çərşənbə günü, 11 noyabr 2026
     

Güneyli soydaşlarımızın hüquqlarının müdafiəsi ölkəmizdə ictimai və dövlət maraqlarının yeni mühüm istiqamətidir

Image


İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda ictimai və dövlət maraqlarının artıq yeni məzmun kəsb etməsi özünü daha qabarıq şəkildə büruzə verir. İlk növbədə o baxımdan ki, bu maraqların miqyası genişlənib. İndi ictimai və dövlət maraqlarının müdafiəsi təkcə ölkəmizin sərhədləri ilə məhdudlaşmır.

Belə ki, dünya azərbaycanlılarının, o cümlədən İrandakı soydaşlarımızın hüquqlarının müdafiəsi ön plana gəlib. Əslində bu, həm də Azərbaycanda ictimai və dövlət maraqlarının artıq mühüm tərkib hissəsi kimi də çıxış edir. Belə vəziyyət İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqların təzahürüdür və ölkəmiz bu məsələdə qətiyyətlidir.

  • İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra İran hakimiyyəti Azərbaycana münasibətdə çoxsaylı yanlışlıqlara yol verdi. Bu ən müxtəlif məqamlar üzrə özünü qabarıq şəkildə büruzə verdi. Məsələn, İran Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında birdən-birə hərbi təlimlərə başladı. Halbuki, Ermənistanın işğal siyasətini həyata keçirdiyi dövrdə İran hərbi qüvvələri Azərbaycanın zəbt olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməmişdi. İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycan sərhədləri yaxınlığında üç hərbi təlim keçirib. 

Bundan başqa, İran Ermənistanla birlikdə Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı prezident İlham Əliyev başqa bir maraqlı məqama da diqqət çəkib: “İran rəsmiləri, o cümlədən çox yüksəkvəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir”. İranla münasibətdə tamamilə haqlı mövqedə olan Azərbaycan başqa bir mühüm nüansa da diqqət edir. Söhbət İrandakı soydaşlarımızdan gedir. Onların hüquqlarının müdafiəsi bu gün Azərbaycanda ictimai və dövlət maraqlarının əhatə dairəsində daxildir. Ölkəmiz bunun üçün artıq hər şeyi etməyə hazırdır. Elə prezident İlham Əliyev də bu xüsusda konkret mesajlar verib: “Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır… İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir”. Həqiqətən də İranda soydaşlarımız ən elementar hüquqlarından belə məhrumdurlar. İranda yaşayan etnik azərbaycanlılar hökumətdən Azərbaycan dilinin məktəblərdə tədris  edilməsini uzun illər istəsələr də bu xüsusda heç bir addım atılmayıb.  Ana dilində təhsil istəyənlər tələblərinin konstitusion hüquqları və öz dilində danışmağın insanların təbii haqqı olması arqumentləriylə müdafiə edir, İranda savadsız kütlənin əksəriyyətinin etniklərdən ibarət olduğu və bunun fars dilində təhsil alma məcburiyyətindən yarandığı fikriylə əsaslandırırlar. Lakin İran rejimləri indiyə kimi bunu görməzlikdən gəliblər. Amma artıq vəziyyət dəyişib.   

  • Soydaşlarımızın hüquqlarının müdafiəsində Azərbaycan dövləti indi daha aktiv mövqe sərgiləyir

Hazırda İran etiraz aksiyaları davam edir və bu, çox güman ki, ölkədə rejim dəyişikliyinə gətirib çıxaracaq. Son məlumatlara əsasən, İranın 156 şəhərində hökumət əleyhinə mitinqlər və nümayişlər davam edir ki, onların fəal iştirakçıları ölkənin 14 universitetinin tələbələridir. İranda fəal narazılığın ifadəsi ilə yanaşı, passiv etiraz da baş verir: hər gün daha çox hicabsız qadın ölkənin küçə və meydanlarında görünür.

Bu halalr bəzi məmurları hiddətləndirir. Belə ki, parlamentin Məhkəmə-Hüquq Komissiyasının rəhbəri Musa Qəzənfərəbadi təhlükəsizlik qüvvələrini etirazlar başlayandan bəri məcburi hicab taxmaq qanununu pozan bütün qadınların kimliyini müəyyən etməyə və onları həbs etməyə çağırıb. Amma bu fonda elə qadınların iştirakı ilə  “Xamneyiyə ölüm”, “Diktatora ölüm”, “Qadın, həyat, Azadlıq” və sair şüarlarla İsfahan, Qəzvin, Buşehr, Rəşt, İlham, Məşhəd və digər şəhərlərdə kütləvi etiraz aksiyaları davam edir. Müxtəlif müəssisələrin iştirakı ilə iqtisadi tətillər genişlənir. “Bəhman Motor” konserni, “Cənubi Pars” neft emalı zavodu, Həştgert şəhərindəki Zərnam zavodu və Buşehr ticarət şəbəkəsinin işçiləri də ümumi tətillərə qoşulublar. Qeyd edək ki, İsfahan, Senandej, Mahabad, Bənai, Saqqız, Piranşehr, Kamiyaran, Bukan, Mərvan, İcaqd və Urmiya şəhərlərində sənaye müəssisələrinin işçiləri bir neçə gündür tətil edirlər. İran şəhərlərinin küçələrində gənclər mollaların başındakı əmammələri yerə atmaqda, hicabları yandırmaqda davam edirlər. İranlı politoloq Nağı Mahmudi bildirir ki, ölkədə ruhani təbəqəni cəmiyyətdən tamamilə təcrid etmək prosesi gedir: “Mollaları sadəcə olaraq cəmiyyətdən sıxışdırıblar. İza şəhərində nümayişdə öldürülən 10 yaşlı Kiyan Pirfelekin anasının oğlanın məzarı başında Quran oxunmasını qadağan etməsi bununla bağlı daha bir faktdır. Belə görünür ki, bundan sonra İslam Respublikasında dəfn mərasimində nə mollalar olacaq, nə də Quran oxunacaq”. Politoloqun sözlərinə görə, aksiyalar əsasən gecə saatlarında keçirilir: “Gənclər od yandırır, küçələri bağlayır, hökumət əleyhinə şüarlar səsləndirirlər. Cavanrud, Dehgyulan, Piranşehr və Muşaviye kimi vilayətlərin şəhərlərində təhlükəsizlik qüvvələri ilə şiddətli toqquşmalar baş verib. SEPAH bu şəhərlərə zirehli maşınlar və əlavə hərbi dəstələr göndərib. Amma bu da aksiyaalrı dayandırmır və artıq İrandakı soydaşlarımız bu prosesdə daha fəal iştirak edirlər. Onların hüquqlarının müdafisəsində isə Azərbaycan dövləti indi daha aktiv mövqe sərgiləyir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ