çərşənbə günü, 11 noyabr 2026
     

İranda rejim xalq qarşısında geri çəkilir, əhali hakimiyyəti əfv etmək niyyətində deyil...

Image


Ölkə daxilində etiraz aksiyalarını güc yolu ilə yatırmağa çalışan İran rejimi artıq bunun mümkünsüzlüyünü anlayır. Rejim onu da görür ki, indiki gedişlə devrilməsi də qaçılmaz olacaq. Elə bu səbəbdən etirazları yatırmaq üçün rejim bəzi addımlar atmaq qərarına gəlib. Məsələn, etirazlara səbəb olan əxlaq polisi ləğv edilib. Ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeri faktı təsdiq edib.

Onun sözlərinə görə, əxlaq polisinin ədalətlə heç bir əlaqəsi yoxdur: “Əxlaq polisinin məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və harada açılıbsa, orada da bağlanıb”. Xatırladaq ki, əxlaq polisinə Daxili İşlər Nazirliyi nəzarət edirdi. Rəsmi olaraq “Davranış Patrulu” adlandırılan əxlaq polisi 2006-cı ildə prezident Mahmud Əhmədinejadın dövründə yaradılıb. Onun əməkdaşları iranlıların, ilk növbədə qadınların müəyyən qaydalara riayət etmələrini və hicab taxmalarını izləyiblər. İranlı qadınlar dəfələrlə patrulun kobudluğuna və təhqirlərinə şahidlik ediblər. Montazeri həmçinin bildirib ki, hökumət qadınların hicab taxmasını tələb edən qanuna yenidən baxa bilər. Onun sözlərinə görə, indi bu məsələ parlament və Ədliyyə Nazirliyi tərəfindən birgə müzakirə olunur, bir-iki həftəyə qərar verilə bilər. Bundan əvvəl İran rəsmiləri etirazçıların tələblərinin yerinə yetirilə biləcəyi ehtimalını etiraf etmirdi. Amma indi vəziyyət dəyişib. İş o yerə çatıb ki, İran prezidenti İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda ölkənin 1979-cu ildə qəbul edilmiş konstitusiyasının bəzi maddələrinin dəyişdirilməsinin mümkünlüyünü bildirib. Rəisi İranın Konstitusiya Günü münasibətilə dövlət televiziyasında çıxışı zamanı bildirib ki, konstitusiyada heç bir çıxılmaz vəziyyət yoxdur: “Onun təşkili, hazırlanması və yekunlaşdırılması konstitusiyanın həyata keçirilməsində, ölkənin işlərinin idarə olunmasında istənilən çıxılmaz vəziyyətlə üzləşəcək şəkildə həyata keçirilib. Zərurət yarandıqda konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər”.

Amma rejimin əxlaq polisini ləğv etməsi və digər addımlar atması etirazları dayandırmır. Xalq rejimin dəyişməsini istəyir. Paytaxt Tehran da daxil olmaqla ölkənin hər yerində üçüncü aydır polis zorakılığına və daha geniş mənada İran hakimiyyətinin fərqli fikirlərə qarşı mübarizəsinə, hazırkı İran ali rəhbəri ayətullah Əli Xamneyinin devrilməsi və ölkənin demokratikləşməsi uğrunda etirazlar davam edir. Vaşinqtonda mənzillənən Demokratiyaların Müdafiəsi Fondundan Behnam Ben Taleblu İranda baş qaldıran etirazların rejim dəyişikliyi ilə sonuclanacağını istisna etmir: “Burada bir neçə vacib fakt var. Bunlardan biri odur ki, burada İslam Respublikası kimi həm islamçı, həm avtoritar olan rejim, həm də İran əhalisi kimi dünyəvi və millətçi olan və bir növ təmsilçi hökumət axtaran bir cəmiyyət var. Və bu ikisinin qarışığı mümkün deyil. Buna görə də bu etirazların, Allah eləməsin, sabah dayanmasından və ya illər sonra hansısa uğurlu rejim dəyişikliyi ilə bitməsindən asılı olmayaraq, bu onu göstərir ki, indiki küçə etirazlarının quruluşundan asılı olmayaraq, gələcəkdə daha çox qeyri-sabitlik olacaq, xüsusilə tətillər də baş verərsə. Çünki İranda 1979-cu ildə əvvəlki hökuməti devirməkdə mühüm rol oynayan da məhz küçə etirazları ilə tətillərin birləşməsi oldu. Bununla yanaşı, strukturun olmaması həm müsbət, həm də mənfi bir haldır. Müsbətdir ona görə ki, İslam Respublikası bu etirazları həmişəlik yatıra bilməz. Digər tərəfdən isə mənfidir, çünki küçələrdə əldə olunan bəzi irəliləyişlər - misal üçün, bəzi bölgələrdən təhlükəsizlik qüvvələrinin çıxarılması və ya İranın bəzi vilayətlərində iki ay yarım boyunca davamlı olaraq etirazların keçirilməsi - bütün bunlar qısa müddətdə siyasi uğurla nəticələnməyə bilər və bu, onları siyasi uğur qazanmaq üçün daha uzun müddət küçələrdə qalmağa məcbur edəcək. Yəni bu, həm müsbət, həm də mənfi bir haldır. Ancaq indi edə biləcəyimiz yeganə şey İran xalqının gücü və qətiyyəti qarşısında papağımızı çıxarmaqdır, çünki onlar orada həyatlarını risqə atırlar. Və etirazlar İranın bütün 31 vilayətində baş verir. Yəni müxtəlif etnos və məzhəbdən olan insanlar hadisələri eyni şəkildə görür və bu da, əlbəttə ki, xüsusilə xaricdən izlədiyimizdə çox əzəmətli bir şeydir”.

Bəzi tədqiqatçılar deyir ki, İranda əvvəllər böyük etirazlar çox nadir hallarda, on ildə bir dəfə baş verirdi. Lakin son bir neçə ildə bu etirazlar daha tez-tez baş verir. Bunun ölkə rəhbərliyi üçün böyük problem yaradacağını qeyd edən Behnam Ben Taleblu bildirir ki, İslam Respublikasına qarşı küçə etirazlarının inkişaf edən strukturundakı dəyişikliyin əsas vektoru və ya özəyi aksiyaların artıq davamlı xarakteridir: “İslam Respublikası 43 ildir mövcuddur və 43 ildə rejimə qarşı küçə etirazları olub. Ancaq İranda 2017-ci ilin sonundan bugünə qədər gördüyümüz ümummilli etiraz dalğasını fərqləndirən cəhət onların tez-tez baş verməsi, demoqrafiyası, coğrafiyası, dövlət tərəfindən küçə etirazlarına qarşı şiddətin səviyyəsi və təbii ki, şüarların xarakteridir. Bu o deməkdir ki, əhali funtamental olaraq islahatla qane olmur. 1999 və 2009-cu illərdən fərqli olaraq, küçə etirazlarının siyasi əhəmiyyətə malik olması üçün artıq onların Tehranda baş verməsinə ehtiyac yoxdur. Və nəticədə bu etirazlar arasındakı müddət də kəskin şəkildə azalır. 2009 ilə 2017-ci il arasında, demək olar ki, on il var idi. 1999-2009-cu illər arasında on il keçmişdi. Ancaq enerji subsidiyalarının kəsilməsi ilə 2019-cu ilin noyabrında başlayan etirazlarla 2020-ci ildə İslam Respublikası mülki təyyarəni vuraraq yüz yetmiş altı günahsız sərnişini öldürdüyü zaman baş verən etirazlar arasında cəmi bir neçə ay keçmişdi. Yəni dövlətin küçədəki etirazçılara qarşı tətbiq etdiyi zorakılığın səviyyəsindən asılı olmayaraq, bu etirazlar arasındakı müddət azalır və 2022-ci ilin sentyabrda başlayan indiki etirazlar, əslində, rejimə qarşı ümummilli etirazların ikinci mərhələsidir. İlk mərhələ may ayında ölkənin cənub-qərbində başlamışdı”. Ekspertin fikrincə, İslam Respublikasındakı küçə etirazlarının hazırkı nümunəsini və daha geniş mənada müasir İran tarixində “mərkəz və periferiya” modelini gözardı etməmək vacibdir: “İran etnik və dini baxımdan kifayət qədər müxtəlifliyə malik bir ölkə olsa da, bütün əhali sentyabrın 13-dən sentyabrın 16-na kimi baş verənləri, paytaxta səfər edən iyirmi iki yaşlı iranlı kürd qadın Məhsa Əmininin İranın əxlaq polisi və təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq vəhşicəsinə döyüldükdən sonra aldığı xəsarətlərdən həyatını itirdiyini görəndə, insanlar hadisələrə eyni prizmadan baxdı. Ona görə də bu, İranın bütün 31 vilayətində, 140-dan artıq şəhər və kənddə, 150-dən çox müxtəlf təhsil müəssisələrində, o cümlədən kollec və universitetlər, hətta məktəblərdə və İrandakı ən ucqar ərazilərdə iki aydan çox davam edən etirazlara səbəb olacaq qədər siyasi əhəmiyyət kəsb etdi. Bütün bunları və İslam Respublikasına qarşı millətçi etiraz dalğalarının hamısını nəzərə alaraq, rejim sınanmış və effektiv olan üsulları artırdı. Biz bilirik ki, onlar artıq etnik və məzhəb azlıqlarına qarşı ayrıseçkilik edir. Onlar bir çox hallarda bu ayrıseçkiliyin bir hissəsini normaya çevirib. Buna görə də biz hökumətin ardıcıl ümummilli etiraz modelini dağıtmaq və onu əslində etnik, məzhəb və separatizmlə əlaqəli bir şey kimi göstərmək cəhdi altında etnik və məzhəb azlıqlarının olduğu yerlərdə ən ağır cavab tədbirləri gördüyünə şahid oluruq. Məhz buna görə də, rejim artıq üç dəfə İraqın şimalını, İraq Kürdüstanını atəşə tutaraq, günahsız mülki vətəndaşları öldürüb, ballistik raketlərdən, müharibə silahlarından istifadə edib. Bunların hamısında məqsəd diqqəti etirazların daha geniş, hökumətə qarşı ümummilli bir etiraz modelinə çevrilməsindən yayındıraraq, onları yenidən etno-məzhəb problemi kimi qələmə verməyə çalışmaqdır. Amma aydındır ki, bu belə deyil”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ