çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycan XİN Mirzoyanın yalanlarını tutarlı arqumentlərlə ifşa etdi...

Image


Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi iddialarla bağlı şərh verib.

A.Hacızadə bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında danışıqların mahiyyətini, sülh müqaviləsinin hazırlanması, delimitasiya prosesi, mina təhdidi, habelə ərazi bütövlüyünün tanınması kimi məsələlər üzrə fikirləri yanlış məcraya yönəltmək və təhrif etmək cəhdi tamamilə əsassızdır və qəbuledilməzdir.

"Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşdə iştirak üçün Ermənistan tərəfindən şərt irəli sürülməsi, qeyd edilən müsahibədə belə bir görüşün yalnız Fransa Prezidentinin iştirakı ilə keçirilə biləcəyinin bir daha təsdiqlənməsi göstərir ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə sadiq deyil və liderlər arasında növbəti görüşün Praqada deyil, məhz 31 avqust tarixində eyni formatlı üçtərəfli görüşün Brüsseldə liderlər arasında razılaşdırıldığını unudub. Brüsseldə növbəti görüş barədə əldə edilmiş razılığa baxmayaraq, Azərbaycan tərəfinin xoş niyyətlə Praqada görüşə, habelə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə yanaşı Fransa prezidentinin iştirakına razılıq verməsindən təəssüf ki, növbəti mərhələdə sui-istifadə edilib, Fransa tərəfinin obyektiv və ədalətli vasitəçi olmadığını göstərib. Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan tərəfi Brüsseldə əldə edilmiş razılığa uyğun olaraq, liderlər arasında danışıqlardan imtina etməyib və danışıqların davam etdirilməsi öhdəliyinə sadiqdir.

- Delimitasiya prosesinin hansı əsasda aparılması barədə razılığa gəldikdə qeyd edək ki, Ermənistan xarici işlər nazirinin iddiasının əksinə, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlarda delimitasiyanın BMT nizamnaməsində və Alma-Ata bəyannaməsində qeyd edildiyi kimi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib və bu görüşlərdə delimitasiyanın hansı xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir müddəa olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur. Delimitasiya prosesi isə bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili əsasında həyata keçirilməlidir.

- Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə Ermənistan tərəfinin mina basdırması və hərbi mövqelərimizə qarşı təxribat törətməsi nəticəsində baş vermiş toqquşma nəticəsində Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi iddiasının heç bir əsası yoxdur. 30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, hərbi təxribatlarını və mina təhdidlərini davam etdirən Ermənistanın Azərbaycanı delimitasiya edilməmiş sərhəddə hər hansı mövqe tutmaqda və bununla komissiyanın işinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin məhz Ermənistan olduğu da unudulmamalıdır.

- Ermənistan xarici işlər naziri müsahibədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə suala müsbət cavab verməkdən belə çəkinib. Azərbaycan tərəfinin müharibədən sonra Ermənistana təklif etdiyi və uzun müddət Ermənistanın cavabsız qoyduğu dövlətlərarası münasibətlərin bərqərar olması və sülh müqaviləsi imzalanması üçün beş baza prinsiplərin əsasında qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünün təsdiq olunduğu Ermənistan tərəfinə məlumdur. Azərbaycan ərazilərinin 30 il ərzində işğal olunmasına və hərbi əməliyyatlar zamanı bütün imkanlara baxmayaraq, Azərbaycanın Ermənistan ərazisinə hücum etmədiyi də sirr deyil. Bütün bunların müqabilində, baş verən təxribatlarda Azərbaycanın təqsirləndirilməsi tamamilə əsassızdır.

- Sülh müqaviləsinin hazırlanması ilə bağlı suala cavabında Ermənistan naziri bütün digər məsələlər kimi manipulyasiyaya yol verir. Yaxşı olardı ki, beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq əvəzinə, Ermənistan naziri sülh müqaviləsinin hazırlanması barədə ilk təklifin kimdən gəldiyi, baza prinsiplərinin ilk olaraq kim tərəfindən verildiyi, sülh müqaviləsinin elementləri üzrə ilk layihənin Cenevrə görüşündə kim tərəfindən təqdim olunduğu, eləcə də hər bir layihəyə Azərbaycan və Ermənistanın hansı müddət ərzində rəy bildirdiyi məsələsinə aydınlıq gətirərdi və bununla daha dolğun mənzərə yaranardı.

- Ermənistan tərəfinin birtərəfli qaydada guya Azərbaycana bütün mina xəritələrini verdiyi və ən çox minalanmanın Azərbaycan tərəfindən həyata keçirildiyi barədə tamamilə əsassız iddialara gəldikdə qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, ilk 8 ay ərzində ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Bununla yanaşı, son mina partlayışlarının təqribən 55%-dən artıq hissəsinin Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verməsi və müharibədən sonra 268 nəfərin mina qurbanı olması bəllidir. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan və keçmiş təmas boyu əraziləri tam olaraq minalayan Ermənistanın faktları təhrif edərək, guya Azərbaycanın mina təhdidinin səbəbkarı olduğunu iddia etməsi riyakarlığın son həddidir. Ermənistanda 2021-ci ildə istehsal olunmuş minaların Azərbaycan tərəfindən Ermənistanla sərhəd ərazilərdən çıxarılaraq nümayiş etdirilməsi iddiası isə, ən azı minaların təmizlənməsi işinin delimitasiya olunmamış sərhəddə Ermənistanın hərbi mövqelərinin müşahidəsi altında həyata keçirilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq, elementar məntiqə və hərbi biliklərə ziddir.

- Ermənistan xarici işlər naziri erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsində də növbəti dəfə manipulyasiyalara yol verir. Bu məsələdə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digər rəsmi şəxslərlə mövqelərinin uyğunlaşdırılmasını xarici işlər nazirinə tövsiyə edərdik. Armen Qriqoryan tərəfindən bildirildiyi kimi, erməni qüvvələrinin Azərbaycan ərazisindən cari ilin sentyabr ayında çıxarılması nəzərdə tutulsa da bu hələ baş verməyib. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir.

Üçtərəfli bəyanatın müddəalarını yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ