çərşənbə günü, 11 noyabr 2026
     

İran rejimi iflic vəziyyətdə - güneyli soydaşlarımız üçün yeni imkanlar açılır

Image


Təhlükəsizlik agentlərinin təhdidlərinə baxmayaraq, iranlı yük maşını sürücüləri artıq bir neçə gündür təhvil verilməmiş yüklə dolu maşınları ilə ölkə daxilindəki tətillərə qoşulub. İranın mərkəzi İsfahan şəhərində sürücülərin yük maşınlarını dayandıraraq etirazlara qoşulması ilə bağlı yayılan xəbərlərdən sonra sosial mediada Qəzvin, Kirmanşah, Mərənd və Bəndər Abbas şəhərlərindəki sürücülərin də işlərini dayandırdıqları bildirilib.

Bir çox sektorun işçilərinin tətilə qoşulması Tehranın nüvə proqramı ilə bağlı ABŞ sanksiyaları ilə viran qalmış iqtisadiyyatının daha sürətlə dağılmasına rəvac verir. Paytaxtın şimal-qərbində yerləşən Kərəc şəhərində avtomobil istehsalçısı “Safe Khodro” şirkətinin işçilərinin noyabrın 27-də tətilə başlaması da daxil olmaqla, son günlər İranın bir neçə şəhərində tətillər keçirilir. Bu arada üç əmək təşkilatı - İşçi Həmkarlar İttifaqı “Həft Tapeh”, Əmək Təşkilatlarının Yaradılmasına Yardım üzrə Koordinasiya Komitəsi və Təqaüdçülər Həmkarlar İttifaqı Qrupu birgə bəyanat yayaraq, İranın qərbindəki kürd şəhərlərində insanlara qarşı qanlı repressiyaları pisləyib. Onlar, həmçinin, bütün silahlı qüvvələrin Kürdüstandan dərhal çıxarılmasını, bütün məhbusların və saxlanılanların qeyd-şərtsiz azad edilməsini və İraqın kürd bölgəsinə raket hücumlarının dayandırılmasını tələb edib. Amma proseslər göstərir ki, İranın əsas qorxusu Cənubi Azərbaycanda aksiyaların miqyasının genişlənəcəyindəndir. Çünki bu halda İran güc yolu ilə də aksiyaları dayandırmaq iqtidarında olmayacaq. Real vəziyyətin təhlili soydaşlarımızın hüquqlarının müdafiəsində artıq geri addım atmaq niyyətində olmadığını göstərir. Say baxımından birmənalı üstünlüyə malik soydaşlarımız burada dominant qüvvə kimi özlərini göstərməkdədir. Cənubi Azərbaycandan olan  araşdırmaçı yazar Rza Talebi bu fonda ilk olaraq dillə  bağlı maraqlı məqamlara diqqət çəkir. O qeyd edir ki, İranda Ana dili konsepsiyasında fars dili ilə rəqabət apara bilən yeganə dil Azərbaycan dilidir. Ona da icazə verilmir. İranın qorxusu Azərbaycan dilinin güclənməsi yönündədir. Araşdırmaçı yazar bildirib ki, 1-ci Qarabağ müharibəsindən keçən müddət ərzində Cənubi Azərbaycanda milli hərəkat özünə gələ bildi və ikinci Qarabağ müharibəsindən sonra bu hərəkatın gücü daha da artdı: “Milli hərəkatın güclənməsi ilə İran hakimiyyəti Cənubi Azərbaycanda azərbaycanlılara qarşı güc tətbiq etməyə və hədə-qorxu gəlməyə başladı. İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməklə, guya öz gücünü nümayiş etdirmək istədi. Lakin texnikalar və hərbi vasitələr İranın daha da aciz olduğunu göstərdi. Çünki quru qoşunları və onların tabeliyində olan hərbi müdafiə sistemlərinin əksəriyyəti Rusiyanın İrana verdiyi köhnə avadanlıqlardır. Bu hərbi avadanlıqların bənzərləri 2-ci Qarabağ savaşında Azərbaycan tərəfindən məhv edildi. İndiki dönəmdə İranda davam edən etirazlara diqqət yetirdikdə Cənubi azərbaycanlıların etiraz aksiyalarında daha güclü şəkildə iştirak etmədiklərini görürük. Bu da onların sosial və ictimai mahiyyətinə bağlıdır. Çünki Cənubi Azərbaycan toplumu daha çox mədəni və liberal toplumdur və onların tələbi başqadır”. R.Talebinin sözlərinə görə, İranda sosial-ictimai faktorlardan biri azərbaycanlı-türk faktorudur ki, bu faktor hazırda daha da güclənib: “Cənubi Azərbaycanın yanında iki qonşu türk dövlətinin (Azərbaycan və Türkiyə) mövcudluğu faktoru sayəsində uzunmüddətli strategiyalarda və İranda baş verən dəyişikliklərdə azərbaycanlılarda özünəinam yaranacaq. Çünki iki güclü qonşu dövlət həm diaspor şəklində onlara dəstək verə, həm də dil, din və etnik olaraq onlara köməklik göstərə bilər. Praktik addımların atılması İranda yaşayan azərbaycanlılarda özünəinamın yaranması və artmasına daha da təkan verəcək. Ümid edirik ki, yaxın gələcəkdə qardaş ölkələr tərəfindən azərbaycanlıların maarifləndirilməsi, diaspor fəaliyyəti çərçivəsində onların gücləndirilməsi, Azərbaycanda ölkədən kənarda yaşayan azərbaycanlı tələbələrin universitetlərdə təhsili istiqamətində addımlar atılacaq”.

Siyasətçi Məhəmməd Hüseyn Yəhyayi isə Trend-ə açıqlamasında qeyd edib ki, İran hakimiyyəti həm şah dövründə, həm də İslam Respublikası dövründə azərbaycanlıların öz ana dilində təhsil almasına müxtəlif formalarda qarşı olub:  “Tehran şəhəri ən çox azərbaycanlının yaşadığı şəhərlər sırasındadır. Bu şəhərin 10-12 milyon əhalisi var və minimum 40-45%-ni azərbaycanlılar təşkil edir. Lakin nəinki Tehran, hətta Azərbaycan bölgəsində yaşayan azərbaycanlılar da öz ana dilində təhsildən məhrumdur. Bir millətin milyonlarla nümayəndəsinin yaşadığı ölkədə həmin millətin dili rəsmi dil olaraq tanınmalıdır. Belə olmadığı təqdirdə, bu, insan haqlarına hörmətsizlikdir, BMT-nin əsasnaməsinə hörmətsizlikdir. Çox təəssüflər olsun ki, İran İslam Respublikası hələ də buna biganə yanaşır”. Ekspert İranın Azərbaycanla sərhəddə hərbi təlimlərini də şərh edib: “İranla Azərbaycan arasında hər hansı hərbi münaqişənin yaşanmasını mümkün hesab etmirəm. SEPAH-ın əsas dayaqlarını təşkil edənlər isfahanlılar və xorasanlılar olsa da, ordunun əsas dayaqları azərbaycanlılardır. Bu baxımdan, fikrimcə, İran Azərbaycana qarşı heç vaxt hərbi münaqişəyə girməz, girə bilməz və girməyəcək”. Hazırda İran ciddi ictimai-siyasi böhranla üz-üzədir. İnqilabdan ötən 40 il ərzində əhaliyə sözdən başqa bir şey verə bilməyən klerikal hakimiyyət çıxılmaz vəziyyətə düşüb. Sentyabrdan başlanan kütləvi aksiyalar İranın bütün şəhərlərini bürüyüb və üçüncü aydır davam edir. Əxlaq polisi tərəfindən zorakılığa məruz qalan 22 yaşlı qızın ölümü ilə başlayan kütləvi etirazlar heç də qadın hüquqları ilə əlaqəli deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yuxarıda deyildiyi kimi, İran dövləti 40 il ərzində xalqına quru vəddən başqa bir şey verə bilməyib. Öz imkan və potensialını real dəyərləndirə bilməyən İran uzun illərdir geosiyasi ambisiyalarla yaşayaraq bu istiqamətdə siyasət yürüdür. Nüvə proqramını həyata keçirməklə dünyada hegemonluq etmək iddiasındadır. Bu səbəbdən də enerji resurslarından əldə olunan gəlirlər dövlət quruculuğuna, əhalinin firavanlığına, ümumilikdə ölkənin inkişafına deyil, Yaxın Şərqdə silahlı dəstələr saxlamağa və qonşu dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa yönəldilir. İran Suriyada, İraqda, Livanda silahlı dəstələri maliyyələşdirərək dini-ideoloji xəttini həyata keçirməyə cəhd edir. Halbuki, İranın bu siyasəti nəinki beynəlxalq aləm, hətta öz əhalisi tərəfindən də kəskin qınanır. Milli azlıqların hüquqsuzluğu, iqtisadi vəziyyətin ağır olması, siyasi ambisiyaların nəticəsində sanksiyalara məruz qalması və əhalinin sosial vəziyyətinin həddən artıq pisləşməsi insanların küçələrə çıxıb haqlarını tələb etməsi ilə nəticələnib. Ən başlıcası isə, hakimiyyət bu etirazları nəzərə alıb vəziyyəti yaxşılaşdırmaq istəmir, əksinə, etirazçılara qarşı qəddarlıq, onların qətlə yetirilməsi və məhkəməsiz edam edilməsi xalqın, necə deyərlər, səbr kasasını daşdırıb. Diqqəti bu problemlərdən yayındırıb cəmiyyətdə həmrəyliyə nail olmaq üçün İran gah Qərbdəki, gah da Şimaldakı qonşularına qarşı əsassız iddialar irəli sürür. Amma bununla özünü getdikcə daha ağır duruma salır. Bu durumda ölkədə rejim dəyişikliyi qaçılmaz hesab edilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ