Bazar ertəsi günü, 09 noyabr 2026
     

Keçmiş AXC iqtidarının təəssübkeşlərinin Surət Hüseynovun ölümündən də ürəkləri soyumur - ilginc...

Image


Azərbaycanın dördüncü baş naziri Surət Hüseynovun uzun sürən xəstəlikdən sonra vəfat etməsi xəbərinə reaksiyalar elə də böyük olmadı. Bunun əvəzində sosial şəbəkələrdə, bəzi KİV-də daha çox sabiq AXC hakimiyyətinin təəssübkeşlərinin reaksiyaları ilə qarşılaşdıq. 

Keçmiş AXC hakimiyyətinin tərəfdarları və təəssübkeşləri olan şəxslərin sabiq baş nazir Surət Hüseynovun ölümü ilə bağlı çox aqressiv reaksiyaları var. Onun ölümünə az qala sevinirlər ki, “Surət elə yaxşı oldu öldü, ölməli idi” və sair. Təbii ki, hər bir insanın taleyi Tanrının əlindədir, hər kəsin neçə il ömür yaşayacağını, necə, harada, hansı xəstəlikdən dünyasını dəyişəcəyini yalnız Allah bilir. Amma bu şəxslər sosial şəbəkələrdə, mediada Surət Hüseynova qarşı aqressiyalarını açıq şəkildə ifadə ediblər. Maraqlıdır ki, Surət Hüseynova qarşı aqressiv yazılar və statuslar yazan, onu ittiham edən keçmiş AXC hakimiyyətinin tərəfdar və təəssübkeşlərinin böyük əksəriyyəti siyasi kurs etibarı ilə indiki hakimiyyəti dəstəkləyir.

Keçmiş AXC hakimiyyətinin tərəfdarı və təəssübkeşi olan şəxslərin sabiq baş nazir Surət Hüseynovun ölümü ilə bağlı bu aqressiv reaksiyaları nə ilə bağlıdır?

  • “Surət Hüseynova qarşı qəzəbin kökündə...”

Məsələ ilə basğlı “Alyans” strateji araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində “1993-cü ilin 4 iyununda baş vermiş qiyam AXC-Müsavat hakimiyyətinin sonunu gətirdi. O dövrdə daxili işlər nazirinin müavini olan və sonradan nazir əvəzi vəzifəsini icra edən Rövşən Cavadov parlamentdə açıq şəkildə demişdi: “Surət Hüseynov mövcud hakimiyyətə qarşı qalxmış xalq hərəkatının lideridir”. Əgər Surət Hüseynov olmasaydı, başqa birisinin bu addımı atacağı şübhə doğurmurdu, çünki artıq hakimiyyət tamamilə nüfuzunu itirmişdi və xalq tərəfindən dəstəklənmirdi. Yeri gəlmişkən, parlamentdə elə həmin çıxışı zamanı Rövşən Cavadov bir məsələni də qeyd etdi ki, xalqın 90 faizi Surət Hüseynovu müdafiə edir. Təbiidir ki, o dövrdə heç insanların çoxu Surət Hüseynovu tanımırdı, amma əhalinin çox böyük hissəsi, bəlkə də 90 faizdən çoxu hakimiyyətin əleyhinə idi. Bu baxımdan, o vaxt hakimiyyətdə olan  AXC-nin vəzifə tutan üzvlərinin, təəssübkeşlərinin  Surət Hüseynova qarşı belə qəzəbli olmasının səbəbi aydındır. Onlar hesab edirlər ki, Surət Hüseynov onların hakimiyyətinə son qoydu. Ancaq əslində həqiqət ondan ibarətdir ki, o dövrdə hakimiyyətdə olan qüvvələrin özləri yanlış siyasət yürütməklə, yanlış bəyanatlar verməklə  öz hakimiyyətlərinə son qoydular”-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, bütövlükdə 4 iyun qiyamı hələ də araşdırılmayıb. Orada hadisələrin necə baş verdiyi, qiyamın kimlər tərəfindən təşkil olunduğu və xüsusən də hakimiyyətin bu hadisədə rolu məsələsinin tamamilə aydınlaşdırılmadığını deyən A.Səmədovun bildirdiyinə görə, 1993-cü ilin iyun ayının 2-də parlamentdə çıxış edən əsas müxalifət lideri Etibar Məmmədov açıq şəkildə demişdi ki, hakimiyyət müxalifətə qarşı zorakılığa hazırlaşır. “Üzərinə “tufan” yazılmış  xüsusi paketlər paylanmışdı və bunlar iyun ayının 4-də açılmalı idi. O dövrdə belə bir plan var idi ki, Gəncədə Surət Hüseynovun qiyamçı 709-cu briqadası zorakı yolla ləğv olunsun və bundan sonra Azərbaycanda bütövlükdə müxalifətə qarşı kəskin addımlar atılsın. Çünki görürdülər ki, başqa cür hakimiyyəti saxlamaq mümkünsüzdür. Dərk edirdilər ki, hakimiyyət artıq əldən gedir. Ancaq əməliyyatlar keçirə bilmədilər, son dərəcə yanlış addımlar atdılar və son nəticədə Surət Hüseynovun başladığı qiyam uğurla nəticələndi. Əgər Heydər Əliyev olmasaydı, hakimiyyətə Rusiyayönlü qüvvələr gəlməli idi, Mütəllibov artıq gəlməyə tam hazır vəziyyətdə idi. O da məlumdur ki, qiyamda Surət Hüseynovun yanında olan şəxslər Heydər Əliyevin gəlməsini və sonradan prezident səlahiyyətlərini icra etməsini çox ağır qarşılayırdılar. Hesab edirdilər ki, onlar AXC-Müsavat hakimiyyətini yıxdılar, ancaq Heydər Əliyev guya onun “bəhrəsini” gördü. Halbuki, Heydər Əliyevi xalq dəvət etdi və xalqın istəyini nəzərə alan AXC-Müsavat iqtidarı dəvət etdi. O dövrdə bu həmin hakimiyyətin atdığı yeganə düzgün addım oldu. Surət Hüseynova qarşı qəzəbin kökündə nə dayanır? Azərbaycan zorakı hakimiyyət dəyişikliklərindən çox əziyyət çəkdi, torpaqlarımızı hakimiyyət uğrunda mübarizə nəticəsində itirdik. 1992-ci ilin mart ayının 5-6-da parlament mühasirəyə alındı, deputatlar girov götürüldülər və sonrakı hakimiyyət dəyişikliyi baş verdi, Mütəllibov istefa verməyə məcbur oldu və nəticədə Şuşanı itirdik. Sonradan yenidən hakimiyyətə qayıtmaq cəhdi göstərildi. Əvvəl Mütəllibov qayıtmaq istədi, amma AXC buna imkan vermədi. Cəbhədən müəyyən qüvvələr Bakıya gətirildi, AXC hakimiyyətə gəldi, ancaq Laçını itirdik. Ondan sonrakı dövrdə növbəti hakimiyyət dəyişikliyi 1993-cü ildə Surət Hüseynovun qiyamından sonra baş verdi. Bu dövlət əleyinə zorakı hərəkətlər Azərbaycana böyük zərbə vurdu və orda, təbiidir ki, ən çox zərbəni vuranlardan biri də Surət Hüseynov idi. O, 1993-cü ildə istədiyinə nail ola bilmədi, 1994-cü ilin oktyabrında təkrar cəhd göstərdi və Heydər Əliyev həm keçmiş AXC-Müsavat hakimiyyətinə, həm də Surət Hüseynov kimilərinə göstərdi ki, dövləti necə idarə edərlər və necə qoruyarlar. Həmin dövrdə qısa müddətdə qiyam yatırıldı və Surət Hüseynov həbs olundu və ondan sonra da məhkəmə hökmü ilə uzun müddət cəza çəkməli oldu. Təbiidir ki, bu səbəbdən Surət Hüseynova qarşı xalqın bir hissəsinin çox ciddi qəzəbi var. Çünki Azərbaycan onun hərəkətlərindən çox ziyan çəkdi. O dövrdə hakimiyyətdə olanlar hakimiyyətlərini itirdiklərinə görə Surət Hüseynovu bağışlaya bilmirlər. Baxmayaraq ki, Surət Hüseynov onların sayəsində o qədər güc əldə etmişdi, o qədər vəzifə əldə etmişdi. Özlərində günah görə bilmirlər, özlərinə tənqidi yanaşmaq istəmirlər və hesab edirlər ki, Surət Hüseynov onların hakimiyyətinin yıxılmasında həlledici rol oynayıb. Amma əslinə qalsa, Surət Hüseynov olmasa da bir başqası çıxıb o hakimiyyəti yıxmalı idi, çünki hakimiyyət xalqın dəstəyini itirmişdi və dövləti idarə edə bilmirdi. Bütövlükdə, mən də hesab edirəm ki, Surət Hüseynov Azərbaycan tarixində çox böyük fəlakətlərin günahkarlarından biri kimi qalacaq. Yaxın tariximizi öyrənənlər (hələ kifayət qədər öyrənilməyib-A.S) bu cür hadisələrin qarşısının alınmasında göstərdiyi müdrikliyə, cəsarətə, xalqa olan böyük sevgisinə  görə ulu öndər Heydər Əliyevi həmişə hörmətlə, sevgi ilə yad edəcəklər. İllər keçdikcə bir daha hamımız daha yaxşı anlayacağıq ki, Heydər Əliyev 1993-cü ilin iyun ayının 9-da Naxçıvandan Bakıya gəlməsəydi Azərbaycan daha ağır faciələr yaşaya bilərdi, Azərbaycan bugünkü qədər müstəqil ola bilməzdi və son nəticədə Azərbaycan İkinci Qarabağ müharibəsində o möhtəşəm qələbəni qazana bilməzdi. Bu qələbənin təməli 1993-cü ildə Heydər Əliyevin Bakıya gəlməsi ilə qoyuldu. O siyasi xətti, o dövlətçilik kursunu davam etdirən İlham Əliyev Heydər Əliyevin də xəyallarını, arzularını reallaşdırdı və Azərbaycan hamımızın arzuladığı və hamımızın gözlədiyi, hətta bəzilərinin gözləmədiyi o böyük, o möhtəşəm qələbəni qazandı”-deyə A.Səmədov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ