çərşənbə günü, 11 noyabr 2026
     

Paşinyana Putindən "pozitiv mesaj"? - Ya saxtakarlıqdır, ya da Putinlə Paşinyanın gizli sövdələşməsi...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Azərbaycanla Ermənistan arasında dəmir yolunun bərpası ideyası müzakirə olunub və  Putin dəmiryolunun bərpası ideyasını dəstəkləyib.

O bildirib ki, Horadiz-Mehri-Ordubad-Yerasx dəmiryolunun bərpası layihəsi canlandırıla bilər: "Dünənki danışıqlarda biz dəmiryolunun bərpası ilə bağlı işə qayıtmağın əhəmiyyəti barədə danışdıq”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçirilən sammiti çərçivəsində V.Putinlə N.Paşinyan arasında görüş olub.

Eyni zamanda, Paşinyan keçmiş mənfi təcrübəni nəzərə alaraq, bu mövzuya orta dərəcədə optimist olduğunu etiraf edib:

“Əgər dünən öyrəndiyimiz və razılaşdığımız hər şey öz məntiqindən kənara çıxmasa, o zaman yaxın gələcəkdə bizə “Ermənistan kəsişməsi” layihəsi çərçivəsində, xüsusən də dəmir yolunun yenidən qurulması sahəsində böyük sərmayələrə ehtiyac olacaq”.

Paşinyan hesab edir ki, Ermənistanın belə vəsait cəlb etmək imkanı var, üstəlik, beynəlxalq tərəfdaşlar bu layihəyə böyük maraq göstərməlidir.

Ermənistanın baş naziri bundan əvvəl bildirmişdi ki, Şimal-Cənub layihəsini yenidən formalaşdırıb, onu Şimal-Cənub-Şərq-Qərb layihəsinə çevirmək niyyətindədirlər. Onun sözlərinə görə, bu, Ermənistanı İran və Azərbaycanla, sonuncunu isə Naxçıvan və Türkiyə ilə birləşdirəcək “Ermənistan kəsişməsi” layihəsinin işə salınması deməkdir. Paşinyan deyib ki, sözügedən dəmiryol xəttinin Ermənistan ərazisindən keçən hissəsində beynəlxalq hüquqa uyğun gömrük və sərhəd xidməti fəaliyyət göstərəcək.

Göründüyü kimi, Paşinyan Putinlə yalnız dəmir yolunun açılması ilə bağlı məsələni müzakirə etdiyini deyir. Axı, onların üzərlərinə götürdükləri öhdəliklər yalnız dəmir yolu ilə bağlı deyil, söhbət Zəngəzur dəhlizindən gedə bilər. Belə nəticəyə gəlmək olar ki, ya Paşinyan görüşün mahiyyətini saxtalaşdırır, ya da Putinlə birləşib, bizə qarşı məkrli plan əsasında oynayırlar. Paşinyan həm də dəhlizin  əvəzində hansısa “erməni qovşağı”nın  yaradıla biləcəyindən danışır. Sanki Zəngəzur dəhlizinin üzərində bir “Ermənistan kəsişməsi” qurub, ondan fayda götürmək istəyirlər. Bir də Paşinyan deyir ki, həmin dəmir yolunda  beynəlxalq hüquqa uyğun gömrük və sərhəd qaydaları qoyulacaq. Necə olur ki, onlar Laçın dəhlizindən gömrük və bizim sərhəd xidmətini görmədən istifadə edirlər, bizə isə bu qaydaları tətbiq edirlər?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan 10 noyabrda imzaladığı üçtərəfli bəyanatla üzərinə Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürüb: “Keçən iki illik müddət ərzində Ermənistan müxtəlif bəhanələrlə bu öhdəlikdən yayınır. Tərəflər dəfələrlə bu məsələni müzakirə də ediblər. Ermənistan ərazisindən keçən dəhliz, o cümlədən dəmir yolu və avtomobil yolunun tikintisi ilə bağlı razılığa gəliblər. Amma Ermənistanın yüksək rəsmiləri hazırda bəyan edir ki, Ermənistan ərazisində dəhliz məntiqində heç bir yol və ya nəqliyyat kommunikasiyası ola bilməz. Onların qənaətincə, əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılmasına aiddir və Ermənistan nümayəndələrinin bundan əvvəl açıqladığı bəyanatlara uyğundur.

İlk öncə onu qeyd etmək yerinə düşər ki, Zəngəzur dəhlizi Ermənistanın yeganə və dəyişilməz xilas yoludur, bu səfil ölkə bilavasitə dünyaya birbaşa çıxış əldə edəcək. Halbuki, dünya praktikasında belə yanaşmalar - qalib Azərbaycanın məğlub Ermənistana növbəti yaşama şansı verməsi, qurtuluş yolu göstərməsi, nadir görünən hadisələrdəndir. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan dövlət başçılarının Brüssel görüşündə Laçın və Zəngəzur dəhlizləri müqayisə edildi. Daha doğrusu, Azərbaycan prezidenti İlham Əliyev bəyan etdi ki, Zəngəzur dəhlizində Azərbaycan üçün Laçın dəhlizində ermənilərə yaradılan şəraitlə eyni imkanlar yaradılmalıdır. Dövlət başçısı əlavə edib ki, əgər Azərbaycan üçün Zəngəzur dəhlizində belə bir imkanlar yaradılmasa, biz də Laçın dəhlizində gömrük-nəzarət məntəqəsi və digər strukturları formalaşdırmaq məcburiyyətindəyik.

Zəngəzur dəhlizi Azərbaycanın bir ərazisi ilə digər ərazisini birləşdirir. Biz kənar bir dövlətin ərazisinə keçmirik, öz ərazimizə gedirik. Daşımaları da, öz ərazimizə daşıyırıq, burada yanaşma bir qədər fərqli olmalıdır, yəni nəzarət olmamalıdır, ya da zəif xarakter daşımalıdır. Laçın dəhliziilə isə ermənilər bizim əraziyə daxil olur, bizə məlum olmayan yüklər daşıyır. Bu Azərbaycanın suverenliyi ilə ziddiyyət təşkil edir. Bu baxımdan Zəngəzur dəhlizinin statusundan asılı olmayaraq, biz Laçın dəhlizinə tam nəzarət etməliyik. Biz  bilməliyik ki, o dəhlizlə Yuxarı Qarabağa kim gəlir və nə daşınır. Hazırda Laçın dəhlizi ilə ermənilər Azərbaycanın suveren ərazilərinə silah-sursat, silahlı birləşmələr və s. daşıyır. Biz gələcəkdə bunun acı nəticələri ilə qarşılaşacağıq. Laçın dəhlizi ilə daşınan silah-sursat Azərbaycan əsgərinə qarşı tuşlanacaq.

İndi də Paşinyan Putinlə birləşib “Ermənistan kəsişməsi” adlı yeni ideyanı ortaya atıblar. Ya Zəngəzur dəhliz öz  statusunda fəaliyyətə başlamalıdır, ya da biz ermənilərin Laçın dəhlizindən istifadəsinin qarşısını almalıyıq”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ