənistanda işə başlayanda cəmi iki daimi işçimiz var idi. İndi məmnuniyyətlə demək istəyirəm ki, artıq 90 işçimiz var. Daimi iş mərkəzlərimiz Aşağı Qaranlıq, Gorus və İstisuda yerləşir. Biz Qafanda mərkəz açırıq, ondan sonra Karvansara və Keşişkənddə mərkəzlər açmaq niyyətindəyik. Qafandakı mərkəz hərbi baxımdan çox önəmlidir, vəziyyətlə yaxından tanış olmağa, hesabat verməyə imkan verəcək. Bu, həm də müşahidəçilərimizə hərəkət məsafəsini azaltmağa imkan verəcək. Ümid edirəm ki, bizim burada olmağımız sülh prosesinə töhfə verəcək". Öz növbəsində, Aİ-nin Ermənistandakı nümayəndə heyəti rəhbərinin müavini Yan Beşinqer qeyd edib: "Biz başa düşürük ki, bu regionda vəziyyət asan deyil və bu mərkəzin açılması bizə vəziyyəti müşahidə etmək, nəzarət etmək, bu regiona sabitlik, təhlükəsizlik və sülh gətirmək imkanı verəcək. Həmçinin biz yeni missiyaya, "Avropa komandası" adlı təşəbbüsə başlayırıq və indiyədək təxminən 116 milyon avro dəyərində 42 layihə həyata keçirilib”. Bütün bunlar Ermənistanın KTMT missiyasının regiona gəlişinə rədd cavabı verməsi fonunda baş verir.  KTMT bundan əvvəl dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazırdır və bu, İrəvanın təhlükəsizlik maraqlarına uyğundur. Rəsmi Moskva onu da bəyan edib ki, sərhədə missiya göndərilməsinin vaxtı İrəvandan asılıdır. Rusiya rəsmiləri bildirirlər ki, İrəvan missiyadan rəsmi qaydada imtina etməyib və belə bir layihə üzərində iş davam edir. Lakin İrəvan həm vaxtı uzadır, həm də Rusiya ilə münasibətlərini məqsədli şəkildə gərginləşdirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan və Bakı arasında vasitəçilik səylərinin kafi olmamasına dair şərhini kəskin tənqid etməsi də təsdiqləyir. Xatırladaq ki, ötən ayın 25-də Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Rusiyanın fəallığının azaldığını qeyd edib. Paşinyanın fikrincə, Bakı ilə danışıqlar prosesində son vaxtlar Qərb platformalarında görüşlər üstünlük təşkil edir. Mariya Zaxarova qeyd edir ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlar səbəbi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqlarda fəallığının azalması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur. O bildirir ki, Moskva Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün hər şeyi edir. Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəliləməsində maraqlıdır. Rusiyalı diplomatın sözlərinə görə, əgər son aylar ərzində Rusiyanın iştirakı ilə ən yüksək səviyyədə silsilə təmaslar baş veribsə, aktivliyin azalmasından söhbət gedə bilməz. Bu ilin 25 mayında Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü, 2 iyunda baş nazirlərin müavinlərinin həmsədrliyi ilə nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupun 12-ci iclası keçirilib. Həmçinin 3 ölkənin XİN rəhbərləri 19 may və 25 iyul tarixlərində üçtərəfli danışıqlar aparıb: “Bütün bunlar fəallığın azalmasıdır? Həqiqətləri olduğu kimi qəbul etmək lazımdır. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin irəlilədilməsində maraqlı olmuşuq və maraqlı olmaqda davam edirik. Biz regionda möhkəm sülhün və razılığın əldə edilməsi üçün lazım olan hər şeyi edirik”.

Rusiya XİN-in nümayəndəsi vurğulayıb ki, tənzimləmənin əsas iştirakçıları Ermənistan və Azərbaycandır və onlar mövcud razılaşmaları ardıcıl olaraq reallaşdırmalıdırlar, Moskvanın rolu isə vasitəçilikdir. Bu arada Paşinyan Rusiya sülhməramlı qüvvələrinin rolundan da narazllıq edib. Zaxarovanın  sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı arqumentlər də tamamilə anlaşılmazdır: “Ermənistan baş naziri bunu istəyir? Hamıya bəllidir ki, sülhməramlılar mühüm funksiyalar yerinə yetirir. Ermənistan rəhbərliyi həqiqətən onların fəaliyyətini gərəksiz hesab edir? Onlar Rusiya sülhməramlılarını arzuolunmaz hesab edir və getmələrini istəyir? Ermənistan rəhbərliyi bir sıra əsas məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir, lakin mən istərdim ki, bu məsələdə qeyri-müəyyənlik olmasın. Hər şeyi şübhə altına salmaq xeyli sayda suallar doğurur. Ümumiyyətlə, Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra Rusiyanın kifayət qədər səy göstərməməsi ilə bağlı irəli sürülən istənilən iddialar ikiqat yersiz görünür. Təəssüf ki, biz çox vaxt Ermənistan rəhbərliyi nümayəndələrinin bir sıra əsas məsələlər barədə ikibaşlı mövqe tutmalarının şahidi oluruq... Söz oyunu heç vaxt xeyir gətirmir”. Beləliklə, Ermənistan rəhbərliyi həm KTMT missiyasını  ərazisinə buraxmır, həm də Rusiya sülhməramlı qüvvələrinin rolundan açıq narazılıq ifadə edir. Təbii ki, bütün bunlar İrəvanın Moskvaya qarşı açıq gedişləridir. Kreml İrəvanın bu mövqeyindən getdikcə daha çox naarzılıq ifadə edir və bunun, şübhəsiz ki, müəyyən nəticələri olacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ