Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarına birbaşa bağlamağı hədəfləyən yeni beynəlxalq Aİ layihəsini elan edib. Layihə Orta Dəhliz nəqliyyat marşrutu boyunca inkişaf etdiriləcək.
"Bu gün mən əlaqəni təşviq etmək üçün yeni bir beynəlxalq layihəni elan edə bilərəm. Bu layihə Cənubi Qafqazı və Mərkəzi Asiyanı birbaşa Avropa bazarına - Orta Dəhlizə birləşdirəcək" – deyə Lyayen Avropa Birliyinin Vəziyyəti ilə bağlı illik çıxışında bildirib.
Avropa Komissiyası prezidentinin sözlərinə görə, Aİ Qlobal Gateway proqramı vasitəsilə layihənin inkişafına 12 milyard avroya qədər dövlət və özəl investisiya cəlb etməyi gözləyir: "Məqsədimiz marşrutları şaxələndirmək və yük daşıma müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır".
Orta Dəhliz Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçərək Avropa ilə Asiya arasında yükdaşımaları təmin edən nəqliyyat marşrutudur. Aİ bu marşrutu ticarət əlaqələrinin şaxələndirilməsi istiqamətlərindən biri kimi nəzərdən keçirir.
Tahir TAĞIYEV