Cümə axşamı günü, 12 noyabr 2026
     

Ter-Petrosyandan ermənilərə Azərbaycanla bağlı üçüncü xəbərdarlıq...

Image


Sirr deyil ki, Ermənistanın 1990-cı illərdən indiyə qədər olan liderləri arasında yalnız Levon Ter-Petrosyan Qarabağ konflikti ilə bağlı perspektivi görərək, erməniləri bununla bağlı hələ çoxdan xəbərdar edib. 1997-ci ildə vəzifəsini məcburi tərk etdikdən indiyə qədər Ter-Petrosyan Qarabağın heç vaxt Ermənistanın nəzarətinə keçməyəcəyini və bununla bağlı Azərbaycanla razılaşmağın gərəkli olduğunu deyib.

Ter-Petrosyanın Qarabağın Azərbaycana verilməsilə bağlı iki dəfə xüsusi önəm kəsb edən məqaləsi də olub. O, ilk məqaləsini 1997-ci ildə “Nezavisimaya qazeta”da dərc etdirib. Həmin məqalədə Ter-Petrosyan Qarabağla bağlı kompromisə gedilməyəcəyi halda Ermənistanın taleyinin çox ağır olacağını bildirib. Onun 25 il əvvəl Ermənistan üçün yazdıqları sonradan bir-bir həqiqət olub. Həmin məqalədə sabiq prezident qeyd edirdi: “Bu vəziyyətlə bağlı mən dəfələrlə dəqiq fikrimi bildirmişəm və bu gün də israr edirəm ki:

- Müharibə gərək istisna olsun. Qarabağ məsələsi sülh danışıqları vasitəçiliyi ilə həll edilməlidir;

- Uzun müddət status-kvonu saxlamaq mümkün olmayacaq, ona görə ki, buna nə dünya ictimaiyyəti, nə də Ermənistanın iqtisadi potensialı imkan verəcək;

- Qarabağ və Ermənistana problemin həll edilməməsi sərfəli deyil. Ona görə ki, bu, Ermənistanın iqtisadi inkişafına əhəmiyyətli dərəcədə mane olur, beynəlxalq ictimaiyyət və xüsusilə qonşu ölkələrlə münasibətlərinə çətinlik yaradır ki, bu da dəhşətli ola bilər;

Qarabağ məsələsinin yeganə həll variantı kompromisdir. Bu, tərəflərdən birinin qələbə qazanmaması, digərinin məğlub olmaması deməkdir. Qoy xalqı “kompromisin alternativi var” deməklə aldatmağa cəhd etməsinlər. Kompromisin alternativi müharibədir. Kompromisdən imtina və maksimalizm Qarabağın məhvi və Ermənistanın vəziyyətinin pisləşməsinə qısa yoldur. Söhbət Qarabağı verib-verməməkdən getmir. Söhbət Qarabağı “erməni olaraq” saxlamaqdan gedir. Avantüristlərin yolu qaçılmaz məğlubiyyətə aparır. Mahiyyətlə bərabər kompromis anı da vacibdir. Aydındır ki, kompromis halında maksimuma yalnız güclü tərəf çata bilər. Ermənistan və Qarabağ bu gün güclüdür, amma konflikt həll edilməzsə, artıq bir neçə il sonra zəifləyəcəklər. Biz bu gün rədd etdiklərimiz üçün gələcəkdə yalvarmalı olacağıq, amma tariximizdə dəfələrlə olduğu kimi, geri ala bilməyəcəyik. Realist olmalı və başa düşməlidirlər ki, beynəlxalq ictimaiyyət Qarabağdakı situasiya ilə uzun müddət barışmayacaq. Belə ki, bu situasiya regional əməkdaşlıq və təhlükəsizliyə, eləcə də Qərbin neft maraqlarına təhdid kəsb edir”. Ter-Petrosyanın ikinci mühüm çıxışı isə 2016-cı ilin 28 dekabrında olub. Eks-prezident bu dəfə danışıqlarda hansı maddələrin müzakirə olunduğunu və Ermənistanın mütləq kompromisə getməli olduğunu yazaraq, bunun son şans olduğunu deyib: “Hazırda danışıqlar masasında Qarabağ konfliktinin həlli ilə bağlı “Madrid-Kazan-Lavrov” variantı var və o, heç nəyi ilə 1997-ci ilin mərhələli həll variantından fərqlənmir. Plana əsasən, Ermənistan ilk mərhələdə Azərbaycana Qarabağ ətrafında nəzarət etdiyi 7 rayondan 5-ni qaytarır. Kəlbəcər və Laçın bunun tərkibinə daxil olmayacaq. İkinci mərhələdə Qarabağ və Azərbaycanın yeni təmas xəttinə sülhməramlı qüvvələr yerləşdirilir. Üçüncü mərhələdə Dağlıq Qarabağa aralıq status verilir. Dördüncü mərhələdə Qarabağ və Ermənistanın blokadası dayandırılır, Azərbaycan, Ermənistan, Qarabağ və böyük ehtimalla Türkiyə ilə əlaqələr bərpa edilir. Beşinci mərhələdə Dağlıq Qarabağın yekun statusu müəyyən edilir. Altıncı mərhələdə isə Azərbaycana Laçın dəhlizi istisna olmaqla yerdə qalan rayonlar qaytarılır. 2007-ci ildən, daha dəqiq desək, son illər daha intensiv şəkildə Ermənistan hakimiyyəti həmsədr ölkələr, xüsusilə Rusiya ilə danışıqları bu variant üzərindən aparır. Belə çıxır ki, bizi ittiham edənlər əslində öz proqramlarını müzakirə edirlər. Erməni Milli Konqresinin mövqeyinə gəlincə isə, bu proqram erməni xalqının gözləntilərini tam əks etdirməsə də, biz bunun reallaşdırılmasını istəyirik. Belə ki, həllin uzadılması Ermənistan və Dağlıq Qarabağı daha da zəiflədəcək, növbəti həll variantları indikindən qat-qat pis olacaq”. Ter-Petrosyanın bu dedikləri və xəbərdarlıqlarının hamısı həqiqət oldu. İndi o, üçüncü dəfə də erməniləri xəbərdar edir.

Ter-Petrosyan yeni reallıqlar fonunda vurğulayır ki, Ermənistanın Qarabağ məsələsində səs vermək hüququ və rolu yoxdur: “Qarabağ məsələsi artıq həll olunub. Ermənistan çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq. Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq”. Onun sözlərinə görə, əgər rəsmi Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək. Eyni zamanda, sabiq prezident Azərbaycanla mümkün sülh müqaviləsinin imzalanmasını Ermənistanın kapitulyasiyası adlandırıb. O xatırladıb ki, tarixdə Ermənistandan qat-qat güclü dövlətlərin təslim olması halları çox olub. Bu kontekstdə keçmiş prezident Yaponiyanı misal çəkib: "Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın. Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır". Onun sözlərinə görə, Paşinyanın yerinə gələcək hər kəs, yəqin ki, daha xoşagəlməz sənədə imza atacaq. Petrosyan həmçinin bildirib ki, eyni zamanda, kimin belə ağır qərarlar verməsindən asılı olmayaraq, onu satqın adlandıracaqlar. Levon Ter-Petrosyan onu da birbaşa deyib ki, Birləşmiş Ştatlar münaqişənin həlli prosesinə qarışmamalıdır: “ABŞ vəziyyətimizi daha da çətinləşdirmədən bizim az-çox məqbul bir həll yoluna gəlmək imkanımız var. Ukrayna ilə müharibə səbəbindən Rusiyanın imkanları xeyli zəifləyib”. Bunlar fonunda Paşinyan iqtidarı sülh prosesinə hələ də aydınlıq gətirmir.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Ovik Ağazaryan bildirib ki, indiki vəziyyətdə Ermənistanın müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, diplomatik səylər davam etdirilməlidir: “Bunu yalnız diplomatik addımlarla etmək mümkün deyil. Biz də müdafiə qabiliyyətimizi gücləndirməliyik. Silahların alınması ilə müvafiq orqanlar məşğul olur”. Politoloq Areq Koçinyanın fikrincə, artıq hər kəsə aydındır ki, Azərbaycanı  həm Türkiyə, həm də Rusiya dəstəkləyir. Belə olan halda, politoloqun fikrincə, Ermənistanın özünümüdafiə imkanlarını artırmaqdan və Vaşinqtonla işləməkdən başqa yolu yoxdur: “Yəni Ermənistan öz ərazi bütövlüyünü Rusiya, Türkiyə və Azərbaycandan müdafiə etməyə məcburdur. Əgər Ermənistan bu məsələdə tək qalarsa, təbii ki, Ermənistan ya deyilən müqaviləni imzalayacaq, ya da sadəcə olaraq Ermənistanı elə parçalayacaqlar ki, imzaya ehtiyac qalmayacaq. Məhz burada müəyyən çıxış yolu var, bu, ABŞ-ın Ermənistanla başlatdığı müəyyən siyasi danışıqlardır. Amma bu hələ lternativ deyil, amma artıq müəyyən nəticələr verib”. Ancaq Levon Ter-Petrosyanın dediyi kimi, ABŞ-ın prosesə daxil edilməsi Ermənistanın özü üçün yaxşı nəticələnməyəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ