Giorgi Zakarashvili Gürcüstanın Azərbaycanda yeni səfiri təyin edilib. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.
GZakarashvili 2021-ci ildən bu günədək Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də GUAM-da Gürcüstanın daimi nümayəndəsi olub. 2016-2019-cu illərdə Rusiya Federasiyasındakı İsveçrə Konfederasiyası səfirliyində Gürcüstanın maraqları bölməsində fövqəladə və səlahiyyətli elçi vəzifəsində çalışıb. 2012-2016-cı illərdə isə Gürcüstanın Ukraynadakı səfirliyində və GUAM-da Gürcüstanın daimi nümayəndəliyində fövqəladə və səlahiyyətli elçi olub.
Müxtəlif vaxtlarda Giorgi Zakarashvili Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə əlaqələr idarəsinin rəhbəri vəzifələrini də tutub.
Tahir TAĞIYEV