Danimarka Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya freqatı Gedser yaxınlığında beynəlxalq sularda bir gəminin şəklini çəkən Danimarka hərbi helikopterinə iki dəfə fişənglə atəşi açıb. Fişənglərdən biri helikopterə yaxın məsafədən keçib.
Danimarka Hərbi Hava Qüvvələri komandanı Yan Dam fişənglərdən birinin vertolyota və ya hərbçilərin həyatı üçün təhlükəli vəziyyət yaradıb. Dam deyib ki, "Onlar hərbçilər şəkil çəkərkən helikopterin qapısı açıq olub.
Danimarkanın Baş naziri Mette Frederiksen bunun ciddi bir hadisə olduğunu və Rusiyanın Avropadakı davranışlarının bir hissəsi kimi gördüyünü bildirib. "Rusiya getdikcə daha da aqressivləşir, Avropaya qarşı hibrid müharibəsini gücləndirir və NATO-nu sınağa çəkir", - deyə bildirib.
Hadisədən sonra Rusiya səfiri Vladimir Barbin Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici işlər naziri Lars Løkke Rasmussen bunun, tamamilə qəbuledilməz olduğunu bildirib.
İyun ayında İngilis Kanalında Rusiya gəmisi ilə bağlı başqa bir hadisə baş verib. "Admiral Qriqoroviç" freqatı Britaniyanın "Bright Future" özəl yaxtasının yaxınlığında fişəng və xəbərdarlıq atəşi açıb. Rusiya Müdafiə Nazirliyi yaxtanın ona yaxınlaşmaq cəhdləri ilə bağlı xəbərdarlıqlarına cavab vermədiyini və freqata 150 metrə qədər yaxınlaşdığını bildirib.
Tahir TAĞIYEV