Polşa, 16 sentyabr səhəri Rusiyanın Ukraynanın qərb bölgələrinə davam edən hava hücumu səbəbindən Jeşuv və Lyublin hava limanlarının fəaliyyətini müvəqqəti olaraq dayandırılıb. Bir neçə rayonda, o cümlədən Ukrayna sərhədində yerləşən Pşemışl və Jeşuvda, eləcə də Lyublində hava hücumu xəbərdarlığı edilib.
Təxminən saat 08:00-da Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bəyanat yayaraq bildirib ki, Polşa təyyarələri havaya qaldırılıb və yerüstü müdafiə sistemləri Ukraynanın qərbində Rusiya hücum PUA-larının olması səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib. Jeşuv və Lyublin hava limanlarında da əməliyyatlar dayandırılıb.
Saat 08:00-dan bir qədər əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Rusiya reaktiv mühərrikli dronlarının Ukraynanın qərbinə doğru hərəkət etdiyini və onlardan birinin Kovel yaxınlığında müşahidə edildiyini bildirib.
Bununla yanaşı, Ukrayna mediasının məlumatına görə, Rusiya gecə saatlarında Ukraynaya istiqamətində 80 pilotsuz uçuş aparatı göndərib.
Tahir TAĞIYEV