ABŞ silahlı qüvvələri Sakit okeanda üzən yanacaqdoldurma məntəqəsini batırıb. ABŞ Cənub Komandanlığının (SOUTHCOM) X-dəki məlumatına görə, stansiya Şərqi Sakit Okeanda narkotik ticarəti üçün istifadə edilib. Kəşfiyyat gəminin Ekvadorun "Los Choneros" cinayətkar qrupuna logistika və təchizat təmin etdiyini təsdiqləyib. Gəmidə axtarış apardıqdan və heyət üzvlərini təxliyə etdikdən sonra ABŞ hərbçiləri üzən yanacaqdoldurma məntəqəsini dağıtmaq qərarına gəliblər. Gəmidə olan şəxslər Ekvador hüquq-mühafizə orqanlarına təhvil veriləcək. "Biz bu narko-terrorçulara daim təzyiq göstəririk və onların ən həssas nöqtələrinə zərbələr endiririk: geniş şəbəkələrini dağıdırıq, mürəkkəb logistikalarını pozuruq və maliyyələrini hədəf alırıq"- SOUTHCOM komandanı general Francis L.Donovan bildirib.
SAMİRƏ