Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistanın TIR şousu davam edir - hədəf həm də Rusiyadır...

Image


Ermənistanın davam edən TIR şousu bu ölkənin Azərbaycanla münasibətlərini normallaşdırmaq niyyətində olmadığını bir daha açıq şəkildə nümayiş etdirir. Belə ki, İrəvan  bir neçə gündür Azərbaycanla sərhəddə gözləyən 19 TIR-ı geri çəkmək əvəzinə, onların sayını 21-ə çatdırıb və bununla təxribatçı fəaliyyətinə son qoymaq niyyətində olmadığını göstərib.

Bildirilir ki, Qarabağdakı erməni uşaqlara yardım məqsədilə iki yük maşını şirniyyat hazırlanıb. Beləliklə, bu, Ermənistanın “humanitar yük” şousunu davam etdirməyə və genişləndirməyə çalışdığını göstərir.

Azərbaycan əvvəlki kimi yüklərin Ağdam-Xankəndi yolu ilə çatdırıla biləcəyini bəyan edir. Özü də bu yol Laçın-Xankəndi marşrutu  ilə müqayisədə daha əlverişlidir. Bu fonda deputat Vüqar Bayramov qeyd edir ki, Ermənistanın TIR şousu davam edir: “Bir sıra xarici təşkilatların təxribat məqsədli bu şouya dəstək olması təəssüf doğurmaqla yanaşı, bölgədə vəziyyətin stabilləşməsinə də xidmət etmir. Ermənistan rəhbərliyi hələ də hər vəchlə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırır. 26 kilometr uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı, bölgədə Xankəndiyə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolu 60 kilometrdir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonunun inkişafına töhfə baxımından da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından, bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Digər tərəfdən, əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə, niyə Ermənistan siyasi hakimiyyəti daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir?”. Bu arada Xankəndidən Həkəri çayı üzərində körpüyə təşkil edilən yürüş erməni tərəfinin şou və təxribatın miqyasının daha da genişlənməsində maraqlı olduğunu nümayiş etdirir. Məsələnin maraqlı tərəfi isə Ermənistanın, Azərbaycanın qəti mövqeyini bildiyi halda “humanitar yük” şousunu davam etdirməsidir. Bu xüsusda Rusiyanın  “news.ru” portalı olduqca maraqlı məqamlara toxunub. Portal yazır ki, Azərbaycan sərhədçiləri bu karvanı buraxmırlar, çünki Bakı onları dəvət etməyib. ABŞ Cənubi Qafqazdan uzaqda yerləşməsinə baxmayaraq, bu qalmaqala müdaxilə etmək qərarına gəlib. ABŞ Dövlət katibi Entoni Blinken iyulun 30-da Bakıya zəng edərək, Laçın yolu ilə sərbəst hərəkətin təmin edilməsini və eyni zamanda alternativ marşrutlar üzrə kompromis tapmağı xahiş edib: “Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Bu arada, Moskva hələ də Bakı ilə İrəvan arasında danışıqlar prosesinin zirvə nöqtəsi olacaq sülh sazişinin imzalanmasına ümid edir. Moskvanın bu mövqeyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 25-də Rusiya paytaxtında keçirilən görüşündə təsdiqlənib. Bu görüşün vasitəçisi olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə qənaətə gəlib ki, İrəvan Qarabağ ermənilərinin rəhbərlərini Azərbaycan qanunvericiliyindən irəli gələn hüquqlarını razılaşdırmaq üçün Bakı nümayəndələri ilə görüşməyə razı salmalıdır. Rusiya paytaxtında danışıqlar başlamazdan əvvəl isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, İrəvan konstruktiv danışıqlara hazırdır. Onun sözlərinə görə, bəzi məsələlərdə konkret nəticələr var. Düzdür, nazir xəbərdarlıq edib ki, tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğu məqamlar var. İyulun 25-də axşam saatlarında A.Mirzoyan Moskvada sülh sazişi ilə bağlı danışıqlar apararkən, İrəvanda Qarabağ əhalisinə yardım məqsədilə işçi qrupu iclas keçirib. Bu işçi qrup dekabrın sonunda, yəni Ermənistan hakimiyyəti ilk dəfə “Laçın yolunun blokadaya alınması” ilə bağlı şikayətlər edən zaman yaradılıb. Bu qrup təcili olaraq iyulun 26-da Qarabağa humanitar yardım göndərmək qərarına gəlib. Səhərə yaxın İrəvanda Xarici İşlər Nazirliyinin binası qarşısında düzülən 19 yük maşınından ibarət avtomobil karvanı yaradılıb. Karvanın yola düşməsi isə rəsmi hadisə xarakteri alıb: Ermənistan hakimiyyəti xarici səfirliklərin əməkdaşlarını dəvət edib. Yük maşınlarının kuzovu açılıb və bununla erməni rəsmilər xarici diplomatlara yükün yalnız dinc xarakterli olduğunu göstəriblər. Rusiya tərəfini səfirliyin müşaviri-elçisi Maksim Seleznyov təmsil edib. Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Anna Jamkoçyanın sözlərinə görə, yük maşınlarında qarabağlılar üçün ən zəruri əşyalar olub: “60 ton şəkər, 40 ton bitki yağı, 100 ton un, 80 ton makaron, 20 ton duz, 40 ton süd tozu, 12 ton uşaq qidası və 9 ton dərman preparatı”.

Ermənistan telekanalları İrəvandan bu karvanın yola düşməsini canlı yayımlanıb. Onun hərəkətini Avropa İttifaqının (Aİ) monitorinq missiyasının üzvləri izləyib: onlar Azərbaycan sərhədi yaxınlığında gözləyirdilər. Amma Azərbaycan ərazisinin girişində, Laçın yolunun lap başlanğıcında, Həkəri körpüsünün yaxınlığında avtomobil karvanı sərhədçilər tərəfindən dayandırılıb. Rəsmi Bakı isə bəyan edib ki, avtomobil konvoyunun göndərilməsi razılaşdırılmayıb. O, belə avtomobil konvoylarının göndərilməsini “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd, Laçın sərhəd- keçid məntəqəsinə qarşı növbəti təxribat” kimi qiymətləndirir. Azərbaycan güzəştə getməyə hazır olduğunu bildirib. Belə ki, İrəvanın Qarabağ ermənilərinə humanitar yardım göstərmək istəyini başa düşən Bakı yüklərin çatdırılması üçün başqa variant təklif edib. Söhbət prezident İlham Əliyevin Entoni Blinkenə bəhs etdiyi və Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsinin də təqdir etdiyi Ağdam-Xankəndi marşrutundan gedir. Politoloq Sergey Markov bildirib ki, Ermənistan hakimiyyətinin məqsədi Qərb ictimaiyyətinin diqqətini cəlb etmək və hay-küy yaratmaqdır. O qeyd edib ki, İrəvan hazırda Qarabağın erməni icması üçün maksimum muxtariyyət əldə etməyə və daimi əsasda beynəlxalq strukturların filiallarını regiona daxil etməyə çalışır. Onun sözlərinə görə, bu məsələdə Qərb ölkələrindəki erməni lobbisinin yardımından istifadə olunur. “Ermənistan Qarabağda aclıq təhlükəsindən danışmaqla Qərbi qorxutmaq və “cəsarətləndirmək” qərarına gəlib. Məsələn, bir çoxlarının fikrincə, Avropa İttifaqı Krımla bağlı daha sərt mövqe tutsaydı, indi Ukraynada hərbi əməliyyatlar baş verməzdi. İrəvan Avropa bürokratiyasının bu psixoloji günah kompleksindən istifadə etməyə çalışır”, - S.Markov bildirib. Onun sözlərinə görə, Ermənistan humanitar karvan ətrafında yaranmış qalmaqalla kifayətlənməyəcək və bir müddət sonra buna oxşar addım atacaq. Politoloq vurğulayıb ki, nəzəri cəhətdən İrəvanın planlarını dəstəkləyən Aİ və ATƏT demək olar ki, heç nə etmirlər. Politoloq Aleksey Naumov isə bildirib ki, Həkəri körpüsü ətrafında indiki qalmaqal kimi hərəkətlər tez-tez təkrarlanacaq: “Ermənistan hakimiyyəti gözləyir ki, bu addımlara bəlkə kimsə nəzər yetirər və nəticədə, nəinki sülh prosesini ləngidə, danışıqlar zamanı yeni nəsə əldə edə biləcək”. “İrəvanda təzyiq rıçaqlarından yalnız bir neçəsi qalıb, bunlardan da ən önəmlisi reputasiyadır. Bu cəhət onun üçün humanitar aspektdən qat-qat önəmlidir. Bir çox Qərb siyasətçilərinin gözündə Azərbaycan aqressiv tərəf, Ermənistan isə əzabkeş qurbandır. Bu o deməkdir ki, İrəvan informasiya siyasətində böyük ustadır”, - A.Naumov qeyd edib. Xatırladaq ki, Rusiya da daxil olmaqla, fövqəldövlətlər Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir. Yeri gəlmişkən, Ermənistan da bunun belə olduğunu düşünür. Amma Paşinyan sistemli şəkildə Rusiya sülhməramlılarını Laçın yolu ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. Ermənistanın baş naziri hesab edir ki, Moskva bu yola nəzarət etmək məsuliyyətini öz üzərinə götürüb, lakin indi verdiyi vədləri yerinə yetirmir. A.Naumovun sözlərinə görə, lakin Rusiya sülhməramlılarının bununla bağlı müvafiq səlahiyyətləri yoxdur, çünki onlar “diplomatik vasitəçi” deyillər və onların radikal qanunsuz davranışı Azərbaycan tərəfinin qəzəbinə, həmçinin Bakı ilə Moskvanın toqquşmasına səbəb ola bilər. Onun sözlərinə görə, Rusiya sərhədçilərinin regionda yerləşdirilməsinin yeganə məqsədi hərbi əməliyyatların bərpasının qarşısını almaqdır və onlar bu missiyanı yerinə yetirirlər: “İrəvanın hər bir hərəkəti indi Rusiya sülhməramlılarının faydasızlığını göstərmək məqsədi daşıyır. Yəni guya onlar orada sadəcə dayanıb və heç bir problemi həll etmirlər. Amma başa düşmək lazımdır ki, Bakı və İrəvan problemləri özləri həll etməlidirlər və Rusiya sülhməramlıları bununla bağlı müvafiq mandata malik deyil. Avtomobil karvanı ilə bağlı qalmaqal Rusiyanı bölgədən sıxışdırmağa yönəlmiş güclü aksiyadır. Bu, dolayı yolla Rusiya vasitəçiliyinin səmərəsizliyini göstərmək məqsədi daşıyır. Amma bu bəyanat ədalətsizdir, çünki sülhməramlılar bütün öhdəliklərini yerinə yetirirlər”. Politoloq əlavə edib ki, Rusiya-Azərbaycan müttəfiqlik əlaqələrinə qarşı çıxmaq Ermənistan rəhbərliyinin məqsədlərindən biridir: “Moskva ilə Bakı arasında fikir ayrılığı yaratmaq Paşinyanın əsas hədəflərindən biridir”. Sergey Markov isə vurğulayıb ki, Ermənistan Rusiya sülhməramlılarını Aİ sülhməramlıları ilə əvəz etmək istərdi, lakin bunun mümkün olmadığını başa düşür. Onun sözlərinə görə, buna görə də İrəvanda rusiyalı sülhməramlıların guya fəaliyyətsizliyinə görə Moskvanı üstüörtülü şəkildə qınamaqla kifayətlənirlər: “Belə hallar dəfələrlə olacaq. Görünən odur ki, Paşinyan hələ Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyətində deyil”. Bu arada, məlumatlara görə, avtomobil karvanı hələ də Həkəri körpüsü yaxınlığındadır. Eyni zamanda, müşahidəçilər qeyd edirlər ki, yük maşınları Qarabağa buraxılmasa, onların necə geri qayıda biləcəyi aydın deyil. Həmin əraziyə aid olan kadrlardan görünür ki, yük maşınları dönə bilmir, çünki körpünün yaxınlığında buna yer yoxdur və dağ yolu ilə geri qayıtmaq çox təhlükəlidir. Əslində, Laçın yolunun qarşısını məhz Ermənistan tərəfi kəsib”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ