çərşənbə günü, 11 noyabr 2026
     

İranda rejim xalq qarşısında geri çəkilir, ölkədə yeni inqilab qaçılmaz görünür...

Image


İranda səngimək bilməyən aksiyaların nə ilə sonuclanacağı indi bütün dünyanın xüsusi diqqət mərkəzindədir. Əvvəlcə aksiyaçıları dövlət düşməni elan edən İran rejimi indi etirazların qarşısında tab gətirə bilməyəcəyini anlayaraq, onlarla dialoq qurmaq niyyətinə düşüb. İran prezidenti İbrahim Rəisi hökumətin iclasında artıq bu məsələyə toxunub.

O qeyd edib ki, hakimiyyət aksiyaçılarla dialoq qurmaq istəyir, lakin iğtişaşlar buna mane olur. İbrahim Rəisi bildirib ki, hökumət hər zaman dialoq istəyində olub, problemləri dinləyib, onların həlli istiqamətində addımlar atmaq niyyətindədir. Aksiyaçılarla dialoqa getməyin zəruriliyini İran parlamentinin nümayəndəsi Məhəmmədhəsən Asəfəri də bildirib. Parlamentin iclasında çıxış edən deputat qeyd edib ki, dialoq başlamasa, İranda sabitliyin bərpası uzun sürəcək. Bununla yanaşı, İranda kütləvi aksiyalar davam edir. Belə vəziyyətdə İranın Kürdüstan vilayətinə ordu hissələri yeridilib. Xatırladaq ki, bundan əvvəl Kürdüstan vilayətinin şəhərlərində baş verən kütləvi aksiyalarda polislə vətəndaşlar arasında silahlı toqquşma olub. Bəzi siyasi müşahidəçilər, təcili tədbirlər görülmədiyi təqdirdə, İranda vətəndaş müharibəsinin başlaya biləcəyini vurğulayır. Parlamentdə çıxış edən digər deputatlar nümayişçilərlə zor gücünə danışmaq ənənəsinə son qoyulmasını tələb ediblər. Onlar bütün günahı xarici dövlətlərin üzərinə atmağın düzgün olmadığını qeyd ediblər. Hələlik isə aksiyalar davam edir. İranın məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Məsud Satayşi jurnalistlərə bildirib ki, aksiyalarda iştirak edən 40 nəfər xarici vətəndaş həbs edilib. Onun sözlərinə görə, bu adamlar insanları qızışdırmaqla məşğul olub, onları iğtişaşlara sövq ediblər. Zahedan şəhərində isə həbs edilən 142 nəfər azadlığa buraxılıb. Şəhərin polis idarəsindən bildiriblər ki, sərbəst buraxılan adamlar iğtişaşlarda deyil, sadəcə olaraq kütləvi aksiyada iştirak ediblər. Onların təqsirkar olması haqqında heç bir sübut yoxdur. Hesab edilir ki, bütün bunlar İran rejiminin aksiyalar qarşısında artıq geri çəkilməkdə olduğunu göstərir. Belə bir vaxtda İrana beynəlxalq təzyiqlər də artır. Artıq BMT-nin İnsan Hüquqları Şurası Cenevrədə keçirilən xüsusi sessiyada İranda etirazlar zamanı insan hüquqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan qətnaməni qəbul edib. ABŞ və digər Qərb dövlətləri tərəfindən irəli sürülən bu sənəd 47 nümayəndə heyətindən 25-i tərəfindən bəyənilib, altı ölkə qətnamənin əleyhinə səs verib, 16 dövlət isə bitərəf qalıb. Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İranda insan hüquqlarının pozulmasını hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, həmçinin sübutları toplamalı, təhlil etməlidir. BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Folker Türk bildirib ki, İranda dəyişiklik qaçılmazdır, irəliyə doğru yol əhatəli islahatlardan keçir. Ali komissar deyib ki, cəmiyyətlər daim inkişaf edir və dəyişir. O, İran hakimiyyətinə müraciət edərək vurğulayıb: “Heç bir cəmiyyət bir anda mövcud ola bildiyi müddətcə daşlaşa bilməz. Xalqın iradəsinə zidd olaraq bunu etməyə cəhd etmək əbəsdir. Mən İranda hakimiyyətdə olanları davamlı inkişafın tərkib hissəsi olan fundamental ifadə, birləşmə və toplaşma azadlıqlarına tam hörmət etməyə çağırıram. İran xalqı ilə öz ölkəsinin gələcəyi ilə bağlı baxışları haqqında danışın”.

Baş verənlərlə bağlı Türkiyənin “Posta” qəzeti yazır: “İranda indiki vəziyyət dalana dirənmiş kimi görünür. Burada xalqın gücü İslam Respublikasının quruluşunu dağıtmağa kifayət etmir. Digər tərəfdən, İslam Respublikası xalq üsyanını yatıra bilmir. Etirazlar əvvəlkindən daha şiddətli xarakter alıb. Hətta son həftələrdə qiyamın baş vermədiyi kiçik şəhər və qəsəbələrdə belə etiraz aksiyaları keçirilir. Biz hər dəfə “sanki durğunlaşıb” dedikdə, İrandakı üsyan yeni bir hərəkət dalğası ilə daha da güclənir. İrandakı üsyanın bu dəfə sosial qruplara və etnik icmalara da sirayət etdiyi görünür. Kürd şəhərlərində etirazlar əvvəlkindən daha şiddətli və daha qətidir. Bəluclar hər cümə namazından sonra hərəkətə keçirlər. İntensivlik Kürdüstan və Bəlucistandakı aksiyalarla müqayisə olunmasa da, Xəzər dənizi sahillərində yaşayış yerlərində insanlar həmişə küçələrdə olurlar. Tehranda isə etirazlar bir bölgədən digərinə sıçrayaraq davam edir. Böyük şəhərlər də aksiyaya güclü şəkildə cəlb olunarsa, İslam Respublikası qiyamı asanlıqla yatıra bilməz.Azərbaycanlıların cəmləşdiyi şəhərlərdə etirazlar bir müddət səngimişdi. Lakin son bir həftədə canlanma müşahidə olunur. Əslində, illər sonra ilk dəfə olaraq ticarətçilər Təbrizdə üç günlük bağlanma aksiyasında iştirak ediblər. Etirazların qanla yatırılması xalqı daha da qorxmaz edir. Qətlə yetirilən hər bir şəxsin dəfn mərasimi, ölümünün 40-cı günündə keçirilən mərasimlər yeni aksiyalara çevrilir. Xüsusilə Kürdüstan və Bəlucistanda etirazlar daha qətiyyətlə davam edir. İslam Respublikası ehtiyatsızlıqla sünni əhaliyə hücum edir və onları öldürür. Lakin üsyançılar geri çəkilmir. Bu dəfə müqavimət daha qətidir. İranda rejim devrilsə, dünyada və regionumuzda çox şey dəyişə bilər”. Türkiyənin NTV kanalı isə bildirir ki, üç aydır davam edən nümayişlər qarşısında İran siyasətçilərinin və tanınmış din xadimlərinin susması, İran lideri Ayətullah Əli Xamneinin nümayişçiləri “satqın” adlandırması göstərir ki, Tehran idarəetməsi hələ də siyasi həll yolundan uzaqdır: “Həll yolu hələ də hər iki tərəf üçün küçələrdən keçir və bu, etirazlarda zorakılıq spiralını daha da gərəcək. İranda nümayişlər üçüncü ayına qədəm qoyduqca, ölkənin həssas sərhəd bölgələrində, yəni Kürdüstan, Sistan-Bəlucistan və Xuzistan əyalətlərində rejim əleyhinə aksiyalar kütləvi şəkildə davam edir. Mahabad kimi kürd yaşayış məntəqələrində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında küçə toqquşmaları və dövlət qurumlarının fəallar tərəfindən ələ keçirilməsi ilə bağlı görüntülər və xəbərlər var. Yenə də demək olar ki, hər həftə sünni əhalinin sıx məskunlaşdığı Sistan-Bəlucistan əyalətinin inzibati mərkəzi Zahidanda “Qanlı Cümə” aksiyaları keçirilir. Artıq aksiyalar birbaşa dövləti və ictimai qurumları hədəfə alır. Xüsusilə kürd bölgələrində şəhər hakimiyyətini ələ keçirmək cəhdləri, dövlət qurumlarının işğalı və İnqilab Keşikçiləri ilə BƏSIC birliklərinin qeyri-mütənasib zorakılıqları hərəkətləri qaçılmaz həddə çatdırıb. Etirazların İranın etnik təbəqə xətlərində cəmləşməsi və nəticədə nümayişçi profillərinin sürətlə dəyişməsi İrandakı xaotik vəziyyəti daha da pisləşdirir. Ölkədəki prosesləri “inqilab” adlandırmaq yanlış və tez olardı. İranda “əks-inqilab” adlandıra biləcəyimiz və cəmiyyətin bütün təbəqələrini əhatə edən proses baş vermədi. Nümayişçilər hələ də sosial məzmunlu siyasi diskurs təqdim etməyiblər. Ancaq ölkədə 3-cü ayına qədəm qoyan bu etirazlar təsir dairəsi, davamlılığı, təqdimatı və nəticələri ilə İran küçələrində inqilabi xarakter daşıyır. Görünür, psixoloji qorxu həddini aşan nümayişçilər aksiyalarına davam edəcəklər. Yaxın günlərdə rejimin tərəfdarları və əleyhdarları həll yolu üçün yenidən İran küçələrindən istifadə edəcəklər. Xüsusilə gənc nəsil arasında İran İslam Respublikasından qopmalar artarkən, İran siyasəti də özünü “mühafizəkarlar və rejimin əleyhdarları” kimi göstərir. İran rəsmilərinin ölkədə qütbləşməni artıran bu siyasi diskurs qarşısında aralıq formul hazırlaya bilməyəcəyi aydın görünür”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ