Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bütün dünya Fransanı ittiham etməyə başladı...

Image


BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Fransa bu gün dünya miqyasında ciddi nüfuz itkisinə məruz qalmaqdadır. Hətta bu fonda fikirlər səslənir ki, müasir Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi bu qurumda təmsil olunmaq haqqı yoxdur.

Müstəmləkəçilik və antidemokratik siyasətinə görə Fransa beynəlxalq miqyasda, elə fransız cəmiyyətinin özündə də ciddi tənqid hədəfinə çevrilməkdədir. Hazırda Fransa müxtəlif aspektlər baxımından dünyada ciddi tənqid hədəfidir. Məsələn, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Fransa həbsxanalarındakı şəraiti qəbuledilməz hesab edir. AİHM-nin qərarında Fransada həbs şəraitinin pis olması və vəziyyətin yaxşılaşdırılması üçün məqsədyönlü işin aparılmaması ilə yanaşı, həbsxanaların həddən artıq dolu olması ilə bağlı problemin olduğu vurğulanıb. Daha əvvəl Fransa Ədliyyə Nazirliyi məlumat vermişdi ki, ölkədəki həbsxanalarda 73 699 məhbus var və bu, rekord göstəricidir. Macarıstanın xarici işlər naziri Peter Siyarto keçirdiyi mətbuat konfransında Fransadakı iğtişaşlara toxunarkən maraqlı məqamlara diqqət edib: “Avropanın ən güclü ölkələrindən, qitənin ən məşhur şəhərlərindən birində XXI əsrdə vətəndaş müharibəsi sayıla biləcək hadisələr baş verir". Diplomat vurğulayıb ki, Macarıstan hakimiyyəti Budapeştdə belə hadisələrin baş verməsini istəmir. Bundan əlavə, XİN başçısı Avropa İttifaqını uğurlu multikulturalizm siyasəti haqqında yalan danışmaqda ittiham edib. Onun fikrincə, Fransadakı iğtişaşlar sadəcə olaraq bu fikri alt-üst edib. "Le Figaro" qəzetinə müsahibəsində Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri Pyer Broşan isə qeyd edir ki, son talanlar və uzun illərdir davam edən iğtişaşlar Fransanın beynəlxalq aləmdə imicinə ciddi zərbə vuraraq, onu Avropanın və BMT Təhlükəsizlik Şurasının “xəstə adamına” çevirib: “Biz keçmiş həmkarlarımla birlikdə həyatımızı Fransanın imicinin dünyada müdafiəsinə və təbliğinə həsr etmişik. Bu uğurlar əsrlər boyu əldə edilir, çökmələr isə bir neçə gün və hətta saatlar ərzində baş verir”. Keçmiş kəşfiyyat rəhbəri qeyd edib ki, ölkədə baş verən iğtişaşlar səbəbindən beynəlxalq tədbirlərin ləğvi ilk növbədə reputasiyaya böyük ziyan vurub. İlk dəfə bu, martın sonunda Böyük Britaniyanın yeni kralı III Çarlzın səfəri pensiya islahatlarına qarşı etirazlar səbəbindən təxirə salındıqda, ikinci dəfə isə polis tərəfindən 17 yaşlı əlcəzairəsilli sürücünün qətlə yetirilməsi ilə əlaqədar başlayan iğtişaşlar səbəbindən Fransa prezidenti Emmanuel Makron Almaniyaya səfərini ləğv etdikdə baş verib. Bütün bunlar Fransanın imicinə dünya miqyasında ciddi zərbə vurub. Fransanın müstəmləkəsində olan Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Luk Fransis Karol isə qeyd edir: “Bu gün Fransanın özündə baş verən hadisələri əhali dərk edir. Bütün şəhərlərdə əhali ayağa qalxıb. Bu təəccüblü deyil, gözlənilən idi. Bir, iki, hətta üçüncü nəsil Fransa siyasətindən əziyyət çəkir. Fransadakı polis zorakılığına qarşı fikir bildirsək, Makron deyəcək ki, bu belə deyil. Məsələ Fransada öldürülən gəncin milliyyəti deyil. Bir gəncin öldürülməsindən söhbət gedir. Biz müşahidə etsək görərik ki, əziyyət çəkənlər fransızlar deyil. Bu, indiyədək davam edir”.

Bu arada Fransanın müstəmləkəçilik siyasəti də artıq beynəlxalq miqyasda ciddi tənqid hədəfinə çevrilib. Qeyd edilən fonda Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılıb. Dünyada bunu alqışlayan ölkələrin sayı artır. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan prezidenti İlham Əliyevin “Fransa müstəmləkəçi cinayətlərinə və siyasətinə görə üzr istəməlidir” bəyanatına münasibət bildirərkən deyib: “Əgər Qərb ictimaiyyəti tarixi təftişlə məşğul olursa, artıq baş vermiş tarixi hadisələri təhlil edirsə, o zaman ilk növbədə onlar öz müstəmləkəçi siyasətləri çərçivəsində törətmiş olduqları cinayətkar əməlləri ilə məşğul olmaldırlar”. Zaxarova bir sıra ölkələrin və siyasətçilərin özünüpiar məqsədi ilə çox ağır mövzu olan müstəmləkəçilik və həmin dövrdə törətdikləri cinayətlər mövzusunun üzərindən ötəri keçdiklərini gördüklərini deyib: “Onlar guya üzr istəyirlər. Bir “həştəq” yazırlar, bundan başqa guya heç nə lazım deyil. Belə alınan deyil. Qərb özü tarixə müharibə elan edib, bu tarixin təftişinə başlayıb. Əgər belədirsə, tarixi daha əvvəldən səhifələmək lazım olacaq. Onlar öz müstəmləkəçi keçmişlərinə nəzər salıb, həmin dövrün təftişindən başlamalıdırlar. Mümkündür ki, daha əvvələ gedib, xaç yürüşlərindən başlasınlar. O ki qaldı Fransaya, biz dəfələrlə demişik ki, təəssüf, keçmiş müstəmləkələrinin daxili işlərinə qarışmaq onların müasir siyasətinin tərkib hissəsidir. Fransa keçmiş müstəmləkələrinə öz protektoratları kimi münasibət bəsləyir. Paris keçmiş müstəmləkələrində bütün gücü ilə öz iqtisadi, maliyyə, hərbi-siyasi, humanitar mövcudluğunu qoruyub saxlamağa çalışır”. Rusiya XİN sözçüsü onu da əlavə edib ki, Fransanın bu siyasətinə qarşı çıxan keçmiş müstəmləkə ölkələri dərhal bu cür fəallığa görə Parisin təzyiqinə məruz qalır: “Son illərdə biz Fransada insan hüquqlarının pozulması və polis özbaşınalığı hallarının dəfələrlə şahidi olmuşuq”. Onun sözlərinə görə, 17 yaşlı əlcəzairli yeniyetmənin polis tərəfindən Nanterdə öldürülməsi və bunun nəticəsində baş verən kütləvi etirazlar dalğası bütün dünyaya özünü insan hüquqlarının vətəni hesab edən Fransada problemlərin həqiqi miqyasda olduğunu göstərdi: “Fransanın şəhər və regionlarını alovlar bürüdü. İğtişaşlar, vandalizm, oğurluq ölkənin böyük şəhərlərini, Paris, Marsel, Lion, Strasburqu, onlarla kommunanı bürüdü. Rəsmi məlumatlara görə, 700-dən çox mağaza qarət olunub, 5 mindən çox avtomobil yandırılıb, mindən çox inzibati bina yandırılıb və ya zərər görüb. Bu, qızılgüllərin möhtəşəm bağda qiyamı idi. 100-ə yaxın şəhər meriyası hücuma məruz qalıb. İğtişaşlara görə 3200-dən çox insan həbs olunub. Saxlanılanlar arasında çoxlu yetkinlik yaşına çatmayanlar var. 700-dən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Hökumət hər gün 45 minə yaxın polis və jandarma qüvvəsini küçələrə çıxarır. Fransa KİV-nin məlumatlarına görə, onların çoxu yorğun haldadır”. Zaxarova onu da bildirib ki, Fransa hüquq-mühafizə orqanlarının küçə etirazları fonunda hərəkətləri hüquqi çərçivədə qalmalıdır: "Rusiya Xarici İşlər Nazirliyi böhran vəziyyətindən və Fransada zorakılığın görünməmiş artımından hədsiz narahatlığını bildirir. Bu, müasir Fransa cəmiyyətinin artan problemlərinin və onda dərin ziddiyyətlərin olmasının bariz sübutudur. Hüquq-mühafizə orqanlarının hərəkətlərinin ciddi şəkildə hüquqi müstəvidə saxlanmasının vacibliyini, vətəndaşlara qarşı hər hansı formada polis zorakılığının yolverilməzliyini, xüsusən də bu, şəxsin etnik mənsubiyyətindən qaynaqlanırsa vurğulamaq istərdik”. O vurğulayıb ki, Fransadakı vəziyyət ümumi Avropa qitəsində təhlükəsizliyi təhdid etməməlidir. Rusiya XİN rəsmisi son vaxtlar Fransada ksenofobiyanın, miqrantlara qarşı düşmənçiliyin, antisemitizm təzahürlərinin artdığına da diqqət çəkib: “Fransa hakimiyyəti cəmiyyətin artan radikallaşması ilə ciddi şəkildə maraqlanmalı və ölkədə ksenofobiya və irqçi əhval-ruhiyyənin artmasına daha diqqətlə yanaşmalıdır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ